Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 16:1—22

MÜNDƏRİCAT

  • Pasxa; Mayasız çörək bayramı (1—8)

  • Həftələr bayramı (9—12)

  • Çardaqlar bayramı (13—17)

  • Hakimlər təyin edilməlidir (18—20)

  • Sitayişi qadağan şeylər (21, 22)

16  Əviv* ayını yaddan çıxarmayın və Allahınız Yehovanın şərəfinə Pasxanı qeyd edin,+ çünki məhz əviv ayında Allahınız Yehova sizi gecəylə Misirdən çıxartmışdı.+  Yehovanın Öz adına məskən seçdiyi yerdə+ Allahınız Yehovaya mal-qaranızdan və qoyun-keçinizdən+ Pasxa qurbanı təqdim etməlisiniz.+  Qurban ətilə mayalı heç nə yeməməlisiniz.+ Misirdən tələm-tələsik çıxanda+ yediyiniz çörək kimi, yeddi gün mayasız çörək, əziyyət çörəyi yeməlisiniz. Belə edin ki, Misirdən çıxdığınız gün bütün ömrünüz boyu yadınızda olsun.+  Yeddi gün ölkənizin heç bir yerində mayalıq xəmir olmamalıdır.+ Birinci gün axşam qurban kəsdiyiniz heyvanın ətindən səhərə saxlamamalısınız.+  Pasxa qurbanını Allahınız Yehovanın sizə verdiyi şəhərlərin hansında gəldi kəsməməlisiniz.  Qurbanı Allahınız Yehovanın Öz adına məskən seçdiyi yerdə kəsməlisiniz. Pasxa qurbanı Misirdən çıxdığınız vaxt, axşam, gün batan kimi kəsilməlidir.+  Onu Allahınız Yehovanın seçəcəyi yerdə+ bişirib yeməlisiniz+. Səhər isə çadırlarınıza qayıda bilərsiniz.  Altı gün mayasız çörək yeməlisiniz, yeddinci gün Allahınız Yehovaya həsr olunmuş təntənəli məclis qurulacaq. Həmin gün heç bir iş görməməlisiniz.+  Tarlanızdakı zəmilərə oraq vurduğunuz ilk gündən başlayaraq, yeddi həftə sayın.+ 10  Sonra Allahınız Yehovanın sizə verdiyi bərəkətə görə+ könüllü təqdimə gətirib Allahınız Yehovanın şərəfinə Həftələr bayramı keçirin+. 11  Hamınız Allahınız Yehovanın Öz adına məskən seçdiyi yerdə, Allahınız Yehovanın önündə sevinib-şadlanın, özünüz də, oğlunuz da, qızınız da, qul-qarabaşınız da, şəhərlərinizdə yaşayan lavili də, aranızda olan yadelli də, yetim də, dul da.+ 12  Unutmayın ki, bir zamanlar Misirdə qul idiniz,+ ona görə də bu qanunlara əməl edin. 13  Xırmanınızdan, zeytunsıxanınızdan və üzümsıxanınızdan məhsul götürəndən sonra yeddi gün Çardaqlar bayramını qeyd edin+. 14  Bayram vaxtı hamınız sevinib-şadlanın,+ özünüz də, oğlunuz da, qızınız da, qul-qarabaşınız da, şəhərlərinizdə yaşayan lavili də, yadelli də, yetim də, dul da. 15  Yeddi gün Yehovanın seçdiyi yerdə Allahınız Yehovanın şərəfinə bayram keçirin,+ çünki Allahınız Yehova bütün məhsulunuza bərəkət verəcək, əl atdığınız hər işi avand edəcək,+ siz də sevinib-şadlanacaqsınız+. 16  İldə üç dəfə, Mayasız çörək bayramında+, Həftələr bayramında+ və Çardaqlar bayramında+ bütün kişilər Allahınız Yehovanın seçdiyi yerdə Onun hüzuruna gəlməlidir. Heç kim əliboş gəlməməlidir. 17  Hər kəs Allahı Yehovanın ona verdiyi bərəkətə görə bəxşiş gətirməlidir.+ 18  Allahınız Yehovanın verdiyi bütün şəhərlərdə hər qəbilə üçün hakimlər+ və məmurlar təyin edin. Onlar xalqa ədalətlə hakimlik etməlidirlər. 19  Haqq-ədaləti tapdalamayın,+ tərəfkeşlik etməyin,+ rüşvət almayın, çünki rüşvət hikmətlinin gözünü kor edər,+ dürüst adamın fikrini dəyişdirər. 20  Ədalətə, yalnız ədalətə can atmalısınız ki,+ sağ qalıb Allahınız Yehovanın sizə verdiyi diyara sahib olasınız. 21  Allahınız Yehovanın adına düzəldəcəyiniz qurbangahın yanında ibadət etmək üçün* ağac əkməyin.+ 22  Özünüz üçün dik daşlar qoymayın,+ Allahınız Yehova onlardan ikrah edir.

Haşiyələr

Hərfən: Aşera bütü olaraq.