Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 4:1—27

MÜNDƏRİCAT

  • Ata nəsihəti (1—27)

    • Ən əsası hikmətdir (7)

    • Şər yolla getmə (14, 15)

    • Salehlərin yolu getdikcə işıqlanır (18)

    • Ürəyini qoru (23)

4  Balalarım, ata tərbiyəsinə qulaq asın,+ Dərrakəli olmaq üçün diqqətli olun.   Sizə gözəl nəsihət verərəm, Təlim-tərbiyəmi qulaqardına vurmayın.+   Mən atama əsil oğul olmuşam,+ Anamın ciyərparəsi olmuşam.+   Atam nəsihət edərdi: «Sözlərimi ürəyində bərk-bərk saxla,+ Hökmlərimi tut ki, ömrün uzun olsun.+   Hikmət qazan, dərrakə qazan.+ Sözlərimi unutma, onlardan kənara çıxma.   Hikməti atma, o, səni qoruyar. Onu sev, o, səni hifz edər.   Ən əsası hikmətdir,+ hikmət qazan. Nə qazanırsan qazan, amma dərrakə qazanmağı unutma.+   Hikməti uca tut, o da səni ucaldar.+ Ondan yapışsan, səni şərəfə çatdırar.+   Başına gözəl çələng qoyar, Səni zinət tacı ilə bəzəyər». 10  Qulaq as, oğlum, sözlərimi eşit, Onda ömrün uzun olar.+ 11  Səni hikmət yolu ilə apararam,+ Doğruluq yollarında gəzdirərəm.+ 12  Gedərkən yolunda maneə olmaz, Yüyürəndə büdrəməzsən. 13  Tərbiyəni möhkəm tut, onu əldən vermə,+ Qoru, çünki o, sənin həyatındır.+ 14  Şər adamların yoluna ayaq basma, Bədəməllərin yolu ilə getmə.+ 15  O yola yaxın getmə, çəkil,+ Yolunu dəyiş, ondan yan keç.+ 16  Onlar pislik etməsələr, gözlərinə yuxu getməz, Kimisə yıxmasalar, yuxuları qaçar. 17  Onlar yamanlıq çörəyi yeyir, Zorakılıq şərabı içirlər. 18  Salehlərinsə yolu sübh şəfəqi kimidir, Gün günorta yerinə qalxdıqca daha da işıqlanır.+ 19  Şər adamların yolu zülmətdir. Bilmirlər nədən büdrəyirlər. 20  Oğlum, sözlərimə diqqətli ol, Dediklərimə qulaq ver. 21  Gözünü onlardan çəkmə, Onları qəlbinin dərinliklərində saxla.+ 22  Çünki onları tapan həyat tapır,+ Cansağlığı tapır. 23  Hər şeydən çox ürəyini qoru,+ Çünki həyat bulaqları ondan çıxır. 24  Saxta sözlərdən uzaq dur,+ Fitnəkar sözləri özündən kənar elə. 25  Gözlərin düz qabağa baxsın, Nəzərin irəli zillənsin.+ 26  Yolunu hamar et*,+ Bütün yolların dinc olar. 27  Sağa, sola dönmə,+ Ayağını pislikdən çək.

Haşiyələr

Digər variant: addımlarını ölçüb-biç.