Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mətta 14:1—36

MÜNDƏRİCAT

  • Vəftizçi Yəhyanın ölümü (1—12)

  • İsa 5000 adamı doyurur (13—21)

  • İsa suyun üstü ilə yeriyir (22—33)

  • İsa Gennesaretdə şəfa verir (34—36)

14  O vaxt hakim Hirod* İsa+ haqqında gedən söhbətləri eşitdi  və nökərlərinə dedi: «Bu, Vəftizçi Yəhyadır. O dirilib, buna görə də bu qüdrətli işləri görür».+  Hirod qardaşı Filipin arvadı Hirodiadaya görə Yəhyanı tutub zindana atmışdı.+  Çünki Yəhya ona deyirdi: «Sənin o qadınla yaşamağın düzgün deyil».+  Hirod onu öldürmək istəyirdi, amma xalqdan qorxurdu, çünki hamı onu peyğəmbər bilirdi.+  Hirodun ad günü+ qeyd ediləndə Hirodiadanın qızı məclisdə rəqs etdi. Hirod qızın rəqsini elə bəyəndi ki,+  ona istədiyi hər şeyi verəcəyinə and içdi.  Onda qız anasının öyrətdiyi kimi belə dedi: «Vəftizçi Yəhyanın başını sinidə mənə ver».+  Padşah dilxor oldu, amma həm and içdiyinə görə, həm də məclisdə əyləşmiş qonaqlara görə qızın sözünü yerə salmadı. 10  O, zindana adam göndərib Yəhyanın boynunu vurdurdu. 11  Onun başını bir sinidə gətirib qıza verdilər, qız da aparıb anasına verdi. 12  Sonra Yəhyanın şagirdləri onun cəsədini aparıb dəfn etdilər və gəlib bu hadisəni İsaya danışdılar. 13  İsa bunu eşidəndə təklikdə qalmaq üçün qayığa minib sakit bir yerə çəkildi. Amma camaat bundan xəbər tutanda şəhərlərdən axışıb quru ilə onun dalınca getdi.+ 14  İsa qayıqdan çıxanda böyük bir izdiham gördü. İsanın onlara yazığı gəldi+ və aralarındakı xəstələri sağaltdı.+ 15  Axşam düşəndə şagirdlər ona yaxınlaşıb dedilər: «Bura çöllükdür, hava da artıq qaralıb. Camaatı burax, qoy kəndlərə gedib özlərinə yeməyə bir şey alsınlar».+ 16  İsa onlara dedi: «Getmələrinə ehtiyac yoxdur. Siz onlara yemək verin». 17  Şagirdlər dedilər: «Burada cəmi beş çörək və iki balıq var». 18  İsa dedi: «Onları mənə gətirin». 19  Sonra camaata dedi ki, otun üstündə otursunlar. O, beş çörəyi və iki balığı götürdü, göyə baxıb dua elədi.+ Sonra çörəkləri bölüb şagirdlərinə verdi, şagirdlər də onları camaata payladılar. 20  Beləliklə, hamı yeyib doydu. Artıq qalmış tikələrdən on iki dolu səbət yığıldı.+ 21  Qadınları və uşaqları çıxmaqla çörək yeyən kişilərin sayı təxminən beş min nəfər idi.+ 22  Bundan dərhal sonra İsa şagirdlərinə dedi ki, qayığa minib o biri sahilə üzsünlər. Özü isə camaatı yola salmaq üçün orada qaldı.+ 23  İsa camaatı yola salandan sonra dua etmək üçün dağa qalxdı.+ O, axşamadək dağda tək qaldı. 24  Qayıq sahildən xeyli* uzaqlaşmışdı. Külək qarşıdan əsdiyi üçün dalğalar qayığı atıb-tuturdu. 25  Səhərə yaxın* İsa suyun üstü ilə yeriyərək onların yanına gəldi. 26  Onun suyun üstü ilə yeridiyini görən şagirdlər vahimələndilər və qorxudan: «Kabus, kabus!» — deyə qışqırdılar. 27  Lakin İsa dərhal onlara dedi: «Mənəm, qorxmayın, cəsarətli olun!»+ 28  Butrus dedi: «Ağa, əgər sənsənsə, mənə əmr et suyun üstü ilə yanına gəlim». 29  İsa ona dedi: «Gəl!» Butrus qayıqdan çıxıb suyun üstü ilə İsaya tərəf getdi. 30  Ancaq fırtınaya baxanda qorxub batmağa başladı və: «Ağa, məni xilas et!» — deyə qışqırdı. 31  İsa tez əlini uzadıb onu tutdu və dedi: «Ey az imanlı, nə üçün şübhə etdin?»+ 32  Onlar qayığa mindikdən sonra fırtına sakitləşdi. 33  Bu zaman qayıqdakılar İsanın qarşısında təzim edib dedilər: «Sən, doğrudan da, Allahın Oğlusan*». 34  Sonra o biri sahilə yan alıb Gennesaret torpağına gəldilər.+ 35  O ərazinin sakinləri İsanı tanıyanda bütün ətraf kəndlərə xəbər göndərdilər və camaat bütün xəstələrini onun yanına gətirdi. 36  Onlar İsaya yalvarırdılar ki, heç olmasa paltarının saçağına toxunsunlar+ və paltarına toxunanların hamısı tamamilə sağalırdı.

Haşiyələr

Hirod Antipa. Lüğətə bax.
Hərfən: çox stadi. B14 əlavəsinə bax.
Hərfən: gecənin dördüncü növbəsində. Təxminən gecə saat üçdən səhər saat altıya kimi.