Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Nəhəmya 6:1—19

MÜNDƏRİCAT

  • Tikintiyə müqavimət davam edir (1—14)

  • Divar 52 günə tikilib qurtarır (15—19)

6  Sanbalat, Tubiyyə+, ərəb Qəşəm+ və digər düşmənlərimizə çatdırdılar ki, mən divarı bərpa edib+ qurtarmışam, divardakı bütün aralar hörülüb. (Hərçənd o vaxt darvazaların qapı taylarını hələ taxmamışdım.)+  Sanbalatla Qəşəm dərhal mənə bu xəbəri yolladılar: «Gəl vaxt təyin edib Unuh+ vadisindəki kəndlərdən birində görüşək». Əslində, onların məqsədi mənə pislik etmək idi.  Mən onlara qasidlərlə bu cavabı göndərdim: «Çox vacib işlə məşğulam, gələ bilmərəm. İşimi qoyub sizin yanınıza gəlsəm, iş dayanar».  Onlar düz dörd dəfə mənə eyni xəbəri göndərdilər, mən də hər dəfə onlara eyni cavabı göndərdim.  Sanbalat beşinci dəfə eyni xəbərlə yanıma öz xidmətçisini göndərdi. Onun əlində möhürsüz namə var idi.  Orada yazılmışdı: «Xalqlar arasında söz-söhbət gəzir ki, sən yəhudilərlə birgə üsyan hazırlayırsan.+ Bunu Qəşəm+ də deyir. Divarı da məhz buna görə tikirsən, deyilənə görə onların padşahı olmaq istəyirsən.  Hətta peyğəmbərlər təyin etmisən ki, sənin barəndə bütün Yerusəlimdə: “Yəhudada padşah var!” — deyib car çəksinlər. Bil ki, bütün bunlar padşaha çatdırılacaq. Gəl görüşüb danışaq».  Onda mən ona belə cavab göndərdim: «Dediklərinin heç biri doğru deyil, bunları özündən uydurursan».  Bəli, onların hamısı bizi qorxutmaq istəyirdi, onlar deyirdilər: «Əlləri işdən soyuyacaq, işi qurtara bilməyəcəklər».+ Ey Allahım, qoluma güc ver!+ 10  Mən Mehitab oğlu Dəlayın oğlu Şəmayın evinə getdim. O, evinə qapanmışdı. Mənə dedi: «Gəl vaxt təyin edib Allahın evində, məbədin içində görüşək. Qapıları bağlayaq, çünki səni öldürməyə gələcəklər, gecə gəlib səni öldürəcəklər». 11  Mən isə dedim: «Heç mənim kimi adam qaçar? Mənim kimisi məbədə girib necə sağ qalar?+ Əsla girmərəm!» 12  Onda başa düşdüm ki, Şəmayı Allah göndərməyib, mənim zərərimə peyğəmbərlik etmək üçün onu Tubiyyə ilə Sanbalat+ tutub. 13  Şəmayı muzdla tutmuşdular ki, məni qorxudub günaha batırsınlar. Beləcə, adımı ləkələmək üçün əllərində əsas olsun və məni ittiham etsinlər. 14  Ey Allahım, Tubiyyəni+, Sanbalatı, onların əməllərini, gecə-gündüz məni qorxutmağa çalışan qadın peyğəmbər Nudiyəni və digər peyğəmbərləri unutma. 15  Beləliklə, elul* ayının iyirmi beşinci günündə, əlli iki günə divar bərpa edilib qurtardı. 16  Düşmənlərimiz bunu eşidəndə və ətrafımızdakı xalqlar bunu görəndə biabır oldular.+ Başa düşdülər ki, bu iş Allahımızın köməyilə görülüb. 17  O günlərdə Yəhudanın əsilzadələri+ Tubiyyəyə çoxlu namə göndərir və ondan namə alırdılar. 18  Yəhudada çox adam Tubiyyəyə sadiq qalacağına and içmişdi, çünki o, Ərah+ oğlu Səkənyanın kürəkəni idi və onun oğlu Yəhukənan Bərxiya oğlu Məşullamın+ qızını almışdı. 19  Üstəlik, yanımda onun barəsində yaxşı şeylər danışırdılar. Mənimsə sözlərimi ona çatdırırdılar. Sonra da Tubiyyə məni qorxutmaq üçün namələr göndərirdi.+

Haşiyələr