Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 30:1—33

MÜNDƏRİCAT

  • AĞURUN SÖZLƏRİ (1—33)

    • Məni nə kasıb elə, nə də varlı (8)

    • Doymaq bilməyən şeylər (15, 16)

    • İz qoymayan şeylər (18, 19)

    • Zinakar qadın (20)

    • Heyvanların hikməti (24)

30  Yaqi oğlu Ağurun İsailə və Ücala dediyi kəlamlar.   Mən hər kəsdən cahiləm,+Bəşəri idraka malik deyiləm.   Nə hikmətə yiyələnmişəm,Nə də Müqəddəsin elminə çatmışam.   Kim göylərə qalxıb? Oradan kim enib?+ Kim küləyi ovuclarına yığıb? Kim suyu paltarına büküb?+ Kim yerin hüdudlarını bərqərar edib?+ Onun adını bilirsən? Bəs oğlunun adını?   Allahın hər kəlməsi safdır.+ Allah Ona pənah aparanlar üçün qalxandır.+   Onun sözlərinə heç nə əlavə etmə,+Yoxsa səni tənbeh edər.Yalançı çıxarsan.   Səndən iki şey istəyirəm. Nə qədər ki sağam, onları məndən əsirgəmə.   Saxtakarlığı və yalanı məndən uzaq et.+ Məni nə kasıb elə, nə də varlı. Qədərində yeyim ki,+   Toxluqdan Səni danmayım, «Yehova kimdir?» deməyim.+ Nə də yoxsul olub oğurluq etməyim, Allahımın adına ləkə gətirməyim. 10  Ağanın yanına gedib nökəri şərləmə,Yoxsa sənə qarğış edər, sən də təqsirkar olarsan.+ 11  Nəsil var ki, atasına lənət edir,Anasına hörmət qoymur.+ 12  Nəsil var ki, özünü təmiz sayır,+Amma çirkabından təmizlənməyib. 13  Nəsil var ki, göylə gedir,Gözlərindən təkəbbür yağır!+ 14  Nəsil var ki, dişləri, sanki, qılıncdır,Çənəsi xəncərdir.Dünyanın məzlumlarını,Kasıb-kusubu diri-diri udur.+ 15  Zəlinin «ver, ver» qışqıran iki qızı var. Üç şey var ki, doymaq bilməz.Dörd şey var ki, «yetər» deməz. 16  Məzar*,+ qısır bətn,Quraq torpaq,«Bəsdir» deməyən alov. 17  Ataya rişxənd edənin, ana sözünə baxmayanın+ gözləriniDərə quzğunları dələr,Qartal balaları yeyər.+ 18  Ağlım kəsməyən üç şey var,Dörd şeyi başa düşmürəm: 19  Qartalın səmada yolunu,İlanın qaya üzərində yolunu,Gəminin dəryada yolunu,Kişinin qızın qəlbinə yolunu. 20  Zinakar qadının yolu belədir: Yeyir, ağzını silir,Sonra deyir: «Nə pis iş görmüşəm ki?»+ 21  Üç şey var ki, yeri lərzəyə gətirir,Dörd şeyə yer dözmür: 22  Qulun padşahlıq etməsinə,+Axmağın xirtdəyəcən yeməsinə, 23  Sevilməyən qadının ərə getməsinə,Kənizin öz xanımının yerini tutmasına.+ 24  Dünyada kiçicik dörd şey var,Amma onlar fövqəl hikmət sahibidir:+ 25  Qarışqalar güclü məxluq deyil,Amma yayda azuqə tədarük edirlər.+ 26  Qayadovşanları+ da güclü deyil,Amma yuvalarını qayalarda qururlar.+ 27  Çəyirtkələrin+ hökmdarı olmur,Amma hamısı nizamla irəliləyir.+ 28  Kərtənkələ*+ ayaqları ilə yapışa-yapışaPadşah sarayına girir. 29  Üç şey var ki, yerişi möhtəşəmdir,Dörd şey var ki, gedişi əzəmətlidir: 30  Heyvanlar arasında ən güclüsü,Heç nəyin qarşısından geri çəkilməyən aslan,+ 31  Tazı, təkə,Ordu önündə gedən padşah. 32  Əgər axmaqlıq edib özünü ucaltmısansa,+Yaxud ürəyindən belə bir şey keçibsə,Əlinlə ağzını yum.+ 33  Çünki südü çalxalayanda yağ yığılır,Burnu əzəndə qan gəlir,Qəzəbi qızışdıranda dava düşür.+

Haşiyələr

İbr. şeol. Lüğətə bax.
Gekkon kərtənkələsi.