Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 28:1—28

MÜNDƏRİCAT

  • Qanuna qulaq tıxayanın duası iyrəncdir (9)

  • Günahını boynuna alan mərhəmət tapar (13)

  •  Tez varlanmaq istəyən təmiz qalmaz (20)

  • Məzəmmət yaltaqlıqdan yaxşıdır (23)

  • Səxavətli adam korluq çəkməz (27)

28  Şər adamı qovan olmasa da qaçar, Saleh isə aslan kimi arxayındır.+   Ölkədə qiyam olanda gündə bir rəhbər olar,+ Amma bəsirətli, arif adamın sayəsində rəhbərin hakimiyyəti uzun sürər.+   Məzlumlara fırıldaq gələn kasıb+ Bütün azuqəni yuyub aparan leysana bənzər.   Qanunu saymayanlar şər adamı ucaldar, Qanuna əməl edənlərsə onlara qəzəblənər.+   Şər adamlar ədalət nədir bilməz, Amma Yehovanı axtaran kəslər hər şeyi dərk edər.+   Kamillik yolu ilə yeriyən kasıb insan Yolu əyri varlıdan yaxşıdır.+   Dərrakəli oğul qanuna əməl edər, Qarınqululara yoldaş olan isə atasını rüsvay edər.+   Sələmlə, müamilə ilə, sərvət yığanın+ varı Kasıba səxavət göstərənə qalar.+   Kim ki qulağını tıxayıb qanunu eşitmir Onun duası da iyrəncdir.+ 10  Düz adamı pis yola çəkən qazdığı quyuya özü düşər,+ Kamillərin isə nəsibi xeyir olar.+ 11  Varlı adam öz gözündə hikmətli görünər,+ Amma bəsirətli kasıb onun ürəyini oxuyar.+ 12  Salehlərin zəfəri alqışlanar, Amma pislər hakimiyyətə gələndə xalq gizlənər.+ 13  Günahlarını ört-basdır edən xeyir tapmaz,+ Günahını boynuna alıb ondan əl çəkənə rəhm edilər.+ 14  Həmişə gözdə-qulaqda olan kəs bəxtiyardır, Amma ürəyini inadkar edən bədbəxtliyə düçar olar.+ 15  Məzlum xalqın üzərindəki rəhmsiz hökmdar Nərildəyən aslana, qızışmış ayıya bənzər.+ 16  Bəsirətsiz rəhbər mənsəbindən sui-istifadə edər,+ Haram qazanca nifrət edənin ömrü uzun olar.+ 17  Qana bais olan qəbrəcən qaçar.+ Qoy heç kim ona kömək eləməsin. 18  Kamillik yolu ilə gedən qurtular,+ Amma əyri yolun yolçusu qəfil yıxılar.+ 19  Torpağını əkib-becərənin çörəyi bol olar, Amma boş şeylərin dalınca düşən müflisləşər.+ 20  Sadiq insanın xeyir-bərəkəti olar.+ Tez varlanmaq istəyən təmiz qalmaz.+ 21  Üzgörənlik yaxşı deyil.+ Bir tikə çörəkdən ötrü insan xəta törədə bilər. 22  Paxıl* adamın var-dövlətdən ötrü ürəyi gedir, Daha bilmir ki, yoxsulluq onu yaxalayacaq. 23  İnsana səhvini göstərən kəs+ Yaltaqlanan adamdan çox lütf tapar.+ 24  Ata-anasını soyub: «Bu günah deyil», deyən+ Qarətçilərə yoldaşdır.+ 25  Tamahkar* ixtilaf yaradar, Amma Yehovaya güvənənin güzəranı xoş olar.+ 26  Öz ürəyinə etibar edən axmaqdır,+ Hikmətlə yeriyən isə salamat qalar.+ 27  Yoxsullara əl tutan korluq çəkməz,+ Amma gözünü onlardan qaçıran lənət yiyəsi olar. 28  Pislər hakimiyyətə gələndə xalq gizlənər, Amma onlar yox olanda salehlər çoxalar.+

Haşiyələr

Yaxud acgöz.
Digər variant: qürurlu insan.