Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 13:1—18

MÜNDƏRİCAT

  • Dinə dönük çıxanla rəftar (1—18)

13  Aranızda bir peyğəmbər və ya yuxularla gələcəyi söyləyən adam peyda olub sizə hansısa əlamət ya da nişanə verərsə,  onun dediyi əlamət və nişanə yerinə yetərsə, ancaq o, eyni zamanda: “Gəlin başqa allahların, tanıyıb-bilmədiyiniz allahların dalınca gedək, onlara qulluq edək”, — deyərsə,  həmin peyğəmbərə, yuxu görənə qulaq asmayın,+ çünki Allahınız Yehova sizi sınayır,+ görsün Yehovanı, Allahınızı bütün qəlbinizlə, bütün varlığınızla sevirsiniz, ya yox.+  Siz yalnız Allahınız Yehovanın yolu ilə getməli, Ondan qorxmalı, Onun sözünə qulaq asmalı, tək Ona qulluq etməli və Ona bağlanmalısınız.+  Həmin peyğəmbər və ya yuxu görən isə öldürülməlidir,+ çünki o, sizi Allahınız Yehovaya qarşı üsyana təhrik edərək sizi Misir diyarından çıxarmış, köləlik evindən qurtarmış Allahınız Yehovanın buyurduğu yoldan döndərmək istəyirdi. Aranızdan şəri yox etməlisiniz.+  Əgər qardaşınız, ananızın oğlu, yaxud öz oğlunuz və ya qızınız, qoynunuzdakı arvadınız*, ya da sizinlə can bir qəlbdə olan dostunuz xəlvətcə sizi dilə tutub “gəl gedək başqa allahlara qulluq edək” deyərsə,+ sizi nə özünüzün, nə də ata-babalarınızın tanımadığı allahlara,  dünyanın bu başından tutmuş o biri başına qədər olan xalqların, yaxında və ya uzaqda yaşayan ətraf xalqların allahlarına sitayiş etməyə sövq edərsə,  ona uymayın, dediklərinə qulaq asmayın,+ ona rəhminiz, yazığınız gəlməsin, şər əməlini ört-basdır etməyin;  tərəddüd etmədən onu öldürün.+ Onu daşqalaq edib öldürəndə daşı birinci siz atmalısınız, sonra qalan camaat.+ 10  Onu ölənə qədər daşqalaq etməlisiniz,+ çünki o, sizi Allahınız Yehovanın, sizi Misirdən, köləlik evindən çıxaran Allahın yolundan döndərmək istəyirdi. 11  Onda bütün İsrail bunu eşidəcək və gözü qorxacaq. Bundan sonra bir də heç kim belə şər iş tutmayacaq.+ 12  İşdir-şayəd, eşitsəniz ki, zəbt etdiyiniz, Allahınız Yehovanın sizə verdiyi şəhərlərdən birində söz-söhbət gəzir ki, 13  yaramaz adamlar peyda olub və “gedək başqa allahlara qulluq edək” deyərək şəhər əhlini yoldan azdırmağa çalışır, onları tanıyıb-bilmədikləri allahlara ibadət etməyə sövq edir, 14  onda məsələni araşdırıb tədqiq edin, yaxşı-yaxşı soruşub öyrənin.+ Əgər deyilənlər düz çıxsa, görsəniz ki, doğrudan da, aranızda belə alçaq iş tutulub, 15  həmin şəhərin əhalisini tərəddüd etmədən qılıncdan keçirin.+ Şəhəri, şəhərdə nə varsa, hər şeyi heyvan qarışıq məhv edin.+ 16  Şəhərin bütün var-dövlətini şəhər meydanının ortasına toplayın, sonra isə şəhərə od vurub yandırın. Şəhərdəki qənimət Allahınız Yehova üçün yandırma qurbanı kimi olacaq. Şəhər həmişəlik xarabazara çevrilməlidir və heç vaxt bərpa olunmamalıdır. 17  Məhv edilmək üçün ayrılmış şeylərdən heç nə götürməməlisiniz,+ onda Yehovanın kükrəyən qəzəbi yatar və Onun sizə rəhmi gələr, sizə mərhəmət edər, ata-babalarınıza and içdiyi kimi, sizi çoxaldıb sayınızı artırar.+ 18  Allahınız Yehovanın əmrlərinə, bu gün sizə verdiyim bütün əmrlərə riayət edərək Ona itaətkar olun. Beləcə, Allahınız Yehovanın gözündə düz əməl sahibi olarsınız.+

Haşiyələr

Yaxud sevimli arvadınız.