Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 5:1—23

MÜNDƏRİCAT

  • Özünü pozğun qadından gözlə (1—14)

  • Arvadından kam al (15—23)

5  Oğlum, hikmətimə diqqət yetir. Bəsirətimə qulaq ver,+   O zaman ağlını qoruyarsan. Qoy dilindən bilik əskik olmasın.+   Pozğun qadının dilindən, sanki, bal tökülür,+ Dili yağdan da yumşaqdır.+   Fəqət o, acı yovşandır,+ İkiağızlı qılınctək yaralar.+   Ayaqları ölümə aparır, Addımları düz Məzara* gedir.   Həyat yolu nədir, fikirləşməz. Yolları dolaşıqdır, hara getdiyini bilməz.   Oğlum, qulaq as, Sözümdən çıxma.   Belə qadından uzaq gəz, Evinin qapısına yaxın getmə ki,+   Ləyaqətin tapdalanmasın,+ Ömrün bada getməsin.+ 10  Varını yadlar talamasın,+ Zəhmətlə topladığın özgənin evinə getməsin. 11  Yoxsa ömrün sona çatanda, Canın taqətdən düşəndə ah-nalə çəkərək+ 12  Belə deyərsən: «Heyif, tərbiyəyə xor baxdım! Ürəyimdə öyüd-nəsihətə həqarət etdim! 13  Ustadlarıma qulaq asmadım, Müəllimlərimin sözünə baxmadım. 14  Elin gözü görə-görə Uçuruma yuvarlandım».+ 15  Öz hovuzundan, Öz çeşməndən axan suyu iç.+ 16  Niyə bulaqların kənara, Arxların şəhər meydanlarına axsın?+ 17  Qoy onlar ancaq səninki olsun, Yadlarla paylaşma.+ 18  Qoy çeşmən bərəkətli olsun, Cavanlığında aldığın arvadından kam al.+ 19  Qoy sevimli maralın, gözəl ceyranın*+ Həmişə səni döşləri ilə məst etsin. Yalnız onun eşqinin əsiri ol.+ 20  Oğlum, nə üçün pozğun qadının əsiri olasan, Əxlaqsız qadının qoynuna girəsən?+ 21  İnsanın yolları Yehovanın gözü önündədir, Onun hər addımını yoxlar.+ 22  Şər insan öz səhvi ilə tələyə düşər, Öz günahının kəməndinə düşər.+ 23  Tərbiyəni rədd etdiyi üçün həlak olar, Hədsiz səfehliyinə görə yolunu azar.

Haşiyələr

İbr. şeol. Lüğətə bax.
Hərfən: dağ keçin.