Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mətta 17:1—27

MÜNDƏRİCAT

  • İsanın görkəmi dəyişir (1—13)

  • Xardal toxumu boyda iman (14—21)

  • İsa öləcəyini yenə deyir (22, 23)

  • Balığın ağzında tapılmış pul (24—27)

17  Bu söhbətdən altı gün sonra İsa Butrusu, Yaqubu və onun qardaşı Yəhyanı yanına alıb uca bir dağın başına qalxdı. Dağda onlardan başqa heç kəs yox idi.+  Orada şagirdlərin gözü qarşısında İsanın görkəmi dəyişdi: onun üzü günəş kimi şəfəq saçdı və paltarı ağappaq olub par-par parıldadı.+  Birdən onlar gördülər ki, Musa və İlyas peyda olub İsa ilə söhbət edir.  Onda Butrus İsaya dedi: «Ağa, bizim bura gəlməyimiz nə yaxşı oldu! İstəyirsən, üç çadır qurum: birini sənə, birini Musaya, birini də İlyasa».  Butrus hələ danışarkən onların başı üstünə parlaq bir bulud gəldi və buludun içindən bir səs dedi: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam.+ Ona qulaq asın».+  Şagirdlər bunu eşidəndə üzüstə yerə yıxıldılar. Onlar bərk qorxmuşdular.  Onda İsa yaxınlaşıb onlara toxundu və dedi: «Durun, qorxmayın».  Şagirdlər başlarını qaldıranda gördülər ki, İsa təkdir.  Onlar dağdan enəndə İsa tapşırdı: «İnsan Oğlu dirilməyincə gördüyünüzü heç kimə danışmayın».+ 10  Onda şagirdlər İsadan soruşdular: «Bəs nəyə görə mirzələr deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?»+ 11  İsa onlara cavab verdi: «İlyas, doğrudan da, gəlib hər şeyi bərpa edəcək.+ 12  Amma bunu bilin ki, İlyas artıq gəlib. Heyif ki, onu tanımadılar, başına oyun açdılar.+ Onlar insan Oğluna da zülm edəcəklər».+ 13  Onda şagirdlər başa düşdülər ki, İsa Vəftizçi Yəhyadan danışır. 14  Onlar camaatın yanına çatanda+ bir kişi İsaya yaxınlaşdı, onun qarşısında diz çöküb dedi: 15  «Ağa, oğluma rəhm et. Balam xəstədir, ürəkgetməsi, tutmaları olur, gah suya düşür, gah da oda yıxılır.+ 16  Onu sənin şagirdlərinin yanına gətirdim, amma onlar uşağı sağalda bilmədilər». 17  İsa cavab verdi: «Ey imansız və yolunu azmış nəsil!+ Nə vaxta qədər aranızda olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Oğlunu yanıma gətir». 18  İsa cinə hökm etdi, cin oğlandan çıxdı. Oğlan dərhal sağaldı.+ 19  Sonra şagirdlər təklikdə İsanın yanına gəlib soruşdular: «Biz niyə cini qova bilmədik?» 20  İsa onlara cavab verdi: «İmanınız az olduğundan. Əmin olun ki, imanınız xardal toxumu boyda olsa, bu dağa: “Buradan o tərəfə çəkil”, — deyəcəksiniz, o da çəkiləcək. Sizin üçün qeyri-mümkün şey olmayacaq».+ 21  *—— 22  Onlar Cəlilədə bir yerdə olanda İsa şagirdlərə dedi: «İnsan Oğlu ələ veriləcək,+ 23  onu öldürəcəklər və Allah onu üçüncü gündə dirildəcək».+ Bunu eşidən şagirdlər çox kədərləndilər. 24  Onlar Kəfərnahuma gələndə iki dirhəm* vergisini yığan adam Butrusa yaxınlaşıb dedi: «Ustadınız vergini ödəmir?»+ 25  Butrus cavab verdi: «Ödəyir». Butrus evə girəndə İsa onu qabaqlayıb soruşdu: «Şimon, necə düşünürsən, padşahlar rüsumu və can vergisini kimdən yığırlar: öz oğullarından, yoxsa başqalarından?» 26  Butrus cavab verdi: «Başqalarından». Onda İsa dedi: «Deməli, oğullar vergidən azaddır. 27  Amma söz-söhbət olmasın deyə,+ dənizə get, tilovu suya at və tilova düşən birinci balığı tut, onun ağzını aç, orada bir gümüş pul* tapacaqsan. Pulu götür, həm mənim, həm də öz əvəzinə onlara ver».

Haşiyələr

Hərfən: qoşa dirhəm. B14 əlavəsinə bax.
Hərfən: statir. 1 statir 4 dirhəmə bərabər idi. B14 əlavəsinə bax.