Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 12:1—32

MÜNDƏRİCAT

  • Allahın seçdiyi yerdə ibadət (1—14)

  • Əti qansız yeməli (15—28)

  • Yad allahlara aldanmayın (29—32)

12  Ata-babalarınızın Allahı Yehovanın mülk olaraq sizə verəcəyi diyarda yaşayanda bütün ömrünüz boyu bu qanunlara və hökmlərə dəqiqliklə riayət edin.  Qovacağınız xalqların uca dağlarda, təpələrdə, yaxud gur yarpaqlı ağaclar altında öz allahlarına ibadət etdikləri bütün yerləri darmadağın edin.+  Onların qurbangahlarını dağıdın, dik daşlarını parça-parça edin,+ Aşera bütlərini yandırın, allahlarının oyma bütlərini kəsin,+ adlarını o yerdən silin.+  Siz Allahınız Yehovaya o cür ibadət etməməlisiniz.+  Siz Allahınız Yehovanın qəbilələrinizdən birinin ərazisində Öz adını qoymaq üçün seçdiyi, məskun olduğu yerə getməlisiniz.+  Yandırma qurbanlarınızı+ və qalan qurbanları, ondabirlərinizi+, bəxşişlərinizi+, nəzirlərinizi, könüllü təqdimələrinizi+, mal-qaranızın və qoyun-keçinizin birinci balasını+ ora aparmalısınız.  Özünüz də, ev əhliniz də orada, Allahınız Yehovanın önündə yemək yeyəcək,+ gördüyünüz hər işdən sevinc duyacaqsınız,+ çünki Allahınız Yehova sizə xeyir-bərəkət verəcək.  Onda indiki kimi etməməlisiniz. İndi hər kəs öz bildiyini edir,  çünki hələ Allahınız Yehovanın sizin üçün hazırladığı mirasa, rahatlaşacağınız yerə+ gedib çıxmamısınız. 10  İordanı keçib+ Allahınız Yehovanın sizə mülk olaraq verəcəyi diyarda yurd salanda O, sizi ətrafınızdakı bütün düşmənlərinizin əlindən qurtarıb sizə dinclik verəcək. Siz əmin-amanlıq içində yaşayacaqsınız.+ 11  Sizə buyurduğum hər şeyi — yandırma qurbanlarınızı və qalan qurbanları, ondabirlərinizi+, bəxşişlərinizi, Yehovaya etdiyiniz nəzirləri Allahınız Yehovanın Öz adına məskən seçdiyi yerə aparmalısınız.+ 12  Qoy hər kəs Allahınız Yehovanın hüzurunda sevinib-şadlansın,+ siz də, oğullarınız da, qızlarınız da, qul-qarabaşınız da, sizinlə birlikdə pay almadığı, irsə sahib olmadığı üçün şəhərlərinizdə məskən salan lavililər də.+ 13  Baxın, hər gördüyünüz yerdə yandırma qurbanı gətirməyin.+ 14  Yandırma qurbanını ancaq Yehovanın qəbilələrinizdən birinin ərazisində seçdiyi yerdə gətirməlisiniz. Sizə əmr etdiyim hər şeyi həmin yerdə yerinə yetirməlisiniz.+ 15  Allahınız Yehovanın verdiyi bərəkətə görə, ürəyinizdən keçən vaxt yaşadığınız şəhərdə heyvan kəsib yeyə bilərsiniz.+ Pak adam da, murdar adam da ceyran, maral əti kimi ondan yeyə bilər. 16  Lakin qan yemək olmaz.+ Onu su kimi torpağa axıtmalısınız.+ 17  Taxılınızın, yeni şərabınızın, yağınızın onda birini, qaramalınızın və qoyun-keçinizin birinci balasını, nəzirlərinizi, könüllü təqdimələri və bəxşişlərinizi yaşadığınız şəhərdə yeməməlisiniz.+ 18  Hamınız, özünüz də, oğullarınız da, qızlarınız da, qul-qarabaşınız da, şəhərinizdə məskən salan lavililər də bunları Allahınız Yehovanın hüzurunda, Yehova Allahın seçdiyi yerdə yeyəcək,+ gördüyünüz hər işə görə Allahınız Yehovanın önündə sevinib-şadlanacaqsınız. 19  O diyarda yaşayanda heç vaxt lavililərə etinasız yanaşmayın.+ 20  Allahınız Yehova vəd etdiyi kimi, ərazinizi genişləndirəndə,+ nə vaxt könlünüzdən ət keçib, “ürəyim ət istəyir” desəniz, ət yeyə bilərsiniz.+ 21  Əgər Allahınız Yehovanın Öz adını qoymaq üçün seçdiyi yer+ sizdən uzaq olsa, onda Yehovanın sizə verdiyi qaramaldan və ya qoyun-keçidən istədiyiniz vaxt buyurduğum qaydada heyvan kəsib yaşadığınız şəhərdə yeməlisiniz. 22  Pak adam da, murdar adam da ceyran, maral əti kimi bu heyvanın ətindən yeyə bilər.+ 23  Lakin qan yeməkdən qəti surətdə çəkinin,+ çünki can qandadır.+ Heç bir heyvanı onun canı ilə birlikdə yeməməlisiniz. 24  Qanı yemək olmaz. Onu su kimi torpağa axıtmalısınız.+ 25  Qan yeməyin, onda Yehovanın gözündə düz əməl sahibi olar, özünüz də, uşaqlarınız da xeyir taparsınız. 26  Yehovanın seçdiyi yerə gələndə yalnız müqəddəs bəxşişləri və nəzirlərinizi gətirin. 27  Orada, Allahınız Yehovanın qurbangahında yandırma qurbanlarınızı, qurbanların ətini və qanını təqdim edin.+ Qurbanlarınızın qanını Allahınız Yehovanın qurbangahının dibinə axıdın,+ ətini isə yeyə bilərsiniz. 28  Diqqətli olun ki, sizə verdiyim bütün bu əmrlərə riayət edəsiniz. Onda Allahınız Yehovanın gözündə yaxşı və düz iş gördüyünüz üçün həm özünüz xeyir taparsınız, həm də övladlarınız. 29  Allahınız Yehova torpaqlarını tutub yerində məskən salacağınız xalqları qıranda+ 30  ehtiyatlı olun ki, onlar önünüzdən yox olandan sonra tələyə düşməyəsiniz, onların allahları ilə maraqlanıb deməyəsiniz: “Görəsən, o xalqlar öz allahlarına necə ibadət edirdilər? Mən də elə edim”.+ 31  Siz Allahınız Yehovaya o cür ibadət etməməlisiniz, çünki Yehova onların öz allahları üçün etdiyi şeylərə, o murdar əməllərə nifrət edir. Onlar hətta oğullarını və qızlarını da allahları üçün odda yandırırlar.+ 32  Bu gün sizə verdiyim bütün əmrlərə diqqətlə əməl edin.+ Onlara bir kəlmə belə, artırıb-əskiltməyin.+

Haşiyələr