Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mətta 3:1—17

MÜNDƏRİCAT

  • Vəftizçi Yəhyanın təbliği (1—12)

  • İsanın vəftizi (13—17)

3  O günlərdə Vəftizçi Yəhya+ Yəhudiyyə çöllüyündə təbliğ etməyə başladı.+  O deyirdi: «Tövbə* edin, çünki səmavi Padşahlıq yaxınlaşır».+  Əşiya peyğəmbər+ onun haqqında demişdi: «Çöllükdə kimsə qışqırır: “Yehova üçün yol hazırlayın! Onun yollarını hamarlayın”».+  Yəhya dəvə yunundan paltar geyir, belinə dəri qurşaq bağlayırdı,+ çəyirtkə və çöl balı ilə qidalanırdı.+  Yerusəlim, bütün Yəhudiyyə və İordan ətrafı bölgələrin camaatı onun yanına axışırdı.+  İnsanlar günahlarını açıq-aşkar boynuna alırdı, Yəhya da onları İordan çayında vəftiz* edirdi.+  Yəhya xeyli fərisi və saddukinin+ vəftiz yerinə gəldiyini görəndə onlara dedi: «Ey əfi ilan balaları,+ qarşıdan gələn qəzəbdən qaçmaq fikrini ağlınıza kim qoyub?+  Tövbəyə yaraşan bəhrələr gətirin,  “Atamız İbrahimdir”,+ — deyib özünüzü arxayınlaşdırmayın. Bunu bilin ki, Allah istəsə, İbrahimə bu daşlardan da övlad yarada bilər. 10  Balta artıq ağacların dibindədir. Yaxşı meyvə gətirməyən ağac kəsilib oda atılacaq.+ 11  Tövbə etdiyiniz üçün mən sizi su ilə vəftiz edirəm,+ amma məndən sonra gələn məndən güclüdür. Mən onun ayağından səndəlini çıxartmağa belə, layiq deyiləm.+ O, sizi müqəddəs ruhla+ və alovla vəftiz edəcək.+ 12  O, əlində kürək hazır dayanıb. Xırmanı tərtəmiz təmizləyib buğdasını anbara yığacaq, samanı isə sönməz oda atıb yandıracaq».+ 13  O zaman İsa vəftiz olunmaq üçün Cəlilədən İordan çayının kənarına, Yəhyanın yanına gəldi.+ 14  Yəhya: «Məni sən vəftiz etməlisən, sən isə mənim yanıma gəlirsən?» — deyərək ona mane olmaq istədi. 15  İsa ona cavab verdi: «Mənə mane olma, çünki bu yolla biz doğru olan hər şeyi yerinə yetirəcəyik». Onda Yəhya daha ona mane olmadı. 16  İsa vəftiz olan kimi sudan çıxdı. Birdən göylər açıldı,+ Yəhya gördü ki, Allahın ruhu göyərçin kimi İsanın üzərinə enir.+ 17  Bu zaman göydən bir səs gəldi:+ «Bu, Mənim sevimli Oğlumdur.+ Mən ondan çox razıyam».+

Haşiyələr

Tövbə kimi tərcümə olunan yunan sözü düşüncə tərzini dəyişmək deməkdir.