Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 27:1—27

MÜNDƏRİCAT

  • Dost məzəmməti xeyir gətirər (5, 6)

  • Oğlum, hikmətli ol (11)

  • Dəmir dəmiri itilər (17)

  • Sürünü yaxşı tanı (23)

  • Var-dövlət həmişəlik deyil (24)

27  Sabahla öyünmə, Çünki sabahın nə doğacağını bilmirsən.+   Özün özünü tərifləmə, qoy səni başqası tərifləsin, Qoy başqalarının dili sənə tərif desin, özününkü yox.+   Daş da ağırdır, qum da, Amma axmağın yaratdığı dilxorçuluq ikisindən də ağırdır.+   Hiddət amansızdır, qəzəb aşıb-daşar, Amma qısqanclığın* qarşısında kim dura bilər?+   Açıq məzəmmət gizli məhəbbətdən yaxşıdır.+   Dostun vurduğu yara sədaqətindəndir.+ Düşmən isə öpdükcə öpər*.    Tox adam şanı balını da rədd edər, Amma ac adama acı da şirin gələr.   Yurdundan didərgin düşən adam Yuvasından ayrı düşən quşa bənzər.   Könlü xoşhal eylər yağ ilə buxur, Bir də ki saf öyüddən doğan şirin dostluq.+ 10  Nə öz dostunu, nə də atanın dostunu atma, Dar günündə qardaşının evinə getmə. Yaxın qonşu uzaqdakı qardaşdan yaxşıdır.+ 11  Oğlum, hikmətli ol, qəlbim sevinsin,+ Mənə meydan oxuyana* cavab verə bilim.+ 12  Uzaqgörən bəlanı duyub gizlənər,+ Cahil isə qabağa gedib ziyan tapar. 13  Özgədən ötrü zamin duranın libasını al, Yadelli qadından ötrü zamin durarsa, ondan girov al.+ 14  Kim uca səslə səhər sübhdən başqasına alqış oxuyarsa, Onun alqışı qarğış sayılar. 15  Davakar* arvad yağışlı gündə daman dama bənzər.+ 16  Onu cilovlamaq küləyi tutmağa, Sağ ovucda yağı saxlamağa bənzər. 17  Dəmir dəmiri itilər, İnsan da insanı.+ 18  Əncir ağacına qulluq edən bəhrəsini yeyər,+ Ağasına yaxşı baxan hörmət qazanar.+ 19  Camalın əksi suya düşər, Bir adamın ürəyi də o birinin ürəyini əks etdirər. 20  Məzar* və qara torpaq* heç vaxt doymadığı kimi,+ İnsanın gözləri də heç vaxt doymaz. 21  Gümüş üçün kürə var, qızıl üçün soba,+ İnsan isə təriflə yoxlanar. 22  Həvəngdəstədə buğda döyən kimi Axmağı döysən də, Axmaqlığı canından çıxmaz. 23  Sürünü yaxşı tanı, Qoyunlarına yaxşı bax.+ 24  Çünki var-dövlət həmişəlik deyil,+ Tac da əbədilik nəsildən-nəslə keçməz. 25  Yaşıl ot yox olar, yerinə təzəsi bitər, Dağların otunu yığarlar. 26  Qoçların səni geyindirər, Təkələrdən tarla pulu çıxar. 27  Keçilərin o qədər süd verər ki, Özün də, külfətin də, qarabaşların da doyar.

Haşiyələr

Yaxud paxıllığın.
Digər variant: Düşmənin isə öpüşləri sünidir.
Yaxud: məni təhqir edənə.
Yaxud zəhlətökən.
İbr. şeol. Lüğətə bax.
Hərfən: həlak yeri.