Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 19:1—21

MÜNDƏRİCAT

  • Qətl; sığınacaq şəhərlər (1—13)

  • Sərhədlərə dəyməməli (14)

  • Məhkəmədə şahidlik (15—21)

    • İki və ya üç şahid olmalı (15)

19  Allahınız Yehovanın sizə verdiyi ölkədəki xalqları Allahınız Yehova məhv edəndə və siz onların torpaqlarını tutanda, onların şəhərlərində, evlərində məskunlaşanda+  Allahınız Yehovanın sizə verdiyi o diyarda üç şəhər ayırmalısınız.+  Allahınız Yehovanın sizə verdiyi ölkənin ərazisini üç hissəyə bölün və adam öldürənin bu şəhərlərin birinə qaça bilməsi üçün yol salın.  Adam öldürən və qaçıb sağ qalmaq istəyən üçün qayda belədir: əgər o, soydaşını ədavət bəslədiyinə görə deyil, təsadüfən vurubsa,+  yaxud odun yarmaq üçün soydaşı ilə meşəyə gedib və qolaylanıb balta ilə ağacı kəsmək istəyəndə baltanın başı sapından çıxıb soydaşına dəyibsə və soydaşı ölübsə, onda qoy o sağ qalmaq üçün bu şəhərlərdən birinə qaçsın.+  Amma yol uzaq olsa, ölənin intiqamçısı+ beyni qan ikən qatilin dalınca düşər və onu tutub öldürər. Əslində isə, adam öldürən ölümə layiq deyildi, çünki soydaşına ədavəti olmamışdı.+  Buna görə sizə üç şəhər ayırmağı əmr edirəm.  Allahınız Yehova ata-babalarınıza and içdiyi kimi, ərazilərinizi genişləndirəndə+ və onlara söz verdiyi kimi, bütün ölkəni sizə verəndə+  (bir şərtlə ki, Allahınız Yehovanı sevəsiniz, bu gün sizə verdiyim əmrlərə sədaqətlə əməl edib daim Onun yolu ilə gedəsiniz)+ bu üç şəhərdən başqa üç şəhər də ayırmalısınız.+ 10  Onda Allahınız Yehovanın sizə irs olaraq verdiyi ölkədə günahsız qan tökülməyəcək+ və siz qan tökməkdə təqsirkar olmayacaqsınız.+ 11  Amma əgər kiminsə soydaşına ədavəti olar+, pusqu qurub ona hücum edərsə, onu ölümcül yaralayar və həmin adam ölərsə, sonra da qatil bu şəhərlərdən birinə qaçarsa, 12  şəhərin ağsaqqalları onu oradan çıxarıb ölənin intiqamçısının əlinə verməlidir. O adam ölməlidir.+ 13  Ona rəhminiz gəlməsin. İsraili nahaq tökülən qanın günahından təmizləyin+ ki, xeyir tapasınız. 14  Allahınız Yehovanın sizə irs olaraq verəcəyi diyarda torpaq payınızı alanda qonşunuzun sərhədini, dədə-babalarınızın çəkdiyi sərhədi dəyişməyin.+ 15  Kiminsə hansısa xətanı və ya günahı işlədiyini sübut etmək üçün bir nəfərin şahidliyi kifayət deyil.+ Hər iddia iki, ya da üç şahidin sözü ilə təsdiq olunmalıdır.+ 16  Əgər kimsə bir nəfərin üzünə durub onu nədəsə təqsirləndirərsə,+ 17  aralarında mübahisə düşmüş həmin iki nəfər Yehovanın hüzuruna, kahinlərin və həmin günlərdə xidmət edən hakimlərin önünə gəlməlidir.+ 18  Hakimlər məsələni hərtərəfli araşdırmalıdır.+ Əgər məlum olsa ki, şahidin iddiaları yalandır, o, soydaşına qarşı yalan ittiham irəli sürüb, 19  onda soydaşının başına gətirmək istədiyini onun özünə edin.+ Aranızdan pisliyi yox edin.+ 20  Başqaları bunu eşidib qorxacaq və bir də aranızda heç kim belə yamanlıq etməyəcək.+ 21  Ona yazığınız gəlməsin:+ can əvəzinə can, göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq verilməlidir.+

Haşiyələr