Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 21:1—23

MÜNDƏRİCAT

  • Ölünün qatili tapılmayanda (1—9)

  • Əsir götürülmüş qadınla evlənmə (10—14)

  • İlkinlik haqqı (15—17)

  • Dikbaş oğul (18—21)

  • Dirəkdən asılmış lənətli adam (22, 23)

21  Əgər Allahınız Yehovanın sizə verdiyi ölkədə şəhərdən kənarda* meyit tapılsa, amma onu kimin öldürdüyü bilinməsə,  onda qoy ağsaqqallarla hakimlər+ meyitin tapıldığı yerə gedib həmin yerlə ətraf şəhərlərin arasındakı məsafəni ölçsünlər.  Həmin yerə yaxın olan şəhərin ağsaqqalları hələ işə qoşulmamış, boyunduruq altına salınmamış bir cavan inək seçsinlər  və aparıb şumlanmamış, toxum səpilməmiş axar sulu dərədə boynunu sındırsınlar.+  Sonra lavili kahinlər gəlsinlər. Allahınız Yehova məhz onları seçib ki, Ona xidmət edib+ Yehovanın adı ilə xeyir-dua oxusunlar+. Onlar zorakılıq hallarına necə baxılmasına dair göstəriş verəcəklər.+  Ölünün tapıldığı yerə yaxın olan şəhərin ağsaqqalları dərədə boynu sındırılmış inəyin üstündə əllərini yusunlar+  və belə desinlər: “Bizim əlimiz bu adamın qanına batmayıb, gözlərimiz onun qanının tökülməsinin şahidi olmayıb.  Ey Yehova Allah, bu günahı fidyə verib qurtardığın xalqın+ ayağına yazma. Qoyma ki, günahsız qanın babalı xalqın İsrailin boynunda qalsın”.+ Onda tökülən qanın günahı xalqın ayağına yazılmayacaq.  Beləcə, Yehovanın dediyini edib günahsız qanın babalından azad olacaqsınız. 10  Müharibə vaxtı Allahınız Yehovanın köməyilə düşmənlərinizi məğlub edib əsir götürəndə+ 11  əsirlərin arasında gözəl qız görüb ona vurulsanız və onu almaq istəsəniz, 12  həmin qızı evinizə gətirə bilərsiniz. Qız başını qırxıb dırnaqlarını kəsməli, 13  əsirlik paltarını çıxarıb evinizdə qalmalıdır. Qoy o, bir ay ata-anası üçün yas tutsun.+ Bundan sonra onunla yaxınlıq edə bilərsiniz. Siz onun əri, o isə sizin arvadınız olacaq. 14  Ancaq işdir, qız sonradan xoşunuza gəlməsə, buraxın istədiyi yerə getsin.+ Onu satmaq, onunla qəddar davranmaq olmaz, çünki onun ləyaqətinə təcavüz etmişsiniz. 15  Əgər bir kişinin iki arvadı olarsa və o, arvadlarından birini digərindən çox sevərsə, qadınların hər ikisi ona oğul doğarsa, lakin ilk oğlu istəmədiyi arvaddan olarsa,+ 16  mirası oğullar arasında bölüşdürmək vaxtı gələndə kişi sevmədiyi qadının oğluna, ilkininə xor baxıb ilk oğulluq haqqını sevdiyi qadının oğluna verməməlidir. 17  O, sevmədiyi qadının oğlunu ilk oğul kimi tanımalı, hər şeydən ona iki pay verməlidir, çünki bu oğul onun kişilik gücünün nübarıdır. İlk oğulluq haqqı ona məxsusdur.+ 18  Əgər kiminsə oğlu tərs, dikbaşdırsa, ata-anasının sözünü saymırsa,+ ona verdikləri öyüd-nəsihəti vecinə almırsa,+ 19  qoy valideynləri onu şəhərin darvazasına, şəhərin ağsaqqallarının yanına gətirib desinlər: 20  “Bizim bu oğlumuz tərs və dikbaşdır, sözümüzü saya salmır. Gününü qarınqululuqla+, əyyaşlıqla+ keçirir”. 21  Onda şəhər camaatı onu daşqalaq edib öldürməlidir. Bəli, aranızdan pisliyi yox edin ki, bütün İsrail eşidib qorxsun.+ 22  Ölümə layiq günah işləyən adam öldürülüb+ dirəkdən asılarsa,+ 23  onun cəsədi gecəni dirəkdə qalmamalıdır.+ O, həmin gün basdırılmalıdır, çünki dirəkdən asılan adam Allahın lənətinə düçar olub.+ Allahınız Yehovanın sizə irs olaraq verdiyi ölkəni murdarlamayın.+

Haşiyələr

Hərfən: çöldə.