Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mətta 26:1—75

MÜNDƏRİCAT

  • Kahinlər İsaya sui-qəsd qururlar (1—5)

  • Qadın İsanın başına ətirli yağ tökür (6—13)

  • İsanın sonuncu Pasxası və onun ələ verilməsi (14—25)

  • Ağanın şam yeməyi (26—30)

  • İsa Butrusun onu inkar edəcəyini söyləyir (31—35)

  • İsanın Getsemani bağında duası (36—46)

  • İsa həbs edilir (47—56)

  • İsa Sinedrion qarşısında (57—68)

  • Butrus İsanı danır (69—75)

26  İsa bunları deyib qurtarandan sonra şagirdlərinə söylədi:  «Siz bilirsiniz ki, iki gündən sonra Pasxa bayramıdır,+ insan Oğlu ələ verilib dirəkdə edam ediləcək».+  Böyük kahinlər və xalqın ağsaqqalları Qayafa+ adlı baş kahinin həyətində yığışdılar.  Onlar İsanı tutub öldürmək üçün hiylə qururdular.+  Amma deyirdilər: «Bayramda olmasın, yoxsa xalq ayağa qalxar».  İsa Beytaniyyədə, cüzamlı Şimonun evində+  süfrədə əyləşərkən bir qadın əlində qab* ona yaxınlaşdı. Qabın içində bahalı ətirli yağ vardı. Qadın yağı İsanın başına tökməyə başladı.  Şagirdlər bunu görəndə əsəbiləşdilər: «Bu boyda israfçılıq olar?  Bu yağı baha qiymətə satıb pulunu kasıblara paylamaq olardı». 10  Bundan agah olan İsa dedi: «Bu qızdan nə istəyirsiniz? O, mənim üçün savab iş gördü. 11  Kasıblar həmişə yanınızdadır,+ mən isə həmişə yanınızda olmayacağam.+ 12  O, yağı üstümə tökməklə məni dəfnə hazırladı.+ 13  İnanın, müjdə dünyanın harasında təbliğ olunsa, bu qadının gördüyü işdən danışıb onu yad edəcəklər».+ 14  Onda on iki həvaridən biri, Yəhuda İskəryut+ böyük kahinlərin yanına gedib+ 15  dedi: «Onu sizə təslim etsəm, mənə nə verərsiniz?»+ Onlar Yəhudaya otuz gümüş pul boyun oldular.+ 16  O, həmin vaxtdan etibarən, İsanı ələ vermək üçün fürsət axtarmağa başladı. 17  Mayasız çörək+ bayramının ilk günü şagirdlər İsaya yaxınlaşıb dedilər: «Sənin üçün Pasxa yeməyini harada hazırlayaq?»+ 18  O dedi: «Şəhərə gedib filankəsi tapın və ona çatdırın ki, Ustad belə deyir: “Vaxtım yaxınlaşdı. Pasxa bayramını şagirdlərimlə birgə sənin evində keçirəcəyəm”». 19  Şagirdlər hər şeyi İsanın dediyi kimi etdilər və Pasxa üçün hazırlıq gördülər. 20  Axşam düşəndə+ İsa on iki şagirdi ilə süfrəyə əyləşdi.+ 21  Şam yeməyi zamanı İsa dedi: «Bunu bilin ki, sizlərdən biri məni satacaq».+ 22  Şagirdlər bunu eşidəndə bərk kədərləndilər və bir-bir ondan soruşmağa başladılar: «Ağa, bu mənəm?» 23  İsa cavab verdi: «Mənimlə bir qaba çörək batıran məni satacaq.+ 24  Düzdür, insan Oğlu onun haqqında yazıldığı kimi gedir, amma vay onu satanın halına!+ O adam dünyaya heç gəlməsəydi, onun üçün daha yaxşı olardı».+ 25  Onu satmağa hazırlaşan Yəhuda da soruşdu: «Rabbi*, bu mənəm?» İsa ona cavab verdi: «Bunu özün dedin». 26  Onlar hələ yemək yeyərkən İsa çörək götürüb Allaha şükür etdi və çörəyi bölüb+ şagirdlərinə verdi. Sonra dedi: «Götürün, yeyin. Bu, mənim bədənimi təmsil edir».+ 27  O həmçinin bir cam götürüb Allaha şükür etdi və şagirdlərə verib dedi: «Bundan hamınız için.+ 28  Bu, bir çoxlarının günahını əfv etmək üçün+ axıdılacaq qanımı,+ “əhd qanını”+ təmsil edir. 29  Bunu bilin ki, Atamın Padşahlığında sizinlə birlikdə təzə şərab içəcəyim günə qədər dilimə əsla şərab vurmayacağam».+ 30  Axırda onlar mədh nəğmələri* oxuyub Zeytun dağına yollandılar.+ 31  İsa onlara dedi: «Bu gecə hamınız məndən üz döndərəcəksiniz. Çünki yazılıb: “Çobanı vuracağam, qoyunlar pərən-pərən olacaq”.+ 32  Amma diriləndən sonra mən sizin qabağınızca Cəliləyə gedəcəyəm».+ 33  Butrus dedi: «Hamı səndən üz döndərsə də, mən ömrümdə səndən üz döndərmərəm!»+ 34  İsa ona dedi: «Bunu bil ki, bu gecə, xoruz banlamazdan əvvəl sən üç dəfə məni danacaqsan».+ 35  Butrus yenə dedi: «Səninlə birgə ölmək lazım gəlsə belə, səni danmaram».+ O biri şagirdlər də eyni şeyi deyirdilər. 36  Sonra İsa şagirdləri ilə birlikdə Getsemani adlanan yerə gəldi+ və onlara dedi: «Siz burada oturun, mən isə gedim dua edim».+ 37  İsa Butrusu və Zəbədinin iki oğlunu özü ilə götürdü. O, bərk kədərləndi, dərin iztirab keçirdi.+ 38  Sonra onlara dedi: «Kədərim hədsizdir, dözülməzdir. Siz burada durun, mənimlə birgə oyaq qalın».+ 39  Özü isə bir az irəli gedib üzüstə yerə qapandı və dua etməyə başladı:+ «Ata, əgər mümkünsə, bu camı*+ məndən kənar et. Fəqət qoy mən istəyən kimi yox, Sən istəyən kimi olsun».+ 40  İsa şagirdlərinin yanına qayıdanda gördü ki, onlar yatıblar. O, Butrusa dedi: «Məgər mənimlə bircə saat da oyaq qala bilməzdiniz?+ 41  Sayıq olun+ və daima dua edin ki,+ günaha yol verməyəsiniz.+ Bəli, ruh* şövqlü, cisim* isə zəifdir».+ 42  İsa təzədən onlardan uzaqlaşıb dua etməyə başladı: «Ata, əgər bu camdan içməməyim, onun məndən yan keçməsi mümkün deyilsə, qoy Sən istəyən kimi olsun».+ 43  Şagirdlərin isə gözləri bağlanırdı. İsa qayıdanda gördü ki, onlar yatırlar. 44  İsa yenə onları qoyub uzaqlaşdı, üçüncü dəfə də eyni sözlərlə dua etdi. 45  Sonra o, şagirdlərinin yanına gəlib dedi: «Belə bir vaxtda siz yatıb dincəlirsiniz?! İnsan Oğlunun günahlıların əlinə veriləcəyi saat yetişdi. 46  Durun gedək. Xain yaxınlaşır». 47  İsa sözünü qurtarmamış on iki həvaridən biri olan Yəhuda böyük kahinlərin və xalqın ağsaqqallarının göndərdiyi böyük bir izdihamla ora gəldi. Onlar qılınc və dəyənəklə silahlanmışdılar.+ 48  Xain onlara demişdi: «Kimi öpsəm, İsa odur. Onu tutarsınız». 49  O, düz İsaya yaxınlaşıb: «Salam, Rabbi!» — dedi və onu nəvazişlə öpdü. 50  Amma İsa ona dedi: «Sən burada nə gəzirsən?»+ Bu zaman İsaya yaxınlaşıb onu tutdular. 51  Bu dəm İsa ilə olanlardan biri qılıncını çəkdi və vurub baş kahinin nökərinin qulağını kəsdi.+ 52  İsa ona dedi: «Qılıncını qaytar qoy qınına.+ Qılınc götürən hər kəs qılıncdan öləcək.+ 53  Yoxsa elə bilirsən, mən Atama yalvara bilmərəm ki, elə bu dəqiqə köməyimə minlərlə* mələk göndərsin?+ 54  Bəs onda Müqəddəs Yazılar necə yerinə yetər? Axı orada yazılıb ki, hər şey məhz bu cür olmalıdır». 55  Sonra İsa üzünü izdihama tutub dedi: «Məgər mən qulduram ki, məni tutmaq üçün üstümə qılınc və dəyənəklə gəlmisiniz? Hər gün məbəddə oturub vəz edəndə+ məni həbs etmirdiniz.+ 56  Lakin bütün bunlar peyğəmbərlərin sözləri yerinə yetsin deyə, baş verir».+ Onda şagirdlərin hamısı onu qoyub qaçdı.+ 57  İsanı həbs edənlər onu baş kahin Qayafanın+ yanına gətirdilər. Mirzələr və ağsaqqallar da bura toplaşmışdılar.+ 58  Butrus bir qədər aralıdan İsanın dalınca gəlirdi. O, baş kahinin həyətinə çatdı, içəri girib qulluqçularla oturdu və bu işin nə ilə qurtaracağını gözləməyə başladı.+ 59  Bu vaxt böyük kahinlər və bütün Sinedrion* İsanı ölümə məhkum etmək üçün böhtan* axtarırdı,+ 60  lakin tapa bilmirdi, halbuki çoxlu yalançı şahid gəlirdi.+ Nəhayət, iki nəfər gəlib 61  dedi: «Bu adam deyirdi: “Mən Allahın məbədini yıxıb üç günə tikərəm”».+ 62  Onda baş kahin ayağa qalxıb İsadan soruşdu: «Niyə cavab vermirsən? Eşidirsən, əleyhinə nələr danışırlar?»+ 63  İsa susurdu.+ Baş kahin ona dedi: «Səni var olan Allaha and verirəm, söylə, Allahın Oğlu Məsih sənsən?»+ 64  İsa cavab verdi: «Elədir ki var. Eşidin və agah olun, bundan sonra siz insan Oğlunun+ Qüdrətlinin sağında oturduğunu+ və göyün buludları üzərində gəldiyini görəcəksiniz».+ 65  Onda baş kahin yaxasını cırıb dedi: «O küfr dedi! Daha şahidlər nəyimizə gərəkdir? İndicə öz qulağınızla onun ağzından küfr eşitdiniz. 66  Hə, nə deyirsiniz?» Onlar dedilər: «O ölməlidir».+ 67  Sonra İsanın üzünə tüpürüb+ onu yumruqlamağa başladılar.+ Bəziləri onun üzünə şillə çəkib+ 68  deyirdi: «Ey, Məsih! Peyğəmbər deyilsən, de görək səni kim vurdu?» 69  Bu zaman Butrus həyətdə oturmuşdu. Bir qarabaş ona yaxınlaşıb dedi: «Sən də bu cəliləli İsa ilə bir yerdə idin!»+ 70  Butrus isə hamının qarşısında inkar etməyə başladı: «Sən nə danışırsan?! Mənim heç nədən xəbərim yoxdur». 71  Butrus giriş qapısına gəldikdə başqa bir qarabaş onu tanıdı və oradakılara dedi: «Bu adam da nəsrani İsa ilə birlikdə idi».+ 72  O, yenə də and içib danmağa başladı: «Mən o adamı tanımıram!» 73  Bir azdan oradakılar Butrusa yaxınlaşıb dedilər: «Bəs necə, sən də onun adamlarındansan. Ləhcəndən də bilinir». 74  Butrus özünə lənət yağdırıb and-aman edirdi ki, İsanı tanımır. Həmin andaca xoruz banladı. 75  İsanın «xoruz banlamazdan əvvəl sən məni üç dəfə danacaqsan»+ sözləri Butrusun yadına düşdü və o çölə çıxıb hönkür-hönkür ağladı.

Haşiyələr

Hərfən: alabaster qabı. Lüğətə bax.
Yəhudi ruhanilərinə verilən şərəfli ad.
Yaxud məzmurlar.
Cam Allahın iradəsinin — İsanın küfr danışmaqda ittiham olunaraq öldürülməsinə yol verməsinin rəmzidir.
İnsanın mənəvi qüvvəsi.
İnsanın günahlı, qeyri-kamil vəziyyəti.
Hərfən: on iki legiondan çox. Legion qədim Romada qoşun hissəsi idi. Bir legion təxminən 4000—6000 əsgərdən ibarət idi.
Yaxud yalan şəhadət.