Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 17:1—20

MÜNDƏRİCAT

  • Qurbanlar qüsursuz olmalı (1)

  • Dönüklərlə rəftar (2—7)

  • Müşkül işlərin məhkəməsi (8—13)

  • Padşahla bağlı göstərişlər (14—20)

    • Padşah Qanunun üzünü köçürməlidir (18)

17  Allahınız Yehovaya qüsurlu, yaxud hansısa eyibi olan buğa və ya qoyun qurban gətirməyin. Bu, Allahınız Yehova üçün iyrəncdir.+  Ola bilsin, aranızda, Allahınız Yehovanın sizə verdiyi şəhərlərdən birində bir kişi və ya qadın Allahınız Yehovanın gözündə pis iş görsün, Allahın əhdini pozsun,+  yolunu azaraq Onun əmrlərinin ziddinə başqa allahlara ibadət etsin, o allahlara, yaxud günəşə, aya, səmadakı orduya səcdə qılsın.+  Bu haqda sizə xəbər verəndə, yaxud özünüz bundan xəbər tutanda məsələni yaxşı-yaxşı araşdırın. Əgər deyilənlər düz çıxsa,+ görsəniz ki, doğrudan da, İsraildə belə bir murdar hərəkətə yol verilib,  onda bu rəzilliyi edən qadını və ya kişini şəhər darvazasının yanına gətirib ölənəcən daşqalaq edin.+  Kimisə öldürmək üçün iki, ya da üç nəfərin şahidliyi lazımdır.+ Bir nəfərin şahidliyi ilə heç kimi öldürmək olmaz.+  Daşqalaq edib öldürəndə ona daşı birinci şahidlər atmalıdır, sonra isə qalan camaat. Aranızdan pisliyi yox edin.+  Əgər şəhərlərinizdən birində olmuş qətl+, şikayət, təcavüzkarlıq, yaxud da başqa mübahisəli məsələ barədə hökm çıxarmağa çətinlik çəksəniz, onda Allahınız Yehovanın seçdiyi yerə gedin.+  Lavili kahinlərin və həmin vaxt hakimlik edən hakimin yanına gedin,+ məsələni onlara danışın. Onlar hökmü sizə bildirəcəklər.+ 10  Yehovanın seçdiyi yerdə sizə bildirdikləri hökmə müvafiq davranın. Hər şeyi onlar deyən kimi edin. 11  Siz onların göstərdiyi qanuna uyğun, elan etdikləri hökmə müvafiq davranmalısınız.+ Onların verdiyi hökmdən nə sağa, nə sola dönməməlisiniz.+ 12  Allahınız Yehovaya xidmət edən kahinə, yaxud hakimə qulaq asmayıb öz bildiyi kimi hərəkət edən adam ölməlidir.+ İsraildən pisliyi yox etməlisiniz.+ 13  Onda bütün camaat eşidəcək, hamının gözü qorxacaq və bir də heç kim özbaşına hərəkət etməyəcək.+ 14  Allahınız Yehovanın sizə verdiyi ölkəyə daxil olanda, oraya sahib olub məskunlaşanda belə deyəcəksiniz: “Gəlin ətrafımızdakı xalqlar kimi biz də özümüz üçün padşah seçək”.+ 15  Bu halda siz yalnız Allahınız Yehovanın seçdiyi adamı padşah qoymalısınız.+ Padşah soydaşlarınızdan* olmalıdır. Soydaşınız olmayan adamı, əcnəbini üstünüzdə padşah qoya bilməzsiniz. 16  Padşah atlarının sayını çoxaltmamalı,+ ilxısını böyütməkdən ötrü camaatı Misirə getməyə məcbur etməməlidir,+ çünki Yehova sizə: “Bir də heç vaxt bu yolla geri qayıtmamalısınız”, — deyib. 17  Padşah çoxlu arvad almamalıdır, yoxsa ürəyi haqq yolundan dönər.+ Özü üçün çoxlu qızıl-gümüş də yığmamalıdır.+ 18  Taxta çıxanda lavili kahinlərin saxladığı bu Qanunun surətini özü üçün köçürməlidir.+ 19  Bu nüsxə onda qalmalıdır. O, bütün ömrü boyu, hər gün onu oxumalıdır+ ki, Allahı Yehovadan qorxmağı öyrənsin, Qanunun bütün sözlərinə və bu qaydalara əməl etsin.+ 20  Beləcə, ürəyi qürrələnib özünü soydaşlarından üstün tutmayacaq, bu əmrlərdən nə sağa, nə sola dönməyəcək. Bunun sayəsində onun özü də, oğulları da İsraildə uzun müddət səltənət sürəcək.

Haşiyələr

Hərfən: qardaşlarınızdan.