Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 15:1—23

MÜNDƏRİCAT

  • Hər yeddinci il borclar bağışlanmalı (1—6)

  • Kasıblara yardım (7—11)

  • Hər yeddinci il qullar azadlığa buraxılmalı (12—18)

    • Qulun qulağının bizlə deşilməsi (16, 17)

  • Heyvanların ilk balası Allah üçün ayrılmalı (19—23)

15  Hər yeddinci il borcdan azad etmə ili olacaq.+  Alacağı olan hər kəs borclu adamı borcdan azad etməlidir. O, soydaşından, yaxud qardaşından borcunu tələb etməməlidir, çünki Yehovanın eşqinə borclardan azad edilmə elan ediləcək.+  Yadellidən+ borcunuzu tələb edə bilərsiniz, soydaşınızısa borcdan azad etməlisiniz.  Əslində, aranızda yoxsulluğa düşən olmamalıdır, çünki Allahınız Yehovanın sizə irs olaraq verəcəyi diyarda Yehova sizə xeyir-bərəkət verəcək,+  amma yalnız o şərtlə ki, hər şeydə Allahınız Yehovanın sözünə qulaq asıb bu gün sizə çatdırdığım bütün bu əmrlərə dəqiqliklə əməl edəsiniz.+  Allahınız Yehova vəd etdiyi kimi, sizə xeyir-bərəkət verəcək. Siz xalqlara borc verəcəksiniz, özünüz isə borc üçün heç kimə ağız açmayacaqsınız.+ Bir çox xalqlara ağalıq edəcəksiniz, sizinsə üstünüzdə ağalıq edən olmayacaq.+  Allahınız Yehovanın sizə verəcəyi diyardakı şəhərlərdən birində soydaşlarınızdan kimsə kasıblasa, ürəyiniz daşa dönməsin, ona qarşı xəsislik etməyin.+  Əlinizi səxavətlə açıb+ möhtac olduğu, korluq çəkdiyi şeyi ona borca verin.  Məbada ürəyinizdən “yeddinci il, borclardan azad etmə ili yaxınlaşır”+ kimi pis fikir keçirəsiniz və kasıblamış soydaşınızdan səxavətinizi əsirgəyib ona kömək əli uzatmayasınız. Əgər o, sizə görə Yehovaya nalə etsə, günah qazanacaqsınız.+ 10  Ona qarşı səxavətli olun,+ nə isə verəndə candərdi verməyin, onda Allahınız Yehova əməyinizə, əl atdığınız hər işə xeyir-bərəkət verəcək.+ 11  Çünki ölkədə həmişə kasıblar olacaq.+ Buna görə də sizə deyirəm: ölkənizdəki fağır-füqəraya qarşı əliaçıq olun.+ 12  Özünü qul kimi sizə satan soydaşınızı, ibrani kişi və ya qadını, altı il qulluğunuzda durandan sonra, yeddinci il azadlığa buraxın.+ 13  Onu azadlığa buraxanda əliboş yola salmayın. 14  Sürünüzdən, xırmanınızdan, zeytunsıxanınızın və üzümsıxanınızın məhsulundan səxavətlə ona pay verin. Allahınız Yehova sizə bərəkət verdiyi kimi, siz də ona qarşı əliaçıq olun. 15  Unutmayın ki, siz də Misirdə qul idiniz və Allahınız Yehova sizi oradan qurtardı. Elə buna görə sizə bu gün bu əmri verirəm. 16  Ancaq qulunuz sizi və evinizdəkiləri sevdiyi üçün, sizdə günü xoş keçdiyi üçün: “Mən sənin yanından getmək istəmirəm!” — desə,+ 17  onda bir biz götürün, onun qulağını qapıya söykəyib bizlə deşin. Beləcə, o, ömürlük sizin qulunuz olacaq. Qarabaşla da eyni cür edin. 18  Qulunuzu azadlığa buraxmaq, onun çıxıb getməsi sizə ağır gəlməsin, çünki onun altı il ərzində gördüyü iş sizə muzdur işindən ikiqat artıq fayda gətirib, Allahınız Yehova da bütün işlərdə sizə kömək olub. 19  Qaramalınızın və qoyun-keçinizin birinci erkək balasını Allahınız Yehova üçün ayırın.+ Qaramalınızın birinci balasını işlətməyin, qoyun-keçinizin birinci balasını qırxmayın. 20  Onları ilbəil ev əhlinizlə birlikdə Yehovanın seçdiyi yerdə, Allahınız Yehovanın önündə yeyin.+ 21  Ancaq heyvan qüsurludursa, topal və ya kordursa, yaxud başqa ciddi qüsuru varsa, onu Allahınız Yehovaya qurban gətirməyin.+ 22  Onu şəhərinizdə yeyin. Pak adam da, murdar adam da ceyran və maral əti kimi ondan yeyə bilər.+ 23  Ancaq qanını yeməməlisiniz.+ Onu su kimi torpağa axıtmalısınız.+

Haşiyələr