Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Nəğmələr nəğməsi 3:1—11

MÜNDƏRİCAT

  • Qız (1—5)

    • «Gecələr könül həmdəmimi axtardım» (1)

  • Sion qızları (6—11)

    • Süleymanın əzəmətinin nümayişi

3  «Gecələr yatağımda Könül həmdəmimi axtardım,+ Hey axtardım, tapmadım.+   Durum şəhəri dolaşım, Küçələrdə, meydanlarda Könül həmdəmimi axtarım. Hey axtardım, tapmadım.   Şəhəri dolaşan keşikçilər məni gördü.+ Sordum “könül həmdəmimi görməmisiniz?”   Onlardan ayrılan kimi Könül həmdəmimi tapdım. Yapışdım ondan, buraxmadım, Ta anamın evinə, Məni bətnində gəzdirən qadının iç otağına gətirənəcən buraxmadım.+   Ey Yerusəlim qızları, sizi and verirəm Ceyranlara, çöllərdəki marallara, Qəlbimdə məhəbbət ayıltmayın, oyatmayın, özü oyanmayınca».+   «Mürr, kündür qoxan, Tacirlərin çeşid-çeşid kirşanlarının ətrini qoxan,+ Tüstü burumlarıtək səhradan gələn nədir belə?»   «Bu ki Süleymanın taxt-rəvanıdır! Altmış igidin, İsrail igidlərinin əhatəsində.+   Hər biri qılınc qurşayıb, Hər biri əsil cəngavərdir. Gecə təhlükəsini dəf etməkçün Hər birinin belində qılıncı hazır».   «Bu, padşah Süleymanın kəcavəsidir, Livan ağacından düzəltdirdiyi kəcavəsidir.+ 10  Dirəkləri gümüşdəndir, Söykənəcəyi qızıldan. Oturacağı bənövşəyi yundandır, Yerusəlim qızları bəzəmişlər İçini cani-dildən». 11  «Ey Sion qızları, çıxın, baxın, Anasının+ düzəltdiyi, Toy gününə, könlünün şad gününə düzəltdiyi Bəy tacını* başına qoymuş padşah Süleymana baxın!»

Haşiyələr

Yaxud çələngini.