Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Nəğmələr nəğməsi 7:1—13

MÜNDƏRİCAT

  • Padşah (1—9a)

    • «Nə şirinsən, ey dilbər» (6)

  • Qız (9b—13)

    • «Mən məhbubumun yarıyam, onun meyli mənədir» (10)

7  «Səndəlli ayaqların nə gözəldir, Ey xanım qız! Sağrıların cavahirə bənzəyir, Elə bil, usta əlindən çıxıb.   Göbəyin girdə piyalədir, Qoy şərabı tükənməsin. Qarnın buğda topasıdır, Ətrafında zanbaqlar.   Döşlərin bir cüt maral balası, Əkiz ceyran balasıdır.+   Boynun+ şirmayı qüllədir.+ Gözlərin+ Həşbundakı+, Bat-Rabbim qapısındakı hovuzlara bənzər. Burnun Dəməşqə baxan Livan qülləsidir.   Başın Karmel+ dağına bənzər, Tellərin+ bənövşəyi yuna.+ Tökülən zülflərinin əsiridir padişah.   Nə qəşəngsən, nə şirinsən, Ey dilbər, verdiyin zövqə zövq çatmaz!   Qamətin xurma ağacına bənzər, Döşlərin xurma salxımlarıdır.+   Dedim “xurma ağacına çıxım, Meyvəli budaqlarından tutum”. Kaş döşlərin üzüm salxımı olaydı, Nəfəsin alma ətri qoxaydı,   Damağın əla şərab olaydı». «Qoy o, şirin-şirin yatanların dodağından axıb Məhbubumun damağını məst etsin. 10  Mən məhbubumun yarıyam,+ Onun meyli mənədir. 11  Gəl, ey məhbubum, Çöllərə çıxaq, Xınagüllər arasında yuva quraq.+ 12  Sübhdən oyanıb, üzüm bağlarına gedək, Baxaq meynələr zoğ atıbmı, Çiçəklər gül açıbmı,+ Narlar çiçəklənibmi.+ Orada sənə eşqimi izhar edim.+ 13  Adamkökünün+ ətri gəlir, Qapımızda cürbəcür meyvələr var.+ Təzədən də, köhnədən də Səninçün saxlamışam, ey məhbubum».

Haşiyələr