Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 29:1—27

MÜNDƏRİCAT

  • Ərköyün uşaq xəcalət gətirir (15)

  • Vəhy olmayanda hərc-mərclik olur (18)

  • Hirsli adamın xətası çox olar (22)

  • Sadə adam şərəfə yüksələr (23)

  • İnsan qorxusu tələdir (25)

29  Çoxlu töhmətlərdən sonra da dikbaşlıq edən,+ Qəflətən yıxılıb naəlac qalar.+   Saleh çoxdursa, xalq şad olar, Hökmdar pisdirsə, xalq nalə çəkər.+   Hikməti sevən atasını sevindirər,+ Fahişələrə aşna olan var-yoxunu havaya sovurar.+   Padşah ədalətlə ölkədə sabitlik yaradar,+ Rüşvətxor isə ölkəni tar-mar edər.   Qonşusunu yalandan tərifləyən Onun ayağı altına tor sərir.+   Şər adamın günahı ona tələdir,+ Saleh isə şad olar, fərəhindən cuşa gələr.+   Saleh adam məzlumun haqqını düşünər,+ Pis adamın isə bu, vecinə deyil.+   Lovğa adamlar şəhərə od-alov salar,+ Hikmətlilər isə qəzəbi yatırar.+   Hikmətli adam axmaqla çəkişməyə girişsə, Boşboğazlıq və rişxənddən savayı ortada bir şey olmaz.+ 10  Qaniçən adam məsum adama nifrət edər,+ Təmiz adama qəsd etmək üçün fürsət axtarar*. 11  Axmaq adam hirsini ortaya tökər,+ Hikmətli isə təmkinini pozmayıb sakit qalar.+ 12  Yalana qulaq asan hökmdarın Nökər-naibi yaman olar.+ 13  Məzlumla zalımın bir şeydə oxşarlığı var: İkisinin də gözünə nuru Yehova verib. 14  Fağır-füqəraya ədalətlə hökm edən padşahın+ Taxtı həmişəlik durar.+ 15  Kötək və töhmət hikmət gətirər,+ Amma ərköyün uşaq anasını xəcil edər. 16  Pislər artanda asilik artar, Amma salehlər onların süqutunu görər.+ 17  Oğluna nəsihət versən, sənə dinclik gətirər, Ürəyini şad edər.+ 18  İlahidən vəhy nazil olmayanda hərc-mərclik olur,+ Amma qanuna əməl edənlər bəxtiyardır.+ 19  Nökərə söz kar eləməz, Çünki başa düşsə də qulaq asmaz.+ 20  Tez-tələsik söz deyən adam görmüsən?+ Axmağın gələcəyinə daha çox ümid var, nəinki onun.+ 21  Nökəri uşaqlıqdan ərköyün etsən, Axırda nankor olar. 22  Özündən tez çıxan dava yaradar,+ Hirsli adamın xətası çox olar.+ 23  Təkəbbür insanı alçaldar,+ Sadə adam şərəfə yüksələr.+ 24  Oğruya qoşulan özünə düşmən olar, Qarğışı eşitsə də, bildiyini açıb deməz.+ 25  İnsan qorxusu tələdir,+ Amma Yehovaya güvənən hifz olar.+ 26  Çoxları hökmdarın hüzurunu arzular*, Amma haqq-ədalət Yehovadan gələr.+ 27  Salehin haqsızdan,+ Nacinsin də düz adamdan zəhləsi gedər.+

Haşiyələr

Digər variant: təmiz adam isə canını qorumağa çalışar.
Digər variant: lütfünü qazanmaq istəyər.