Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mətta 1:1—25

MÜNDƏRİCAT

  • İsa Məsihin nəsil şəcərəsi (1—17)

  • İsanın anadan olması (18—25)

1  İbrahim oğlu+, Davud oğlu+ İsa Məsihin* nəsil şəcərəsi:   İbrahim İshaqın atası idi,+ İshaq Yaqubun atası idi,+ Yaqub Yəhudanın+ və onun qardaşlarının atası idi.   Yəhuda Tamardan doğulmuş Farəs və Zarahın atası idi.+ Farəs Həsrunun atası idi,+ Həsrun Ramın atası idi,+   Ram Əminədabın atası idi, Əminədab Nəhsunun atası idi,+ Nəhsun Salmanın atası idi.   Salman Rahabdan doğulmuş Buəzin atası idi.+ Buəz Rutdan doğulmuş Abidin atası idi.+ Abid Yəssənin atası idi.+   Yəssə Davud padşahın atası idi.+ Davud Uryayın arvadından doğulmuş Süleymanın atası idi.+   Süleyman Rəhabamın atası idi,+ Rəhabam Əbiyyanın atası idi, Əbiyya Asanın atası idi,+   Asa Yəhuşafatın atası idi,+ Yəhuşafat Yəhuramın atası idi,+ Yəhuram Üziyyənin atası idi,   Üziyyə Yutəmin atası idi,+ Yutəm Əhəzin atası idi,+ Əhəz Hizqiyyənin atası idi,+ 10  Hizqiyyə Mənəssənin atası idi,+ Mənəssə Amunun atası idi,+ Amun Yuşiyyənin atası idi,+ 11  Yuşiyyə+ Babilə sürgün dövründə yaşamış Yəkunyanın+ və onun qardaşlarının atası idi.+ 12  Babilə sürgündən sonra Yəkunyanın Şəəltiil adında oğlu oldu. Şəəltiil Zərubabilin atası idi,+ 13  Zərubabil Əbihudun atası idi, Əbihud Əlyakimin atası idi, Əlyakim Azurun atası idi, 14  Azur Sadığın atası idi, Sadıq Əximin atası idi, Əxim Əlihudun atası idi, 15  Əlihud Əlyazarın atası idi, Əlyazar Məttanın atası idi, Məttan Yaqubun atası idi, 16  Yaqub Məryəmin əri Yusifin atası idi. Məryəmdən Məsih adlanan+ İsa doğuldu.+ 17  Beləliklə, İbrahimdən Davuda qədər on dörd nəsil, Davuddan Babilə sürgünə qədər on dörd nəsil və Babilə sürgündən Məsihə qədər on dörd nəsil olmuşdur. 18  İsa Məsihin doğum tarixçəsi belədir: onun anası Məryəm Yusifə nişanlı idi. Lakin onlar evlənməmişdən qabaq məlum oldu ki, Məryəm müqəddəs ruh*+ vasitəsilə hamilədir. 19  Onun əri Yusif saleh adam idi və Məryəmi camaatın qarşısında rüsvay etmək istəmirdi. Buna görə də onu gizlicə boşamaq niyyətində idi.+ 20  Yusif bu haqda götür-qoy edəndən sonra Yehovanın* mələyi ona yuxuda göründü və dedi: «Davud oğlu Yusif! Arvadın Məryəmi evinə gətirməyə qorxma, çünki o, bətnindəki uşağa müqəddəs ruh vasitəsilə hamilə qalıb.+ 21  Məryəm bir oğul doğacaq, uşağın adını İsa* qoyarsan,+ çünki o, xalqını günahlardan xilas edəcək».+ 22  Bütün bunlar Yehovanın Öz peyğəmbəri vasitəsilə dediyi söz yerinə yetsin deyə, baş vermişdir: 23  «Bakirə qız hamilə qalıb bir oğul doğacaq və onun adını İmanuil+ qoyacaqlar». Bu da «Allah bizimlədir»+ deməkdir. 24  Yusif yuxudan oyandı. O, Yehovanın mələyinin buyurduğu kimi etdi və arvadını evinə gətirdi. 25  Lakin uşaq doğulana kimi Yusif Məryəmlə yaxınlıq etmədi.+ Uşaq dünyaya gələndə onun adını İsa qoydu.+

Haşiyələr

Məsih məsh edilmiş deməkdir. Lüğətə bax.
Allahın qüvvəsi.
Yehova Allahın adıdır, bu tərcümənin İncil bölməsində 237 dəfə işlədilir. Azərbaycan dilində bu ad Yəhva kimi də məlumdur. A5 əlavəsinə bax.
İbr. Yehoşua. Mənası: Yehova xilasdır.