Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Nəhəmya 12:1—47

MÜNDƏRİCAT

  • Kahinlər və lavililər (1—26)

  • Divarın təntənəli açılışı (27—43)

  • Məbəd xidməti öz qaydasına düşür (44—47)

12  Şəəltiil oğlu Zərubabil+ və Yeşu+ ilə birgə qayıdan kahinlər və lavililər bunlar idi: Sərəyah, Ərəmya, Üzeyir,  Əmariyyə, Məllux, Həttuş,  Səkənya, Rəhum, Mərimut,  İddu, Ginətay, Əbiyya,  Miyəmin, Mədya, Bilgah,  Şəmay, Yəhyarib, Yaday,  Sallu*, Amoq, Xilqiyyə və Yaday. Bunlar Yeşunun vaxtında kahinlərin və qardaşlarının başçıları idi.  Lavililər: Yeşu, Bənya, Qədmail+, Şərbiya, Yəhuda və qardaşları ilə həmd nəğmələrinin ifasına rəhbərlik edən Mətənyah+.  Qardaşları Bağbuqi və Unni keşik çəkən vaxt* onların qarşısında dururdu. 10  Yeşu Yəhyəkimin, Yəhyəkim Əlyasibin+, Əlyasib Yuadanın+, 11  Yuada Yonatanın, Yonatan Yədvanın atası idi. 12  Yəhyəkimin dövründə nəsil başçıları olan kahinlər bunlar idi: Sərəyah+ nəslindən Məryah, Ərəmya nəslindən Hənaniyyə, 13  Üzeyir+ nəslindən Məşullam, Əmariyyə nəslindən Yəhukənan, 14  Malluxi nəslindən Yonatan, Şəbani nəslindən Yusif, 15  Harim nəslindən+ Adna, Məryut nəslindən Xilqay, 16  İddu nəslindən Zəkəriyyə, Ginətun nəslindən Məşullam, 17  Əbiyya+ nəslindən Zəkri, Minyamin nəslindən (...)*, Muaday nəslindən Piltay, 18  Bilgah+ nəslindən Şamu, Şəmay nəslindən Yəhunatan, 19  Yəhyarib nəslindən Məttənay, Yaday+ nəslindən Uzzi, 20  Sallay nəslindən Qallay, Amoq nəslindən Abir, 21  Xilqiyyə nəslindən Həşbiyyə, Yaday nəslindən Nəsnail. 22  Əlyasib, Yuada, Yuhənna və Yədvanın+ dövründə, Fars şahı Daranın hakimiyyətinə qədər yaşamış lavililərin nəsil başçıları, eləcə də kahinlər qeydə alındı. 23  Lavili nəsil başçılarının adları Əlyasib oğlu Yuhənnanın dövrünə qədər salnamələrə qeyd edildi. 24  Lavili başçılar bunlar idi: Həşbiyyə, Şərbiya və Qədmail+ oğlu Yeşu+. Onların qardaşları Allah adamı Davudun göstərişlərinə uyğun olaraq, Allaha həmd və təriflər söyləmək üçün onların qarşısında dururdu.+ Bir keşikçi dəstəsi o biri keşikçi dəstəsinə müvafiq dururdu. 25  Darvaza keşikçiləri bunlar idi: Mətənyah+, Bağbuqi, Əbdiya, Məşullam, Təlmun və Aqqub+. Onlar darvazaların yanındakı anbarlarda keşik çəkirdilər.+ 26  Bu adamlar Yozadaq oğlu Yeşunun+ oğlu Yəhyəkimin, vali Nəhəmyanın, kahin və mirzə Üzeyirin+ dövründə xidmət edirdilər. 27  Yerusəlim divarının təntənəli açılışını sevinclə, həmd nəğmələrilə, sinc, çəng və telli alətlərin müşayiəti ilə qeyd etmək üçün hər yerdən Yerusəlimə lavililəri tapıb gətirdilər.+ 28  İordan vilayətindən, Yerusəlimin ətrafından və nətufahlıların kəndlərindən+ məzmur oxuyanların oğulları* bir yerə toplaşdılar. 29  Beyt-Gilqaldan+, Giba+ və Əzmut+ torpaqlarından da gələnlər var idi, çünki məzmur oxuyanlar Yerusəlimin ətrafında özləri üçün kəndlər salmışdılar. 30  Kahinlərlə lavililər özlərini, xalqı, şəhər darvazalarını və divarını pak etdilər.+ 31  Sonra mən Yəhuda başçıları ilə divarın üstünə çıxdım. Həmçinin Allaha həmd oxumaq üçün iki böyük dəstə ayırdım və onları müşayiət edən adamlar təyin etdim. Dəstələrdən biri divarın üstü ilə sağ tərəfə, Kül darvazasına+ sarı getdi. 32  Onların ardınca gedənlər bunlar idi: Huşiyyə, Yəhuda başçılarının yarısı, 33  Əzriya, Üzeyir, Məşullam, 34  Yəhuda, Binyamin, Şəmay, Ərəmya. 35  Əllərində kərənay tutan+ kahin oğullarından bir neçəsi də onların ardınca gedirdi. Zəkəriyyə (Zəkəriyyə Yonatanın, Yonatan Şəmayın, Şəmay Mətənyahın, Mətənyah Mikayın, Mikay Zəqqurun, Zəqqur Asəfin+ oğlu idi) onların arasında idi. 36  Onun qardaşları, əllərində Allah adamı Davudun musiqi alətləri+ olan Şəmay, Əzaril, Milalay, Qilalay, Məay, Nəsnail, Yəhuda və Hənani də onların ardınca gedirdi. Onların önündə mirzə Üzeyir+ gedirdi. 37  Onlar Bulaq darvazasını+ keçib Davud şəhərinin+ Pilləkəni+ ilə qalxdılar və Davud evinin üst tərəfindəki divarla üzüyuxarı gedərək şərqdəki Su darvazasına+ gəldilər. 38  Həmd oxuyan o biri dəstə əks istiqamətə gedirdi, mən də başçıların yarısı ilə birlikdə onların ardınca gedirdim. Onlar divarın üstü ilə Soba qülləsini+, Geniş divarı+, 39  Əfraim darvazasını+, Qədim şəhər darvazasını+, Balıq darvazasını+, Hənanil qülləsini+, Miah qülləsini və Qoyun darvazasını+ keçib Keşikçi darvazasında dayandılar. 40  Nəhayət, həmd oxuyan hər iki dəstə Allahın evinin qarşısında dayandı. Mən və mənimlə olan məmurların yarısı, 41  əllərində kərənay olan kahinlər — Əlyakim, Məseyyə, Minyamin, Mikay, İlyənay, Zəkəriyyə və Hənaniyyə, 42  həmçinin Məseyyə, Şəmay, Əlyazar, Uzzi, Yəhukənan, Məlkiyyə, Elam və İsər orada dayandıq. Məzmur oxuyanlar İzrəhyanın rəhbərliyi altında uca səslə oxuyurdular. 43  O gün çoxlu qurbanlar kəsildi, şadlıq oldu,+ çünki Allah xalqa böyük sevinc bəxş etmişdi. Qadınlar da, uşaqlar da sevinirdi.+ Yerusəlimdən qalxan sevinc sədaları uzaqlarda eşidilirdi.+ 44  O gün bəxşişlər+, nübarlar+ və ondabirlər saxlanılan anbarlara+ anbardarlar təyin olundu.+ Bu anbarlara Qanunda kahinlər və lavililər+ üçün tələb olunan paylar, yəni şəhərlərin ətrafındakı torpaqlardan yığılan məhsullar toplanacaqdı.+ Kahinlər və lavililər xidmət etdiyinə görə bütün Yəhuda sevinc içində idi. 45  Kahinlərlə lavililər ibadətlə və paklama işi ilə bağlı vəzifələrini icra etməyə başladılar. Məzmur oxuyanlar da, darvaza keşikçiləri də Davudun və oğlu Süleymanın verdiyi göstərişə əsasən öz vəzifələrini icra etməyə başladılar. 46  Çünki qədimdə, Davudun və Asəfin vaxtında məzmur oxuyanlara, Allaha mədh nəğmələri, həmdlər oxuyanlara rəhbərlik edənlər var idi.+ 47  Zərubabilin+ və Nəhəmyanın vaxtında bütün İsrail xalqı məzmur oxuyanlara+ və darvaza keşikçilərinə+ onların gündəlik tələbatını ödəmək üçün pay verirdi. Xalq lavililərə də pay ayırırdı,+ lavililər isə, öz növbəsində, Harunun oğullarına pay ayırırdı.

Haşiyələr

20-ci ayədə Sallay.
Digər variant: xidmət zamanı.
Görünür, ibrani mətnində ad buraxılıb.
Yaxud təlim almış məzmur oxuyanlar.