Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 18:1—22

MÜNDƏRİCAT

  • Kahin və lavililərin payı (1—8)

  • Sehrbazlıq qadağandır (9—14)

  • Musaya bənzər peyğəmbər (15—19)

  • Saxta peyğəmbəri necə tanımaq olar (20—22)

18  Lavili kahinlərin, ümumiyyətlə, bütün Lavi qəbiləsinin israillilərlə birgə payı olmayacaq, onlara irs verilməyəcək. Onlar Yehova üçün odda yandırılan təqdimələrlə, Onun payı ilə dolanacaqlar.+  Beləliklə, onlara qardaşları arasında irs verilməyəcək. Yehova necə ki söz vermişdi, Özü onların irsi olacaq.  Kahinlərə çatacaq şeylər bunlardır: buğa, yaxud qoyun qurban gətirən adam onun kürəyini, çənəsini, qarnını kahinə verməlidir.  Taxılınızın, şərabınızın, yağınızın nübarını, qoyunlarınızdan ilk dəfə qırxdığınız yunu ona verməlisiniz.+  Allahınız Yehova bütün qəbilələrinizin içindən lavililəri seçib ki, həmişə Yehovanın adından xidmət etsinlər.+  Əgər lavili İsraildə yaşadığı şəhərdən+ çıxıb Yehovanın seçdiyi yerə*+ getmək istəsə,  orada Yehovanın hüzurunda duran qardaşları lavililər kimi Allahı Yehovanın adından xidmət edə bilər.+  O, ata-baba mülkünün satışından əldə etdiyi vəsaitlə yanaşı, onlara düşən qədər yemək payı da alacaq+.  Allahınız Yehovanın sizə verəcəyi diyara daxil olanda oradakı xalqların iyrənc əməllərini götürməyin, onları təkrar etməyin.+ 10  Aranızda oğlunu və ya qızını odda yandıran*+, rəmmal+, sehrbaz+, fala baxan+, cadugər+, 11  ovsunçu, cindar yanına gedən+, gələcəyi deyən+, ölüləri çağıran+ olmamalıdır. 12  Çünki bu işləri görən hər kəs Yehovanın gözündə mənfurdur və bu iyrənc əməllərə görədir ki, Allahınız Yehova o xalqları önünüzdən qovur. 13  Siz Allahınız Yehovanın qarşısında ləkəsiz olmalısınız.+ 14  Torpaqlarını tutacağınız xalqlar sehrbazlara, falçılara qulaq asırlar,+ lakin sizə Allahınız Yehova belə şeyləri qadağan edir. 15  Allahınız Yehova sizə soydaşlarınızın* arasından mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asmalısınız.+ 16  Çünki Huribdə, dağın ətəyində toplaşdığınız gün+ Allahınız Yehovadan xahiş edib demişdiniz: “Qoy bir də Allahımız Yehovanın səsini eşitməyək, bu böyük alovu görməyək, yoxsa ölərik”. + 17  Onda Yehova mənə dedi: “Çox pakizə. 18  Mən onlara soydaşlarının arasından sənin kimi bir peyğəmbər göndərəcəyəm.+ Sözlərimi onun dilinə qoyacağam.+ O əmr etdiyim hər şeyi onlara çatdıracaq.+ 19  Mənim sözlərimə, Onun Mənim adımla söylədiklərinə qulaq asmayan adam Mənə cavab verməli olacaq.+ 20  Əgər bir peyğəmbər özbaşınalıq edib Mənim adımdan ona buyurmadığım sözləri söyləyərsə, yaxud başqa allahların adından danışarsa, həmin peyğəmbər ölməlidir.+ 21  Ancaq siz fikirləşə bilərsiniz: “Bəs biz haradan biləcəyik ki, bu, Yehovanın sözü deyil?” 22  Əgər peyğəmbərin Yehovanın adından dedikləri yerinə yetməzsə, sözləri düz çıxmazsa, deməli, həmin sözü Yehova deməyib. Peyğəmbər özbaşınalıq edib. Ondan qorxmayın”.

Haşiyələr

Yəni Yehovanın ibadət ocağı kimi seçdiyi yerə.
Hərfən: oddan keçirən.
Hərfən: qardaşlarınızın.