Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mətta 21:1—46

MÜNDƏRİCAT

  • İsanın Yerusəlimə təntənəli girişi (1—11)

  • İsa məbədi alverçilərdən təmizləyir (12—17)

  • Əncir ağacı lənətlənir (18—22)

  • İsanın səlahiyyətinə şəkk edilir (23—27)

  • İki oğul haqda məsəl (28—32)

  • Qəddar bağbanlar haqda məsəl (33—46)

    • Küncün əsas daşı rədd edilir (42)

21  Onlar Yerusəlimə yaxınlaşırdılar. Zeytun dağında yerləşən Beytfəciyə çatanda İsa iki şagirdini qabağınca göndərib+  onlara tapşırdı: «Qarşıdakı kəndə gedin. Kəndə girəndə payaya bağlanmış bir eşşək və yanında bir qoduq görəcəksiniz. Onları açıb yanıma gətirin.  İşdir, kimsə sizə bir söz desə, deyin ki, Ağaya lazımdır. Onda həmin adam dərhal heyvanları sizə verəcək».  Beləcə, peyğəmbər vasitəsilə söylənilmiş bu sözlər yerinə yetdi:  «Sion qızına xəbər verin: “Bax! Sənin padşahın gəlir.+ O, həlimdir,+ eşşəyə, bir yük heyvanının balası qoduğa minib yanına gəlir”».+  Şagirdlər gedib hər şeyi İsanın tapşırdığı kimi etdilər.+  Onlar eşşəyi və qoduğu İsanın yanına gətirdilər. Sonra üst paltarlarını çıxarıb heyvanların belinə qoydular və İsa paltarların üstündə oturdu.+  Bir çoxları üst paltarlarını yerə sərir,+ digərləri ağac budaqları kəsib yola düzürdü.  İsanın qabağınca və arxasınca gedən adamlar ucadan deyirdilər: «Yalvarırıq, Davud Oğlunu qurtar!+ Yehovanın adı ilə gələnə eşq olsun!+ Ey göylərdə yaşayan Rəbbimiz, yalvarırıq, onu qurtar!»+ 10  İsa Yerusəlimə girəndə şəhərdə canlanma yarandı. Şəhər əhli bir-birindən soruşurdu: «Bu kimdir?» 11  Camaat isə onlara deyirdi: «Bu, Cəlilənin Nasirə şəhərindən olan İsa peyğəmbərdir!»+ 12  İsa məbədə girib oradakı bütün alverçiləri və müştəriləri qovdu, pul dəyişənlərin masalarını və göyərçin satanların kətillərini çevirib dedi:+ 13  «Yazılıb: “Mənim evim dua evi adlanacaq”.+ Siz isə onu quldur yuvasına döndərmisiniz».+ 14  O, məbəddə olarkən yanına korlar və topallar gəldi və İsa onları sağaltdı. 15  Böyük kahinlər və mirzələr İsanın etdiyi möhtəşəm işləri görəndə və məbəddəki oğlanların «yalvarırıq, Davud Oğlunu qurtar»+ sədalarını eşidəndə bərk hirsləndilər+ 16  İsaya dedilər: «Bunların nə dediyini eşidirsən?» İsa cavab verdi: «Bəli, eşidirəm. Məgər “Uşaqların və körpələrin dili ilə həmd səsləndirdin” sözlərini heç vaxt oxumamısınız?»+ 17  İsa onları qoyub şəhərdən çıxdı, Beytaniyyəyə gəldi və gecəni orada qaldı.+ 18  İsa səhər tezdən şəhərə qayıdanda acdı.+ 19  O, yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Lakin ağacda yarpaqdan başqa bir şey tapmadı.+ Onda İsa ağaca dedi: «Qoy səndə heç vaxt meyvə bitməsin».+ Əncir ağacı dərhal qurudu. 20  Şagirdlər bunu görəndə çox təəccübləndilər və dedilər: «Əncir ağacı birdən-birə necə qurudu?»+ 21  İsa onlara cavab verdi: «Bunu bilin, əgər imanınız varsa və şübhə etmirsinizsə, siz nəinki əncir ağacına etdiyimi edəcəksiniz, hətta bu dağa: “Qalx, dənizə atıl”, — deyəcəksiniz və o atılacaq.+ 22  İmanla dua etsəniz, dilədiyiniz hər şeyi alacaqsınız».+ 23  İsa məbədə gəlib vəz edəndə böyük kahinlər və xalqın ağsaqqalları yaxınlaşıb dedilər: «De görək bunları nə haqla edirsən? Sənə kim ixtiyar verib?»+ 24  İsa onlara cavab verdi: «Mən də sizə bir sual verəcəyəm. Əgər mənə cavab versəniz, onda mən də bu işləri hansı ixtiyarla gördüyümü sizə deyəcəyəm. 25  Deyin görüm Yəhyaya vəftiz etmək ixtiyarını kim vermişdi: Allah, yoxsa insanlar?» Onlar öz aralarında götür-qoy etməyə başladılar: «Əgər desək ki, “Allah vermişdi”, o qayıdıb deyəcək: “Bəs niyə ona inanmadınız?”+ 26  “İnsanlar vermişdi” də deyə bilmərik, çünki camaatdan qorxuruq, axı xalq Yəhyanı peyğəmbər bilir». 27  Odur ki, İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Mən də bunları nə ixtiyarla etdiyimi sizə deməyəcəyəm. 28  Necə fikirləşirsiniz? Bir adamın iki övladı var idi. Bir gün o, böyük oğluna yaxınlaşıb dedi: “Bala, get bu gün üzümlükdə işlə”. 29  Oğlan cavab verdi: “Getmirəm”. Amma sonradan dediyinə peşman olub getdi. 30  Ata eyni şeyi kiçik oğluna da dedi. Bu oğul isə belə cavab verdi: “Baş üstə, ağa, gedərəm”. Amma getmədi. 31  İndi deyin görüm bu iki oğuldan hansı biri atasının istəyini yerinə yetirdi?» Onlar cavab verdilər: «Böyüyü». İsa onlara dedi: «Bunu bilin ki, vergiyığanlar və fahişələr Allahın Padşahlığına sizdən qabaq girəcəklər. 32  Yəhya gəlib sizə salehlik yolunu göstərdi, siz isə ona inanmadınız. Ancaq vergiyığanlar və fahişələr ona inandı.+ Siz isə bunları görə-görə yenə də peşman olub ona inanmadınız. 33  Başqa bir məsələ qulaq asın: bir torpaq sahibi var idi. O, üzüm bağı saldı,+ ətrafını çəpərlədi, üzüm sıxmaq üçün çala qazdı, bir qüllə tikdi+ və bağı bağbanlara icarəyə verib başqa ölkəyə yollandı.+ 34  Məhsulu yığmaq vaxtı gələndə torpaq sahibi bağın barından ona düşən payı almaq üçün nökərlərini bağbanların yanına göndərdi. 35  Ancaq bağbanlar nökərləri tutub birini döydülər, o birisini öldürdülər, digərini isə daşa basdılar.+ 36  Torpaq sahibi ikinci dəfə onların yanına əvvəlkindən çox nökər göndərdi, amma bağbanlar bunlarla da eyni cür rəftar etdilər.+ 37  Axırda torpaq sahibi “yəqin oğluma hörmətlə yanaşarlar” deyib oğlunu göndərdi. 38  Bağbanlar sahibin oğlunu görəndə bir-birilərinə dedilər: “Bu varisdir.+ Gəlin onu öldürək, miras bizim olsun!” 39  Bağbanlar onu tutub bağdan bayıra atdılar və öldürdülər.+ 40  Sizcə, bağın sahibi gələndə bağbanlara nə edəcək?» 41  Onlar cavab verdilər: «Bütün bu pis əməllərinə görə onların axırı da pis olacaq. Torpaq sahibi üzüm bağını başqa bağbanlara icarəyə verəcək. Onlar vaxtlı-vaxtında torpaq sahibinə məhsulunu verəcəklər». 42  İsa onlara dedi: «Məgər Müqəddəs Yazılarda: “Bənnaların rədd etdikləri daş küncün əsas daşı oldu.+ Bunu edən Yehovadır, biz buna heyran qalmışıq”,+ — sözlərini heç oxumamısınız? 43  Buna görə də eşidin və agah olun, Allahın Padşahlığı sizdən alınacaq və onun bəhrəsini gətirən xalqa veriləcək. 44  Həmçinin bunu da bilin ki, bu daşın üstünə yıxılan hər kəs tikə-parça olacaq.+ Bu daş kimin üstünə düşsə, onu tələf edəcək».+ 45  Böyük kahinlər və fərisilər bu məsəli eşidəndə başa düşdülər ki, İsa onlar haqqında danışır.+ 46  Onlar İsanı tutmaq istəyirdilər, amma camaatdan qorxurdular, çünki camaat İsanı peyğəmbər hesab edirdi.+

Haşiyələr