Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 10:1—22

MÜNDƏRİCAT

  • Daş lövhələr yenidən düzəldilir (1—11)

  • Yehovanın tələbləri (12—22)

    • Yehovadan qorxmalı; Onu sevməli (12)

10  O vaxt Yehova mənə dedi: “Özün üçün əvvəlkilər kimi iki daş lövhə yon,+ dağa, Mənim yanıma qalx. Bir dənə də taxta sandıq düzəlt.  Sındırdığın lövhələrdəki sözləri bu lövhələrə yazacağam. Onları sandığa qoyarsan”.  Onda mən akasiya ağacından sandıq düzəltdim, əvvəlkilər kimi iki daş lövhə yondum. Lövhələri əlimə alıb dağa qalxdım.+  Allah əvvəl yazdığı sözləri, on əmri* lövhələrin üstünə yazdı.+ Həmin sözləri dağın ətəyində toplaşdığınız gün Yehova alovun içindən sizə demişdi.+ Sonra Yehova lövhələri mənə verdi.  Mən dağdan endim+ və Yehovanın əmr etdiyi kimi, lövhələri düzəltdiyim sandığın içinə qoydum. Onlar indiyə kimi oradadır.  Sonra israillilər Biirot-Bəni-Yaqandan yola düşüb Məsirəyə gəldilər. Harun orada öldü və dəfn edildi.+ Oğlu Əlyazar onun yerinə kahin oldu.+  Oradan Qudqidə, Qudqiddən Yütbətə+, axar çaylar diyarına gəldilər.  Həmin vaxt Yehova Lavi qəbiləsini ayırdı+ ki, bugünkü kimi, Yehovanın Əhd sandığını daşısınlar,+ Yehovanın önündə xidmət etsinlər və xalqa Onun adı ilə xeyir-dua versinlər.+  Buna görə də lavililərin qardaşları arasında payı yoxdur, onlara irs verilməyib. Onların irsi Yehovadır. Çünki Allahınız Yehova lavililərə belə buyurmuşdu.+ 10  Mən birinci dəfə olduğu kimi, qırx gün-qırx gecə dağda qaldım.+ Onda da Yehova xahişimi eşitdi.+ Yehova sizi məhv etmək fikrindən vaz keçdi. 11  Sonra Yehova mənə dedi: “Get xalqı yola hazırla, qoy ata-babalarına verməyi and içdiyim diyara daxil olub ona sahib olsunlar”.+ 12  Beləliklə, ey İsrail, Allahın Yehova səndən başqa nə istəyir ki?!+ İstəyir ki, Allahın Yehovadan qorxasan,+ Onun yolu ilə gedəsən,+ Onu sevəsən, Allahın Yehovaya bütün qəlbinlə, bütün varlığınla xidmət edəsən,+ 13  Yehovanın sənin yaxşılığın üçün verdiyi, bu gün sənə çatdırdığım bütün əmr və qanunları yerinə yetirəsən.+ 14  Budur, göylər, göylərin göyləri, yer və yerdə olan hər şey Allahınız Yehovaya məxsusdur.+ 15  Ancaq Yehova yalnız sizin ata-babalarınıza mehrini salıb onlarla ülfət bağlayıb. Sizi, onların övladlarını xalqların arasından seçib.+ Bugünkü gün siz Ona məxsus bir xalqsınız. 16  Buna görə də ürəyinizi saf etməli*+, dikbaşlığa+ son qoymalısınız. 17  Çünki Allahınız Yehova allahlar Allahı,+ ağalar Ağası, böyük, qüdrətli, zəhmli Allahdır. O tərəfkeşlik etməz+, rüşvət almaz. 18  Yetim üçün, dul qadın üçün ədaləti bərqərar edər,+ qəribi sevər,+ ona ruzi, geyim yetirər. 19  Siz də qəribi sevməlisiniz, çünki bir zamanlar özünüz də Misir diyarında qərib olmusunuz.+ 20  Siz Allahınız Yehovadan qorxmalı, Ona qulluq etməli,+ Ona bağlanmalısınız. Onun adı ilə and içməlisiniz. 21  Təkcə Onu mədh etməlisiniz.+ O, sizin Allahınız, öz gözlərinizlə gördüyünüz möhtəşəm və heyrətamiz işləri sizin üçün edən Allahdır.+ 22  Ata-babalarınız cəmi-cümlətanı yetmiş nəfərlə Misirə getmişdilər.+ İndi isə Allahınız Yehova sizi göydəki ulduzlar qədər saysız-hesabsız edib.+

Haşiyələr

Hərfən: on sözü.
Hərfən: sünnət etməli.