Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 1:1—46

MÜNDƏRİCAT

  • Huribdən yola düşmə (1—8)

  • Başçı və hakimlər (9—18)

  • Qədis-Barniyədə itaətsizlik (19—46)

    • İsraillilər vəd olunmuş diyara girmək istəmirlər (26—33)

    • Kənanın istilasında uğursuzluq (41—46)

1  Musa İordan bölgəsində, Suf qarşısındakı səhrada, Fəran, Tofel, Laban, Həseyrut və Dizhab yaxınlığında* israillilərə xitab etdi.  (Sair dağına gedən yol ilə Huribdən Qədis-Barniyə+ on bir günlük yoldur.)  Qırxıncı ilin+ on birinci ayının birinci günü Musa Yehovanın israillilərlə bağlı tapşırdığı hər şeyi onlara çatdırdı.  Həşbunda yaşayan amori padşahı Sihunu+ yenəndən və Əştərutda yaşayan Başan padşahı Oqu+ Əzrəydə+ məğlub edəndən sonra  Musa İordan bölgəsində, Muab torpağında Qanunun izahına başlayıb dedi:+  «Allahımız Yehova Huribdə bizə demişdi: “Bu dağlıq yerdə qaldığınız kifayətdir.+  Amorilərin+ dağlıq bölgəsinə və bütün qonşu bölgələrə: Ərəbəyə+, dağlıq bölgəyə, Şəflaya, Negevə və sahilyanı bölgəyə gedin.+ Kənanilərin torpağına daxil olun, Livana+ və böyük çaya, Fərat çayına+ qədər irəliləyin.  Budur, torpaq qarşınızdadır. Gedin, Yehovanın atalarınız İbrahimə, İshaqa+, Yaquba+ və onların gələcək övladlarına* verməyi vəd etdiyi torpağı tutun”.+  Həmin vaxt mən sizə demişdim: “Mən təkbaşına sizi daşıya bilmərəm.+ 10  Allahınız Yehova sizi o qədər çoxaldıb ki, sayınız göydəki ulduzlar qədərdir.+ 11  Qoy Allahınız Yehova sizi indikindən də min dəfə çox eləsin+ və necə ki vəd edib, sizi nemət sahibi etsin.+ 12  Amma mən tək canımla sizin yükünüzü necə daşıyım, dərd-sərinizi necə çəkim, dava-dalaşınıza necə dözüm?+ 13  Qəbilələrinizdən müdrik, bəsirətli, dünyagörmüş adamlar seçin. Mən onları üstünüzdə başçı qoyacağam”.+ 14  Onda siz: “Çox yaxşı”, — dediniz. 15  Mən də qəbilələrinizdəki başçıları, müdrik, dünyagörmüş adamları üzərinizdə başçı: minbaşı, yüzbaşı, əllibaşı, onbaşı və nəzarətçi təyin etdim.+ 16  O vaxt hakimlərinizə belə göstəriş verdim: “Aralarında münaqişə düşən soydaşlarınızın*, istər israilli ilə israillinin, istərsə də israilli ilə yadellinin işinə+ ədalətlə baxın+. 17  Hökm çıxaranda tərəfkeşlik etməyin.+ Adi adamı da böyük adamı dinlədiyiniz kimi dinləyin.+ Adamlardan qorxmayın,+ hökm Allahındır.+ Çox müşkül məsələləri isə mənə təqdim edin, onlara mən baxaram”.+ 18  Nə etməli olduğunuzu o vədə sizə bildirdim. 19  Sonra biz Huribdən yola düşdük. Allahımız Yehovanın bizə əmr etdiyi kimi, amorilərin+ dağlıq bölgəsinə gedən yolla, özünüzün də şahidi olduğunuz o ucsuz-bucaqsız, vahiməli səhranı+ adladıq və bu minvalla gəlib Qədis-Barniyə+ çatdıq. 20  Onda mən sizə dedim: “Yehovanın bizə vermək istədiyi yerə, amorilərin dağlıq bölgəsinə gəlib çatdınız. 21  Allahınız Yehova buranı sizə verib. Odur ki, gedin atalarınızın Allahı Yehovanın sizə söylədiyi kimi, bu torpağa yiyələnin.+ Qorxmayın, təlaşa düşməyin”. 22  Siz isə hamılıqla yanıma gəlib dediniz: “Qoy özümüzdən qabaq adamlar göndərək ki, hansı yolla gedəcəyimiz, necə şəhərlərlə rastlaşacağımız haqda bizə məlumat gətirsinlər”.+ 23  Bu təklif mənə ağlabatan göründü, ona görə də mən aranızdan on iki nəfər, hər qəbilədən bir nəfər seçdim.+ 24  Onlar yola düşüb dağlıq bölgəyə+ qalxdılar və Əşqul vadisinə çatıb oranı gözdən keçirdilər. 25  Sonra o torpağın barından götürüb bizə gətirdilər və xəbər verdilər ki, Allahımız Yehovanın bizə vermək istədiyi ölkə gözəl ölkədir.+ 26  Siz isə Allahınız Yehovanın əmrini rədd edib oraya getmək istəmədiniz.+ 27  Öz çadırlarınızda deyinib söyləndiniz: “Yehovanın bizdən zəhləsi gedir, ona görə də bizi Misirdən çıxarıb ki, amorilərin əlinə verib kökümüzü kəssin. 28  Axı biz hara gedirik? “Oranın camaatı bizdən güclü, bizdən hündürdür. Şəhərləri böyükdür, istehkamları göylərə dirənir.+ Orada Anaq oğullarını+ gördük”, — deyərək qardaşlarımız bizdə ürək-göbək qoymadı”.+ 29  Onda mən sizə dedim: “Təşvişə düşməyin, qorxmayın onlardan.+ 30  Allahınız Yehova sizin önünüzdə gedəcək. O, Misirdə gözünüzün qabağında sizin üçün necə döyüşmüşdüsə,+ indi də elə döyüşəcək.+ 31  Səhrada olanda da gördünüz ki, Allahınız Yehova oğlunu qucağında gəzdirən ata tək sizi hər yerə qucaqda apardı, ta bu yerə gəlib çıxana qədər”. 32  Amma buna baxmayaraq, siz Allahınız Yehovaya iman gətirmədiniz.+ 33  Halbuki O, qabağınızca gedirdi ki, düşərgə salmağa sizə yer tapsın. Sizə yol göstərmək üçün gecələr alovda, gündüzlər isə buludda zühur edirdi.+ 34  Yehova dediklərinizin hamısını eşidirdi. Buna görə də O qəzəblənib and içdi:+ 35  “Bu şər nəsildən bir nəfər də olsun atalarına verməyi and içdiyim o gözəl diyarı görməyəcək,+ 36  təkcə Yufənna oğlu Kalibdən başqa. Bəli, Kalib oranı görəcək, üstündə gəzdiyi o torpağı ona və oğullarına verəcəyəm, çünki o, bütün qəlbilə Yehovaya itaət etdi.+ 37  (Hətta sizə görə Yehovanın mənə də acığı tutdu və O, mənə dedi: “Sən də ora getməyəcəksən.+ 38  Oraya sənin qulluğunda duran Nun oğlu Yuşə+ gedəcək.+ Onu ürəkləndir*,+ çünki İsraili həmin diyara o aparacaq”.) 39  Əsir düşəcəyindən qorxduğunuz övladlarınız,+ hələ yaxşını pisdən ayıra bilməyən oğullarınız oraya gedəcək, o diyarı onlara verəcəyəm.+ 40  Siz isə geriyə, Qırmızı dəniz yolu ilə səhraya qayıdın”.+ 41  Onda siz mənə: “Yehovanın qarşısında günahkarıq. Elə indi gedib Allahımız Yehovanın əmr etdiyi kimi döyüşəcəyik!” — deyib silahlandınız. Sizə elə gəlirdi ki, dağa çıxmaq asan olacaq.+ 42  Ancaq Yehova mənə dedi: “Onlara söylə, döyüşməyə getməsinlər, çünki Mən onlara kömək olmayacağam.+ Getsələr, düşmənlərinə yeniləcəklər”. 43  Mən çox dedim, siz az eşitdiniz. Yehovanın əmrinə məhəl qoymadınız. Özbaşınalıq edib dağa çıxmağa üz tutdunuz. 44  Dağda yaşayan amorilər qabağınıza çıxdılar, arı kimi dalınızca düşdülər, sizi Sairə, Hormaya qədər qovub pərən-pərən saldılar. 45  Siz qayıdıb Yehovanın önündə ağlayıb-sızlamağa başladınız. Yehova isə sizə qulaq asmadı, sizə məhəl qoymadı. 46  Elə bu səbəbdən Qədisdə o qədər qaldınız.

Haşiyələr

Hərfən: arasında.
Hərfən: toxumlarına.
Hərfən: qardaşlarınızın.
Digər variant: Allah onu ürəkləndirib.