Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 9:1—18

MÜNDƏRİCAT

  • Həqiqi hikmətin dəvəti (1—12)

    • Mənim sayəmdə ömrün uzanar (11)

  • Axmaq qadının dəvəti (13—18)

    • Oğurluq su şirin olar (17)

9  Həqiqi hikmət evini tikib, Yeddi sütununu yonub.   Heyvanlarını kəsib, Şərabına ədva qatıb, Süfrəsini açıb.   Kənizlərini göndərib. Şəhərin hündür yerlərində car çəkirlər:+   «Cahillər bura gəlsin». O, ağılsıza belə deyir:   «Gəlin çörəyimdən yeyin, Tünd şərabımdan için.   Cəhaləti atın və yaşayın,+ Dərrakə yolu ilə yeriyin».+   Rişxəndçiyə öyüd-nəsihət verən hörmətdən düşər,+ Şər adamı danlayan yaralanar.   Rişxəndçini məzəmmət etmə, yoxsa səndən zəhləsi gedər,+ Ağıllı adamı məzəmmət et, səni sevər.+   Ağıllı adama öyüd-nəsihət versən, hikməti artar.+ Salehə bilik versən, elmi çoxalar. 10  Yehovadan qorxmaqdır hikmətin başı,+ Müqəddəs Allahın elmi+ dərrakə verir. 11  Çünki mənim sayəmdə ömrün uzanar,+ İllərinin üstünə illər gələr. 12  Hikmətli olsan, xeyir taparsan, Rişxəndçilik etsən, zərərini özün çəkərsən. 13  Axmaq qadın hay-küy salar.+ O, cahildir, heç nə qanmır. 14  O, şəhərin hündür yerində, Evinin qapısında kətil qoyub oturur.+ 15  Yoldan keçənləri çağırır, Öz yolu ilə gedənləri haylayır: 16  «Cahillər bura gəlsin». Ağılsızlara deyir:+ 17  «Oğurluq su şirin olar, Gizli yeyilən çörəyin başqa ləzzəti var».+ 18  Amma onların xəbəri yoxdur ki, ölümün dustaqları oradadır. Onun qonaqları Məzarın* dərinliklərindədir.+

Haşiyələr

İbr. şeol. Lüğətə bax.