Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mikə 7:1—20

MÜNDƏRİCAT

  • İsrailin mənəvi vəziyyəti (1—6)

    • İnsanın düşməni öz evindəkilərdir (6)

  • Allahı səbirlə gözləyəcəyəm (7)

  • Allahın xalqına bəraət (8—13)

  • Mikənin duası və tərifləri (14—20)

    • Yehovanın cavabı (15—17)

    • Yehova kimi Allah varmı? (18)

7  Vay mənim halıma!Mən o adama bənzəyirəm ki,Yay meyvələri və üzüm yığımından sonraNə bir salxım üzüm,Nə könlü istəyən bir əncir tapır!   Dünyada sadiq adam qalmayıb,İnsanlar arasında əməlisaleh adam qalmayıb.+ Hamısı qan tökmək üçün pusquda durur,+ Qardaş qardaşı tora salır.   Əlləri pis işlərdə mahirdir,+Başçı bəxşiş tələb edir,Hakim rüşvət istəyir,+Nüfuzlu adam istəklərini bəlli edir,+Onlar əlbir olub iş qururlar.   Onların ən yaxşısı tikan kimidir,Ən salehi tikanlı çəpərdən də betərdir. Keşikçilərinin dediyi gün, hesabat verəcəyin gün mütləq gələcək.+ O vaxt təşvişə düşəcəksən.+   Yoldaşına inanma!Sirdaşına etibar etmə!+ Qoynunda yatana hər şeyi açıb danışma!   Oğul atasına həqarət edir.Qız anasına,+Gəlin qayınanasına qarşı çıxır.+İnsanın düşməni öz evindəkilərdir.+   Mən isə gözümü Yehovaya dikəcəyəm,+ Mənə qurtuluş verən Allahı səbirlə gözləyəcəyəm.+ Allahım məni eşidəcək.+   Ey düşmənim, halıma sevinmə! Hərçənd yıxılmışam, qalxacağam,Hərçənd zülmətdə yaşayıram, Yehova mənim nurum olacaq!   Yehova işimə baxıb ədalətli hökm verənədəkOnun qəzəbinə tab gətirəcəyəm,Axı Ona qarşı günah etmişəm.+ O, məni işığa çıxaracaq,Ədalətini görəcəyəm. 10  Düşmənim də bunu görəcək,Mənə: «Hanı Allahın Yehova?»+ — deyən Xəcalət çəkəcək. Düşmənimin bədbəxtliyini gözümlə görəcəyəm, Onu küçədəki palçıq kimi tapdalayacaqlar. 11  Bir gün daş divarların hörüləcək;O gün sərhəd genişlənəcək*. 12  O gün Aşşurdan və Misir şəhərlərindən,Misirlə çay* arasındakı,Dənizlər arasındakı,Dağlar arasındakı ölkələrdən sənin yanına gələcəklər.+ 13  Ölkə öz sakinləri ucbatından,Onların əməlləri ucbatından xaraba qalacaq. 14  Meşədə tənha yaşayan, meyvə bağında sakin olan xalqını,İrsin olan sürünü çomağınla otar.+ Qoy onlar keçmişdə olduğu kimi, Başanda və Giladda otlasınlar.+ 15  «Misir diyarından çıxdığınız günlərdəki kimi,Sizə möcüzələr göstərəcəyəm.+ 16  Xalqlar nə qədər qüdrətli olsalar da, bunu görüb xəcil olacaqlar.+ Əlləri ilə ağızlarını örtəcəklər,Qulaqları kar olacaq. 17  Onlar ilan kimi torpaq yalayacaq,+Sürünənlər kimi əsə-əsə qalalarından çıxacaqlar. Onlar Yehova Allahdan qorxacaqlar,Əsə-əsə hüzuruna gələcəklər».+ 18  İrsindən sağ qalanların+ günahını bağışlayan,Asiliyini əfv edən Sənin kimi Allah varmı?+ Qəzəbin əbədi sürməz,Çünki məhəbbət* göstərmək Sənə xoşdur.+ 19  Sən yenə bizə rəhm edəcəksən,+ təqsirlərimizə qalib gələcəksən*. Bütün günahlarımızı dənizin dibinə atacaqsan.+ 20  Qədimdə ata-babalarımıza söz verdiyin kimi,+Yaquba sədaqət,İbrahimə məhəbbət göstərəcəksən.

Haşiyələr

Digər variant: fərman uzaqda olacaq.
Fərat çayı.
Yaxud təqsirlərimizi tapdalayacaqsan; ram edəcəksən.