Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mikə 4:1—13

MÜNDƏRİCAT

  • Yehovanın dağı ucalacaq (1—5)

    • Qılınclardan gavahın düzəldəcəklər (3)

    • Yehovanın adı ilə yeriyəcəyik (5)

  • Sion güclənəcək (6—13)

4  Zamanın sonunda Yehovanın evinin durduğu dağ+ Dağlardan uca bərqərar olacaq, Təpələrdən yuxarı ucalacaq, Xalqlar ona sarı axışacaq.+   Çox xalqlar gəlib deyəcək: «Gəlin Yehovanın dağına, Yaqubun Allahının evinə qalxaq,+ O, bizə yolunu öyrətsin, Biz də Onun yolu ilə yeriyək». Çünki qanun Siondan, Yehovanın sözü Yerusəlimdən çıxacaq.   O, çox ümmətlər arasında hakim olacaq,+ Uzaqda yaşayan qüdrətli xalqlara aid məsələləri həll edəcək. Onlar qılınclarından gavahın*, Nizələrindən oraq düzəldəcək.+ Xalq xalqın üstünə qılınc qaldırmayacaq, Artıq müharibə etməyi öyrənməyəcəklər.+   Hər kəs öz meynəsinin, öz əncir ağacının altında oturacaq,+ Onları qorxudan olmayacaq,+ Bunu ordular Allahı Yehova deyib.   Bütün ümmətlər, hər biri öz allahının adı ilə yeriyəcək, Biz isə əbədiyyən Allahımız Yehovanın+ adı ilə yeriyəcəyik.   Yehova bəyan edir: «O gün axsayan xalqı toplayacağam. Pərən-pərən düşmüş,+ Cəzalandırdığım xalqı bir yerə yığacağam.   Axsayan xalqdan bir qalıq saxlayacağam,+ Sürgün edilmiş xalqı qüdrətli xalq edəcəyəm.+ Yehova Sion dağında, onların üzərində İndidən sonsuzadək hökmranlıq edəcək.   Sən, ey sürü qülləsi, Ey Sion qızının dağı,+ Yenidən ilk hakimiyyətinə,+ Yerusəlim qızının səltənətinə qovuşacaqsan.+   Nə çığır-bağır salmısan? Məgər padşahın yoxdur, Məsləhətçin ölüb ki, Doğan qadın kimi  sancı çəkirsən?+ 10  Ey Sion qızı, Doğan qadın kimi ağrıdan qovrul, zarılda. Çünki şəhərdən çıxıb çöllükdə yaşayacaqsan. Babilə gedib çıxacaqsan,+ Orada xilas olacaqsan.+ Orada Yehova səni düşmən əlindən qurtaracaq.+ 11  Çox xalqlar sənə qarşı toplaşıb deyəcək: “Qoy Sion murdarlansın, Qoy gözümüzlə görək!” 12  Lakin onlar Yehovanın fikirlərini bilmir, Onun niyyətini başa düşmürlər. O, onları təzəcə biçilib xırmana yığılmış taxıl dərzləri kimi toplayacaq. 13  Ey Sion qızı, dur, xırman döy!+ Mən sənin buynuzunu dəmirə, Dırnaqlarını misə döndərəcəyəm. Sən çox xalqları əzib toz edəcəksən,+ Onların haram yolla qazandıqlarını Yehovaya, Sərvətlərini Xudavəndi-aləmə həsr edəcəksən.+

Haşiyələr

Xışın yeri şumlayan dəmir hissəsi.