Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Nəğmələr nəğməsi 2:1—17

MÜNDƏRİCAT

  • Qız (1)

    • «Mən adi zəfəran gülüyəm»

  • Çoban (2)

    • «Sevgilim zanbağa bənzər»

  • Qız (3—14)

    • «Qəlbimdə məhəbbət oyatmayın» (7)

    • Çobanın sözləri (10b—14)

      • «Gözəlim, gəl çıxaq gedək» (10b, 13)

  • Qızın qardaşları (15)

    • «Tülküləri tutun»

  • Qız (16, 17)

    • «Məhbubum mənimdir, mən də onun» (16)

2  «Mən sahilboyu düzlərdə bitən adi zəfəran gülüyəm, Dərələrin zanbağıyam».+   «Qızlar içində sevgilim Tikanlar içində zanbağa bənzər».   «Oğlanlar arasında məhbubum Meşə ağacları arasındakı alma ağacına bənzər. Kölgəsində oturmaq mənə həzz verir, Meyvəsi damağımda şirindir.   O, məni ziyafət evinə* gətirdi, Məhəbbəti üzərimdə bayraq oldu.   Mən eşq xəstəsiyəm, Kişmişli kökə verin qüvvətlənim,+ Alma verin cana gəlim.   Sol əli başımın altındadır, Sağ əli məni qucaqlayır.+   Ey Yerusəlim qızları, sizi and verirəm Ceyranlara,+ çöllərdəki marallara, Qəlbimdə məhəbbət ayıltmayın, oyatmayın, özü oyanmayınca.+   Bu, məhbubumun ünüdür! Budur özü, dağları aşa-aşa, Təpələri atıla-düşə gəlir.   Məhbubum ceyrana, cavan marala bənzər.+ Budur, divarın arxasında durub, Pəncərədən boylanır, Şəbəkədən içəri baxır. 10  Məhbubum dillənib dedi: “Sevgilim, dur, Gözəlim, gəl çıxaq gedək. 11  Bax, qış ötdü, Yağışlar kəsildi, qurtardı. 12  Yurdumuz çiçək açdı,+ Budama vaxtı yetişdi,+ Qumruların təranəsi eşidilir.+ 13  Əncir ağacı yelənciri+ gətirib, Üzüm çiçəkləyib ətir saçır. Sevgilim, dur gedək, Gözəlim, gəl gedək. 14  Ay yalçın qayalarda, Qaya oyuqlarında gizlənən göyərçinim.+ Qoy görüm camalını, dinləyim səsini,+ Səsin məlahətli, qamətin gözəldir”».+ 15  «Tülküləri tutun, o bala tülküləri, Üzüm bağımızı korlayırlar, Meynələr çiçəkləyib». 16  «Məhbubum mənimdir, mən də onun.+ O, sürüsünü zanbaqlar+ içində otarır.+ 17  Axşam sərini düşməmiş, kölgələr itməmiş qayıt, Yubanma, ey məhbubum; Ceyran kimi,+ cavan maral+ kimi ayrılıq dağlarını* aşıb gəl.

Haşiyələr

Hərfən: şərab evinə.
Digər variant: yarğanlı dağları. Yaxud Beyter dağlarını.