Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mikə 6:1—16

MÜNDƏRİCAT

  • Allahın İsraillə çəkişməsi (1—5)

  • «Yehova səndən başqa nə istəyir ki?!» (6—8)

    • Ədalət, sədaqət, təvazökarlıq (8)

  • İsrailin təqsiri və cəzası (9—16)

6  Yehovanın sözünü eşidin. Durun, dağların qarşısında çəkişmənizi aparın, Təpələr səsinizi eşitsin!+   Ey dağlar, ey yerin təməlləri, Yehovanın söylədiyi ittihamı dinləyin!+ Yehovanın Öz xalqı ilə çəkişməsi var. O, İsraili belə ittiham edəcək+:   «Ey xalqım, sənə nə etmişəm? Səni nə ilə yormuşam?+ Buyur, əleyhimə şəhadət ver.   Səni Misir torpağından çıxartdım,+ Köləlik evindən qurtardım.+ Musanı, Harunu və Məryəmi+ önündə göndərdim.   Ey xalqım, Yehovanın ədalətini dərk etmək üçün, Muab padşahı Balaqın fitnə-felini,+ Baur oğlu Bələmin ona verdiyi cavabı,+ Şittimdən+ ta Gilqala+ qədər yol boyu baş verənləri yadına sal».   Yehovanın hüzuruna nə ilə gəlim? Ucalardakı Allahın önünə nə gətirib səcdə qılım? Onun hüzuruna yandırma qurbanlarıyla, Yoxsa birillik danalarla çıxım?+   Minlərlə qoç gətirsəm, Yağı sel kimi* axıtsam, Yehova razı qalarmı?+ Bəlkə, təqsirim üçün ilk oğlumu,+ Günahım üçün bətnimin bəhrəsini verim?   Ey insan, nəyin doğru olduğunu O, sənə söylədi. Yehova səndən başqa nə istəyir ki?! İstəyir ki, ədalətlə davranasan,+sədaqəti uca tutasan,+ Allahın önündə+ təvazökarlıqla+ yeriyəsən!   Yehovanın səsi şəhərə xitab edir, Hikmətli adamlar Sənin adından qorxacaq. Dəyənəyə və ona səlahiyyət verənə qulaq as!+ 10  Hələ də şər adamın evində haram sərvət, İyrənc əskik ölçü var? 11  Tərəzim əyridirsə, Torbamdakı çəki daşları aldadırsa, necə təmiz sayıla bilərəm?+ 12  Şəhərin varlıları zorakılıqda pərgardır, Sakinləri yalan danışır,+ Aldadan dilləri var.+ 13  «Buna görə səni vurub yaralayacağam,+ Günahların ucbatından viran qalacaqsan. 14  Yeyəcəksən, amma doymayacaqsan, Qarnın boş qalacaq.+ Qırağa atdığını qoruya bilməyəcəksən, Nə qoruya bilsən, qılıncın ağzına verəcəyəm. 15  Əkəcəksən, amma biçməyəcəksən. Zeytun tapdalayacaqsan, amma yağını işlətməyəcəksən, Təzə şərab çəkəcəksən, amma içməyəcəksən.+ 16  Siz Omrinin qaydalarına, Əhəb evinin adət-ənənələrinə əməl edirsiniz,+ Onların məsləhəti ilə oturub-durursunuz. Buna görə sizi acınacaqlı hala salacağam, Sakinlərinə baxan fit çalacaq,+ Xalqların tənəsini daşıyacaqsınız».+

Haşiyələr

Hərfən: on minlərlə yağ seli.