Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mikə 3:1—12

MÜNDƏRİCAT

  • Başçılar və peyğəmbərlər ifşa edilir (1—12)

    • Mikə güc-qüvvətlə dolur (8)

    • Kahinlər haqq alıb öyrədir (11)

    • Yerusəlim daş qalağına çevriləcək (12)

3  Mən dedim: «Eşidin, ey Yaqub başçıları,Ey İsrail evinin rəhbərləri!+ Məgər haqq-ədaləti bilmək sizin işiniz deyil?   Siz isə yaxşılığa nifrət edib+ yamanlığı sevirsiniz+.Siz xalqımın dərisini soyursunuz, ətini sümükdən qoparırsınız.+   Siz xalqımın ətini yeyirsiniz,+Dərisini soyur, sümüyünü qırırsınız.+Onları cəmdək kimi,Qazan-tavaya atılan ət kimi doğrayırsınız.   O gün onlar Yehovadan imdad diləyəcəklər,Fəqət O cavab verməyəcək. O zaman onlardan üz döndərəcək,+Çünki onların əməlləri şərdir.+   Xalqımı azdıran peyğəmbərlər+ dişləri ilə gəmirə-gəmirə*+“Sülh!”+ — deyib car çəkirlər, ağızlarına bir şey qoymayana müharibə elan edirlər.Yehova onlar haqda belə deyir:   “Üzərinizə gecə çökəcək,+ vəhy almayacaqsınız,+Qaranlıq çökəcək, falçılıq etməyəcəksiniz. Peyğəmbərlər üçün günəş batacaq,Gündüz qaranlığa dönəcək.+   Görücülər xəcil olacaq,+Falçılar məyus olacaq, Hamısı ağzını* örtəcək,Çünki Allahdan cavab gəlməyəcək”».   Mən isə Yehovanın ruhu sayəsində güc-qüvvətlə,Ədalətlə, cəsarətlə dolmuşam ki,Yaquba asiliyini, İsrailə günahını bildirim.   Dinləyin, ey Yaqub evinin başçıları,Ey İsrail evinin rəhbərləri!+Siz ədalətdən ikrah edir, hər düzlüyü əyirsiniz,+ 10  Sionu qan üstündə tikir, Yerusəlimi haqsızlıqla inşa edirsiniz.+ 11  Onun başçıları rüşvətlə hökm verir,+Kahinləri haqq alıb öyrədir,+Peyğəmbərləri pulla falçılıq edir.+ Bununla belə, Yehovaya arxalanıb* deyirlər: «Yehova bizimlədir,+ Xata-bala bizdən yan keçər!»+ 12  Buna görə də sizin üzünüzdənSion tarla kimi şumlanacaq,Yerusəlim daş qalağına çevriləcək,+Allahın evinin durduğu dağ meşəliyə dönəcək.+

Haşiyələr

Digər variant: xalqımı azdıran peyğəmbərlər yeməyə bir şeyləri olanda.
Yaxud bığını.
Yaxud Yehovaya arxalandıqlarını söyləyib.