Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mətta 7:1—29

MÜNDƏRİCAT

  • DAĞÜSTÜ VƏZ (1—27)

    • İnsanları mühakimə etməyin (1—6)

    • Durmadan diləyin, axtarın, qapını döyün (7—11)

    • Qızıl qayda (12)

    • Dar qapı (13, 14)

    • Onları bəhrələrindən tanıyacaqsınız (15—23)

    • Daş üstündə və qum üstündə tikilmiş evlər (24—27)

  • Camaat İsanın vəzinə heyran qalır (28, 29)

7  İnsanları mühakimə etməyin ki,+ özünüz də mühakimə olunmayasınız.  Çünki hansı hökmlə mühakimə edirsinizsə, o hökmlə də mühakimə olunacaqsınız.+ Hansı ölçü ilə ölçürsünüzsə, həmin ölçü ilə də sizə ölçəcəklər.+  Niyə başqasının* gözündə çöpü görürsən, amma öz gözündə tiri görmürsən?+  Öz gözündə tir ola-ola sən başqasına necə deyirsən: “Gəl gözündəki çöpü çıxarım”?  Ey ikiüzlü insan! Sən əvvəl öz gözündəki tiri çıxart, onda aydın görüb başqasının gözündəki çöpü çıxara bilərsən.  Müqəddəs şeyləri itlərə verməyin və mirvarilərinizi donuzların qabağına atmayın ki,+ onlar mirvariləri tapdalamasınlar, sonra da çönüb sizi parçalamasınlar.  Durmadan diləyin, sizə veriləcək;+ durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün, sizə açacaqlar.+  Çünki diləyən istədiyini alır,+ axtaran tapır və qapını döyənə açırlar.  Doğrudan da, məgər aranızda elə bir ata var ki, oğlu çörək istəyəndə ona daş versin? 10  Yaxud balıq istəyəndə ona ilan versin? 11  Əgər siz pis olduğunuz halda, uşaqlarınıza yaxşı şeylər verə bilirsinizsə, məgər göydəki Atanız Ondan istəyənlərə+ gözəl nemətlər+ verməyəcək? 12  Buna görə də insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin.+ Əslində, Tövrat* və Peyğəmbərlərin kitabı da məhz bunu deyir.+ 13  Dar qapıdan girin,+ çünki məhvə aparan qapı enli, yol isə genişdir və çox adam bu yolla gedir. 14  Amma həyata aparan qapı dar, yol isə ensizdir və bu yolu az adam tapır.+ 15  Özünüzü yalançı peyğəmbərlərdən gözləyin.+ Onlar yanınıza qoyun cildində gəlirlər,+ halbuki daxildə yırtıcı canavardırlar.+ 16  Onları bəhrələrindən tanıyacaqsınız. Heç tikan kolundan üzüm, qanqal kolundan əncir yığarlar?+ 17  Eynilə də hər yaxşı ağac yaxşı meyvə verir, çürük ağac isə yararsız meyvə verir.+ 18  Yaxşı ağac yararsız meyvə gətirə bilməz, çürük ağac da yaxşı meyvə gətirə bilməz.+ 19  Yaxşı meyvə gətirməyən hər ağacı kəsib oda atırlar.+ 20  Beləliklə, onları bəhrələrindən tanıyacaqsınız.+ 21  Mənə “Ağa, Ağa” deyən hər kəs səmavi Padşahlığa girməyəcək, yalnız göydəki Atamın iradəsini yerinə yetirən ora girəcək.+ 22  O gün çoxları mənə deyəcək: “Ağa, Ağa,+ məgər biz sənin adınla peyğəmbərlik etmirdik? Məgər sənin adınla cinləri qovmurduq? Məgər sənin adınla çoxlu möcüzələr göstərmirdik?”+ 23  O zaman onlara deyəcəyəm: “Mən sizi tanımıram! Rədd olun, qanunsuzluğun qulluğunda duranlar!”+ 24  Beləliklə, mənim sözlərimi eşidib onlara əməl edən evini daş üzərində tikmiş ağıllı adama bənzəyir.+ 25  Yağış yağdı, sel oldu, şiddətli külək əsdi və evin üstünə gəldi, lakin ev uçmadı, çünki təməli daş üzərində qoyulmuşdu. 26  Amma mənim sözlərimi eşidib onlara əməl etməyən evini qum üzərində tikmiş ağılsız adama bənzəyir.+ 27  Yağış yağdı, sel oldu, şiddətli külək əsdi və evin üstünə gəldi.+ Ev uçub darmadağın oldu». 28  İsa sözünü qurtaranda camaat onun necə vəz etdiyinə heyran qaldı.+ 29  Çünki İsa onların mirzələri kimi yox, ixtiyar sahibi kimi vəz edirdi.+

Haşiyələr

Hərfən: qardaşının. Yəni dindaşının.