Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Nəhəmya 2:1—20

MÜNDƏRİCAT

  • Nəhəmya Yerusəlimə göndərilir (1—10)

  • Nəhəmya şəhər divarlarını gözdən keçirir (11—20)

2  Şah Artakserksin+ hakimiyyətinin iyirminci ili+, nisan* ayı idi. Şahın hüzuruna şərab gətirildi və mən həmişə olduğu kimi, şərabı şaha uzatdım.+ Əvvəllər mən heç vaxt şahın hüzurunda kədərli olmamışdım.  Şah mənə dedi: «Xəstə olmağına, xəstə deyilsən. Bəs niyə çöhrən kədərlidir? Deyəsən, dərdin var». Bunu eşitcək bərk qorxdum.  Şaha dedim: «Şah sağ olsun! Kədərlənməyim, nə edim? Ata-babalarımın dəfn olunduğu şəhər xaraba qalıb, darvazaları yandırılıb».+  Onda şah soruşdu: «Diləyin nədir?» Mən dərhal göylərin Allahına dua etdim.+  Sonra şaha dedim: «Ey şah, əgər məsləhət bilirsənsə, əgər bu qulun gözündə lütf tapıbsa, məni Yəhudaya, ata-babalarımın dəfn olunduğu şəhərə göndər, gedim oranı bərpa edim».+  Onda şah məndən soruşdu: «Səfərin nə qədər çəkər? Nə vaxt qayıdarsan?» (Bu zaman məlikə onun yanında əyləşmişdi.) Mən istədiyim möhləti+ şaha bildirdim və o, məni göndərməyə razı oldu.+  Sonra şaha dedim: «Əgər şah məsləhət bilirsə, çayın*+ o tayındakı bölgənin valiləri+ üçün mənə namələr verilsin ki, Yəhudaya çatana qədər torpaqlarından maneəsiz keçə bilim.  Şahın meşəsinə nəzarət edən Asəf üçün də namə verilsin. Qoy o, məbədin Qala+ darvazalarının, şəhərin divarlarının+ və evimin tikintisində işlədiləcək tirlər üçün mənə ağac versin». Beləcə, şah mənə namələri verdi,+ çünki Allahım mənə yar idi.+  Mən çayın o tayındakı bölgənin valilərinin yanına gedib şahın namələrini onlara verdim. Şah mənimlə birgə sərkərdələr və atlılar da göndərmişdi. 10  Hurunlu Sanbalat+ və əmuni+ məmur Tubiyyə+ bundan xəbər tutdu. Onlar biləndə ki, israillilərin xeyrinə çalışan bir adam gəlib, bərk qəzəbləndilər. 11  Nəhayət, gəlib Yerusəlimə çatdım, üç gün orada qaldım. 12  Gecə ikən mən və yanımdakı bir neçə adam qalxdıq. Amma mən Allahımın Yerusəlimlə bağlı ürəyimə qoyduğu niyyəti heç kimə açmadım. Yanımda mindiyim heyvandan başqa heyvan yox idi. 13  Gecə Vadi darvazasından+ çıxdım və Nəhəng ilan çeşməsinin qarşısından keçib Kül darvazasına+ tərəf getdim. Yerusəlimin uçurulmuş divarlarını, külə çevrilmiş darvazalarını nəzərdən keçirdim.+ 14  Sonra Bulaq darvazasının+ yanından keçib Padşah hovuzuna tərəf getdim. Lakin mindiyim heyvan bu yerdən keçə bilmədi. 15  Buna baxmayaraq, mən yoluma davam etdim. Gecə vaxtı vadi+ boyunca yuxarı qalxaraq divarları gözdən keçirdim, sonra geri qayıdıb Vadi darvazasından içəri girdim. 16  Məmurlar+ hara getdiyimdən və nə etdiyimdən xəbərsiz idilər. Yəhudilərə, kahinlərə, əsilzadələrə, məmurlara və işi görəcək adamlara hələ heç nə deməmişdim. 17  Axırda onlara dedim: «Özünüz də görürsünüz, necə acınacaqlı vəziyyətdəyik. Yerusəlim xaraba qalıb, darvazaları yandırılıb. Gəlin Yerusəlimin divarlarını bərpa edək ki, bu rüsvayçılıqdan qurtulaq». 18  Sonra Allahımın mənə yar olduğunu+ və şahın mənə dediyi sözləri onlara danışdım.+ Onlar: «Gəlin işə başlayaq», — deyib canla-başla bu xeyirli işə hazırlaşmağa başladılar.+ 19  Hurunlu Sanbalat, əmuni+ məmur Tubiyyə+ və ərəb Qəşəm+ bundan xəbər tutanda bizi lağa qoyub+ kin-küdurətlərini gizlətmədən dedilər: «Bu nə işdir tutursunuz? Şaha qarşı qalxırsınız?»+ 20  Mən isə onlara dedim: «Göylərin Allahı işimizi avand edəcək,+ Onun qulları olan bizlər durub divarları bərpa edəcəyik. Sizinsə Yerusəlimdə nə bir payınız, nə bir haqqınız var, burada heç bir iziniz yoxdur».+

Haşiyələr

Fərat çayı.