Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mətta 20:1—34

MÜNDƏRİCAT

  • Üzümlük və bərabər məvacib (1—16)

  • İsa öləcəyi haqda yenidən xəbər verir (17—19)

  • Padşahlıqda vəzifə tutmaq barədə xahiş (20—28)

    • İsa fidyə vermək üçün gəlib (28)

  • İki kor şəfa tapır (29—34)

20  Səmavi Padşahlıq səhər tezdən durub üzümlüyündə işləmək üçün adam tutmağa çıxan bir torpaq sahibinə bənzəyir.+  O, işçilərlə gününü bir dinara* danışıb onları üzümlüyünə göndərdi.  Səhər saat doqquz radələrində* yenidən çıxdı və bazar meydanında bikar durmuş bir neçə adam görüb  onlara dedi: “Siz də üzümlüyə gedin. Haqqınızı verəcəyəm”.  Onlar getdilər. Torpaq sahibi həm günorta saat on iki, həm üç radələrində* çıxıb eyni şeyi etdi.  O, axşamüstü saat beş radələrində* də çıxıb işsiz duran adamları gördü və onlara dedi: “Niyə bütün günü boş-bikar durmusunuz?”  Onlar cavab verdilər: “Heç kəs bizə iş verməyib”. Torpaq sahibi onlara dedi: “Siz də üzümlüyümə gedin”.  Axşam düşəndə üzümlüyün sahibi nökərbaşıya dedi: “İşçiləri çağır və sonuncudan başlayıb birinciyə qədər hər kəsə zəhmət haqqını ver”.+  Saat beşdən işləyənlər gəldilər və hərəsi bir dinar aldı. 10  İşə birinci başlayanlar isə elə düşünürdülər ki, daha çox alacaqlar. Amma onlara da bir dinar verildi. 11  Onlar pulu alanda torpaq sahibinə narazılıq etdilər: 12  “Bu axırıncılar cəmi bir saat işləyiblər. Biz isə bütün günü bu istidə əlləşib-vuruşmuşuq. Amma sən bizi onlara tay elədin”. 13  Torpaq sahibi onlardan birinə dedi: “Qardaş, mən sənə haqsızlıq etmirəm. Səninlə bir dinara danışmamışıq?+ 14  Haqqını al, çıx get. Mən axırıncılara da bu qədər vermək istəyirəm. 15  Özüm bilərəm, öz pulumla nə edirəm. Yoxsa əliaçıq olduğumu görüb paxıllığın tutur?”+ 16  Beləcə, axırıncılar birinci, birincilər də axırıncı olacaq».+ 17  İsa Yerusəlimə qalxarkən on iki şagirdini kənara çəkib dedi:+ 18  «İndi Yerusəlimə gedirik. İnsan Oğlu böyük kahinlərin və mirzələrin əlinə veriləcək və onlar insan Oğlunu ölümə məhkum edəcəklər.+ 19  Onu başqa xalqlardan olan adamlara təslim edəcəklər, onlar da insan Oğlunu lağa qoyacaq, qamçılayıb dirəkdə edam edəcəklər.+ Amma o, üçüncü gündə diriləcək».+ 20  Zəbədinin oğlanlarının anası oğlanlarını+ yanına alıb İsaya yaxınlaşdı və təzim edə-edə ondan nə isə xahiş etməyə başladı.+ 21  İsa ondan soruşdu: «Nə istəyirsən?» Qadın ona dedi: «Söz ver ki, Padşahlığında bir oğlum sənin sağında, o birisi solunda oturacaq».+ 22  İsa dedi: «Siz nə istədiyinizi bilmirsiniz. Mənim içəcəyim camdan* içə bilərsiniz?»+ Onlar dedilər: «Bəli, içə bilərik». 23  Onda İsa dedi: «Mənim içəcəyim camdan içəcəksiniz,+ amma kimin sağımda, kimin solumda oturacağını mən həll etmirəm. Atam bu yerləri kimin üçün hazırlayıbsa, onlar da orada oturacaqlar».+ 24  Digər on şagird bu söhbəti eşidəndə iki qardaşa bərk hirsləndi.+ 25  Amma İsa onları yanına çağırıb dedi: «Siz yaxşı bilirsiniz ki, xalqların hökmdarları onların üzərində ağalıq edir və rəhbərləri onlara başçılıq edirlər.+ 26  Amma sizin aranızda belə olmamalıdır.+ Aranızda böyük olmaq istəyən qulluğunuzda durmalıdır,+ 27  birinci olmaq istəyən sizə nökərçilik etməlidir.+ 28  Axı insan Oğlu da ona görə gəlməyib ki, ona qulluq etsinlər,+ əksinə, o, xidmət etmək və bir çoxları uğrunda həyatını fidyə kimi vermək üçün gəlib».+ 29  Onlar Əriha şəhərindən çıxanda onun ardınca çoxlu adam getdi. 30  Yol qırağında oturmuş iki kor İsanın o yoldan keçdiyini eşidəndə ucadan dedi: «Ağa, Davud Oğlu, bizə rəhm et!»+ 31  Ancaq camaat təpinərək onları susdurmağa çalışırdı. Onlar isə daha bərkdən qışqırırdılar: «Ağa, Davud Oğlu, bizə rəhm et!» 32  İsa ayaq saxladı, onları yanına çağırıb soruşdu: «Nə istəyirsiniz? Sizin üçün nə edim?» 33  Onlar dedilər: «Ağa, gözlərimizi aç». 34  İsanın bu adamlara yazığı gəldi və onların gözlərinə toxundu.+ Korların gözləri dərhal açıldı və onlar İsanın ardınca getdilər.

Haşiyələr

Hərfən: təxminən üçüncü saatda.
Hərfən: təxminən həm altıncı saatda, həm doqquzuncu saatda.
Hərfən: təxminən on birinci saatda.
Cam Allahın iradəsinin — İsanın küfr danışmaqda ittiham olunaraq öldürülməsinə yol verməsinin rəmzidir.