Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Nəğmələr nəğməsi 4:1—16

MÜNDƏRİCAT

  • Çoban (1—5)

    • «Ey sevgilim, nə gözəlsən!» (1)

  • Qız (6)

  • Çoban (7—16a)

    • «Qəlbimi əsir almısan, ey nişanlım» (9)

  • Qız (16b)

4  «Ey sevgilim, nə gözəlsən! Nə gözəlsən! Örpək altda gözlərin göyərçin gözləridir. Zülfün Gilad dağlarından enən Keçi sürüsünə bənzər.+   Dişlərin yenicə qırxılmış, Yuyunub ağarmış qoyun sürüsünə bənzər. Hamısı əkiz balalı, Heç biri balasını itirməyib.   Ləblərin al-qırmızı ipə bənzər, Dilin şipşirindir. Örpək altda yanaqların, Sanki, nar dilimidir.   Boynun+ çin-çin daşdan tikilmiş, Davud qülləsi kimidir.+ Üstündən minlərlə qalxan, İgidlərin girdə qalxanları asılmış o qüllədir.+   Döşlərin zanbaqlar arasında otlayan Bir cüt maral balası, Əkiz ceyran balasıdır».+   «Axşam sərini düşməmiş, kölgələr itməmiş Durum mürr dağına çıxım, Kündür təpəsinə qalxım».+   «Başdan ayağa gözəlsən,+ Eyibsizsən, ay sevgilim.   Ey nişanlım, gəl birgə enək Livandan, Gəl, qoşa enək Livandan.+ En Amana zirvəsindən, Sənir, Hərmun zirvəsindən.+ Aslanlar yuvasından, bəbirlər dağından en.   Qəlbimi əsir almısan,+ ey bacım, ey nişanlım. Qəlbimi əsir almısan bircə baxışınla, Boyunbağının bir muncuğuyla. 10  Nəvazişlərin nə incədir,+ ey bacım, ey nişanlım, Nəvazişlərin şərabdan şirindir,+ Ətirinin qoxusu hər bir ədvadan xoşdur!+ 11  Ey nişanlım, ləblərindən şanı balı süzülür,+ Dilinin altında bal var, süd var.+ Libasından Livanın ətri gəlir. 12  Mənim bacım, nişanlım qıfıllı bağ kimidir, Qıfıllı bağ, möhürlü bulaq kimidir. 13  Fidanların* nar bağıdır*, Gözəl-gözəl meyvələr, xınagülü, nard bitən bağdır. 14  İçində nard+, zəfəran, ətirli qamış+, darçın+, Hər növ kündür ağacı, mürr və əzvay+ vardır, Hər cür ətriyyat+ vardır. 15  Sən bağ çeşməsisən, saf sulu quyusan, Livandan axan çaylarsan.+ 16  Oyan, ey quzey mehi, Dur gəl, ey güney mehi. Bağımda xəfifcə əs, Qoy ətir bürüsün bağımı». «Qoy məhbubum öz bağına girsin, Gözəl-gözəl meyvələrdən dadsın».

Haşiyələr

Digər variant: dərin.
Hərfən: nar cənnətidir.