Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mətta 4:1—25

MÜNDƏRİCAT

  • İblis İsanı sınayır (1—11)

  • İsa Cəlilədə təbliğə başlayır (12—17)

  • İlk şagirdlər (18—22)

  • İsa təbliğ edir, insanlara şəfa verir (23—25)

4  Bundan sonra Allahın ruhu İsanı çöllüyə apardı ki, İblis+ onu imtahana çəksin.+  İsa qırx gün-qırx gecə oruc tutdu, sonra acdı.  Onda İblis+ gəldi və onu sınayaraq dedi: «Əgər sən Allahın oğlusansa, əmr et ki, bu daşlar çörəyə dönsün».  Amma İsa cavab verdi: «Yazılıb: “İnsan yalnız çörəklə yaşamamalıdır, Yehovanın ağzından çıxan hər bir kəlmə ilə yaşamalıdır”».+  Sonra İblis onu müqəddəs şəhərə+ gətirib məbədin ən hündür yerinə qoydu+  və dedi: «Əgər sən Allahın oğlusansa, özünü aşağı at, axı yazılıb: “Mələklərinə əmr edəcək, ayağın daşa dəyməsin deyə, səni əlləri üstündə aparacaqlar”».+  İsa ona cavab verdi: «Bu da yazılıb: “Allahın Yehovanı sınağa çəkmə”».+  İblis yenidən onu götürüb çox uca bir dağın başına gətirdi, dünyanın bütün səltənətlərini və onların calalını ona göstərib+  dedi: «Əgər diz çöküb mənə səcdə qılsan, bütün bunları sənə verərəm». 10  İsa ona dedi: «Rədd ol, Şeytan! Yazılıb: “Allahın Yehovaya səcdə qıl+ və yalnız Ona qulluq et”».+ 11  Bundan sonra İblis ondan əl çəkdi+ və mələklər gəlib İsaya xidmət etdilər.+ 12  İsa Yəhyanın həbs edildiyini+ eşidəndə Cəliləyə getdi.+ 13  Sonra Nasirədən çıxıb Zəbulun və Niftalı torpaqlarına, dənizin* kənarında yerləşən Kəfərnahuma+ gəlib orada məskən saldı. 14  Beləliklə, Əşiya peyğəmbər tərəfindən deyilmiş bu sözlər yerinə yetdi: 15  «Ey yadellilər yaşayan Cəlilə! İordan çayının o tərəfində, dəniz* yolu boyunca uzanan Zəbulun və Niftalı torpaqları! 16  Zülmətdə oturan xalq parlaq işıq gördü, ölüm kölgəsində oturanların üzərinə nur+ ələndi».+ 17  O vaxtdan etibarən, İsa bu sözlərlə təbliğ etməyə başladı: «Tövbə edin, çünki səmavi Padşahlıq yaxınlaşır».+ 18  İsa Cəlilə dənizinin sahili boyunca gedərkən iki qardaş gördü. Butrus+ ləqəbli Şimon və onun qardaşı Andreas suya tor atırdılar. Onlar balıqçı idilər.+ 19  İsa onlara dedi: «Ardımca gəlin. Bundan sonra balıq yox, insan tutacaqsınız».+ 20  Onlar dərhal torlarını atıb onun ardınca getdilər.+ 21  İsa yoluna davam etdi və başqa iki qardaşı, Zəbədinin oğulları Yaqubla Yəhyanı gördü.+ Onlar ataları Zəbədi ilə qayıqda torlarını təmir edirdilər. İsa onları çağırdı.+ 22  Onlar dərhal qayığı və atalarını qoyub İsanın dalınca getdilər. 23  İsa bütün Cəliləni gəzib onların sinaqoqlarında+ vəz edir*,+ Padşahlıq haqqındakı müjdəni təbliğ edir, hər cür xəstəni və naxoşu sağaldırdı.+ 24  Onun sorağı bütün Suriyaya yayıldı. Müxtəlif xəstəliklərdən və ağrılardan əzab çəkən bütün xəstələri,+ içinə cin girmiş adamları,+ epileptikləri,+ iflic olmuş adamları İsanın yanına gətirdilər və o, bu adamları sağaltdı. 25  Nəticədə Cəlilə, Dekapol*, Yerusəlim, Yəhudiyyə və İordan çayının o tayından saysız-hesabsız adam onun ardınca getdi.

Haşiyələr

Cəlilə dənizi.
Ehtimal ki, Aralıq dənizi. Bəzilərinin fikrincə, Cəlilə dənizi.
Yaxud təlim verir.
Yaxud On şəhər bölgəsi.