Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 3:1—35

MÜNDƏRİCAT

  • Müdrik ol və Yehovaya etibar et (1—12)

    • Sərvətinlə Yehovanı şərəfləndir (9)

  • Hikmət tapan xoşbəxtdir (13—18)

  • Hikmət dinclik gətirir (19—26)

  • İnsanlarla düzgün rəftar (27—35)

    • İnsanlara yaxşılıq etmək (27)

3  Oğlum, nəsihətimi* unutma, Hökmlərimi sidqi-ürəkdən tut.   Onlar sənin ömrünü, gününü uzadar, Həyatına rahatlıq gətirər.+   Xeyirxahlığı, sədaqəti əldən buraxma,+ Onları boynuna sarı, Ürəyinin lövhəsinə yaz.+   Onda Allah da, bəndə də üzünə xoş baxar,+ Anlayış sahibitək tanınarsan.   Bütün qəlbinlə Yehovaya etibar et,+ Öz ağlına güvənmə.+   Hər işində Onu düşün,+ O da yollarını rəvan edər.+   Öz gözündə ağıllı olma,+ Yehovadan qorx, pislikdən çəkin.   Onda canın sağlam olar, Vücudun* təravətli.   Sərvətinlə, məhsulunun nübarilə+ Yehovanı şərəfləndir.+ 10  Onda anbarların ağzınacan dolar,+ Küplərin təzə şərabla aşıb-daşar. 11  Oğlum, Yehovanın tərbiyəsinə xor baxma,+ Tənbehindən ikrah etmə.+ 12  Çünki ata əziz oğlunu, Yehova da sevdiyi kəsi tənbeh edər.+ 13  Xoşbəxt o kəsdir ki, hikmət tapıb,+ O kəsdir ki, bəsirətə nail olub. 14  Hikmət qazanmaq gümüş qazanmaqdan yaxşıdır, Bu qazanc qızıldan sərfəlidir.+ 15  O, mərcanlardan qiymətlidir, Arzuladığın şeylərdən heç biri ona tay ola bilməz. 16  Sağ əlində uzun ömür, Sol əlində sərvət və şərəf var. 17  Yollarında səadət, Cığırlarında əmin-amanlıq var.+ 18  Hikmət ona bağlananlar üçün həyat ağacıdır, Ondan yapışanlar bəxtəvər adlanar.+ 19  Yehova yerin təməlini hikmətlə qurub,+ Göyləri zəkası ilə bərqərar edib.+ 20  Elmi ilə əngin sular bölünüb, Göyün buludlarından şeh çilənib.+ 21  Oğlum, bunları nəzərindən qaçırma. Hikməti, düşüncəni qoru, 22  Onlar sənə həyat verər, Boğazına gözəl boyunbağı olar. 23  Asudə, rahat gəzərsən, Ayağın heç vaxt büdrəməz.+ 24  Yatanda qorxmazsan,+ Yatağında şirin yuxuya gedərsən.+ 25  Qəfil bəlaya düşməkdən, Bədəməlləri haqlayan tufandan+ qorxmazsan.+ 26  Yehova sənə dayaq olar.+ Ayağını tələdən qoruyar.+ 27  Əlindən yaxşılıq gəlirsə, Ehtiyacı olan kəsdən əsirgəmə.+ 28  Əgər bu gün imkanın varsa, qonşuna: «Get, sonra gələrsən. Sabah verərəm», — demə. 29  Səndən arxayın yaşayan qonşuna Fitnə qurma.+ 30  Sənə pisliyi dəyməyən adamla Nahaq yerə çəkişmə.+ 31  Qəddar adama həsəd aparma,+ Onun yollarını tutma. 32  Yehova fitnəkardan ikrah edər,+ Amma saleh adamla dostluq edər.+ 33  Yehovanın lənəti şər adamın evi üzərində olar,+ Salehin evinə isə O, xeyir-bərəkət verər.+ 34  Rişxəndçilərə istehza edər,+ Həlimlərə lütf göstərər.+ 35  Hikmətlilərin nəsibi şərəf olar, Axmaqlar rəzilliklə fəxr edər.+

Haşiyələr

Yaxud qanunumu.
Hərfən: sümüyün.