Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mikə 2:1—13

MÜNDƏRİCAT

  • Zülmkarların vay halına! (1—11)

  • Allah İsraili toplayacaq (12, 13)

    • İsrail səsli-küylü olacaq (12)

2  Yatağında fitnə-fəsad quranların, Yamanlıq üçün qəsd quranların vay halına! Səhər açılan kimi niyyətlərini icra edirlər, Çünki güc əllərindədir.+   Tarla istəyirlər, gedib tuturlar,+ Ev istəyirlər, gedib ələ keçirirlər. Kişini aldadıb evini əlindən alırlar,+ Mirasına yiyələnirlər.   Buna görə Yehova deyir: “Bu nəslin başına elə fəlakət gətirəcəyəm ki,+ yaxanızı qurtara bilməyəcəksiniz,+ Daha dikbaş-dikbaş gəzməyəcəksiniz,+ çünki fəlakət vaxtı yetişdi.+   O gün dillərdə zərb-məsəl olacaqsınız, Barənizdə yanıqlı mərsiyə oxuyacaqlar.+ Deyəcəklər: “Bizi soyub-taladılar!+ O, xalqımın payını başqalarına verdi, gör onu əlimizdən necə aldı!+ Tarlalarımızı xainə verir”.   Buna görə Yehovanın icmasında bir adam tapılmayacaq ki, Püşklə bölünmüş torpağı iplə ölçsün.   “Vəz etməyin!” deyərək vəz edirlər, “Bunlar barədə vəz etməyin; Rüsvayçılıq bizi haqlamaz”.   Ey Yaqub evi, eşitmisən, camaat deyir: “Məgər Yehovanın ruhu narazıdır ki? Heç O, belə şey edər?” Məgər Mənim sözlərim doğru yolla gedənlərin xeyrinə deyil?   Dünən xalqım idiniz, bu gün düşmən kimi əleyhimə qalxdınız. Siz açıq-aşkar soyğunçuluq edirsiniz: Döyüşdən dönənlər kimi arxayınlıqla yoldan keçənlərin paltarını, gözəl əşyalarını soyursunuz*.   Siz xalqımın qadınlarını isti yuvalarından qovursunuz. Övladlarını gözəl nemətlərimdən həmişəlik məhrum edirsiniz. 10  Çıxın gedin, artıq bura sizin yurdunuz deyil. Bu yer murdar olduğundan+ viran qalacaq, ürək ağrıdan bir viranəlik olacaq.+ 11  Saxta və boş şeylər dalınca düşüb yalandan: “Gəl sənə meydən, şərabdan vəz edim”, — deyən kəs Bu xalqın xoşladığı vaiz olacaq!+ 12  Ey Yaqub, hamınızı toplayacağam, İsrailin sağ qalanlarını mütləq toplayacağam.+ Ağıldakı qoyun-quzu kimi, Örüşdəki sürü kimi bir yerə yığacağam.+ Ora səsli-küylü olacaq”.+ 13  Onların önündə bir nəfər gedəcək, o keçid açacaq, Onlar oradan keçəcəklər, qapıdan keçib çıxacaqlar.+ Padşahları öndə gedəcək, Başda Yehova olacaq».+

Haşiyələr

Digər variant: paltarlarından gözəl əşyaları dartıb qoparırsınız.