Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mətta 28:1—20

MÜNDƏRİCAT

  • Allah İsanı dirildir (1—10)

  • Əsgərlərə rüşvət verilir (11—15)

  • Şagird hazırlamaq tapşırığı (16—20)

28  Şənbə günündən sonra, həftənin ilk günü* dan yeri söküləndə, Məcdəlli Məryəmlə o biri Məryəm sərdabəyə baxmağa gəldilər.+  Orada güclü zəlzələ olmuşdu. Çünki Yehovanın mələyi göydən enmişdi. O, daşı kənara diyirləyib üstündə oturmuşdu.+  Mələk şimşək kimi işıldayırdı, paltarı qar kimi ağappaq idi.+  Keşikçilər tir-tir əsirdilər, qorxudan az qala bağırları çatlayacaqdı.  Mələk qadınlara dedi: «Qorxmayın! Mən bilirəm ki, siz dirəkdə edam edilmiş İsanı axtarırsınız.+  O, burada yoxdur. Özünün dediyi kimi dirilib.+ Gəlin onun qoyulduğu yerə baxın.  Sonra isə tez gedin, şagirdlərə onun dirildiyini söyləyin. Onlara deyin: “İsa sizin qabağınızca Cəliləyə gedir,+ onu orada görəcəksiniz”. Mən sizə xəbər verdim».+  Qadınlar tələsik sərdabədən çıxdılar və qorxu qarışıq böyük sevinclə qaça-qaça hər şeyi şagirdlərə xəbər verməyə getdilər.+  Yolda İsa qarşılarına çıxıb onları salamladı. Qadınlar yüyürüb İsanın önündə diz çökdülər və onun ayaqlarına sarıldılar. 10  İsa onlara dedi: «Qorxmayın, gedin qardaşlarıma deyin ki, Cəliləyə getsinlər. Orada məni görəcəklər». 11  Qadınlar yollarına davam etdilər. Gözətçilərdən bir neçəsi+ şəhərə gedib baş vermiş hadisəni böyük kahinlərə çatdırdı. 12  Böyük kahinlər ağsaqqallarla toplaşıb məsləhətləşəndən sonra əsgərlərə böyük məbləğdə gümüş pul verdilər 13  və tapşırdılar: «Belə deyərsiniz: “Gecə biz yatanda onun şagirdləri gəlib cəsədi oğurladılar”.+ 14  Arxayın olun, əgər bu, valinin qulağına çatsa, biz hər şeyi ona başa salarıq». 15  Əsgərlər pulu götürüb hər şeyi tapşırıldığı kimi etdilər. Bu şayiə indiyədək bütün yəhudilər arasında gəzib-dolaşır. 16  On bir şagird Cəliləyə,+ İsanın dediyi dağa gəldi+ 17  İsanı görəndə ona təzim etdi. Lakin bəzilərində şübhə vardı. 18  İsa yaxınlaşıb şagirdlərə dedi: «Göydə və yerdə bütün hakimiyyət mənə verilib.+ 19  Buna görə də gedin və bütün xalqların içində şagird hazırlayın,+ onları Ata, Oğul və müqəddəs ruh adı ilə vəftiz edin,+ 20  sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin.+ Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm».+

Haşiyələr

Yaxud bazar günü. Yəhudilərdə həftə bazar günündən başlayırdı.