Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 25:1—19

MÜNDƏRİCAT

  • Çubuq cəzası (1—3)

  • İşləyən öküzə buruntaq taxmayın (4)

  • Ölən qardaşın arvadına evlənmək (5—10)

  • Məhrəm yerlərdən yapışmaq (11, 12)

  • Dürüst çəki daşları (13—16)

  • Əmaliqələr məhv edilməlidir (17—19)

25  Aralarında söz-söhbət düşən iki nəfər hakimlərə müraciət edə bilər.+ Hakimlər onları mühakimə edib haqlı tərəfə bəraət qazandırmalı, təqsirkarı isə günahkar elan etməlidirlər.+  Təqsirkar döyülmə cəzasına layiq olarsa,+ qoy hakim əmr etsin, onu yerə uzatsınlar və hakimin gözü önündə ona günahının ağırlığına müvafiq çubuq vursunlar.  Ona ən çoxu qırx çubuq vurmaq olar,+ artıq yox. Əgər qırxdan çox çubuq vurulsa, gözünüzün qabağında soydaşınız ləyaqətini itirər.  Xırman çəkən öküzə buruntaq taxmayın.+  Bir yerdə yaşayan qardaşlardan biri oğlu olmadan ölərsə, ölən qardaşın arvadı qırağa ərə getməməlidir. Qaynı onunla evlənib öz qayınlıq borcunu yerinə yetirməlidir.+  Qadının dünyaya gətirdiyi ilk oğul ölən qardaşın adına olacaq ki,+ mərhumun adı İsraildən silinməsin.+  Əgər qayın qardaşının arvadı ilə evlənmək istəməsə, onda dul qalmış qadın şəhər darvazasına, ağsaqqalların yanına gedib deməlidir: “Mənim qaynım İsraildə qardaşının adını yaşatmaqdan imtina edir. O, qardaşının dul qalan arvadını alıb qayınlıq borcunu yerinə yetirmək istəmir”.  Onda şəhərin ağsaqqalları qadının qaynını çağırıb onunla danışsınlar. Əgər o israr edib “onu almaq istəmirəm” deyərsə,  onda qadın ağsaqqalların gözü qarşısında ona yaxınlaşmalı, onun ayağından səndəlini çıxarmalı+ və üzünə tüpürüb deməlidir: “Qardaşının nəslini yaşatmayan adama belə edərlər”. 10  Bundan sonra İsraildə onun soyuna “səndəli çıxarılmışlar soyu*” deyiləcək. 11  İki kişi dalaşanda döyülən kişinin arvadı ərini qurtarmaq üçün əl atıb o biri kişinin məhrəm yerindən yapışsa, 12  qadının əli kəsilməlidir. Ona yazığınız gəlməsin. 13  Heybənizdə biri balaca, biri böyük, iki cür çəki daşı olmasın.+ 14  Evinizdə biri balaca, biri böyük, iki cür ölçü qabı olmasın.+ 15  Çəki daşınız, ölçünüz düz və dəqiq olmalıdır. Belə olsa, Allahınız Yehovanın sizə verəcəyi torpaqda ömrünüz uzun olar.+ 16  Allahınız Yehova belə işlə məşğul olan əyri adamlardan ikrah edir.+ 17  Misirdən çıxıb gələrkən Əmalikin sizə nə etdiyini,+ 18  siz yorulub əldən düşmüş halda ikən sizi yolda necə qarşıladığını, dalda qalanlara necə hücum çəkdiyini yadınızdan çıxarmayın. Onlar Allahdan qorxmadılar. 19  Allahınız Yehovanın irs olaraq verəcəyi diyarda Allahınız Yehova sizi düşmənlərinizin əlindən qurtarıb dinclik bəxş edəndə Əmalikin adını göylər altından silin.+ Unutmayın.

Haşiyələr

Hərfən: evi.