Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 26:1—28

MÜNDƏRİCAT

  • Tənbəlin təsviri (13—16)

  • Başqasının davasına qarışma (17)

  • Yersiz zarafat etmə (18, 19)

  • Odun olmayanda ocaq sönər (20, 21)

  • Böhtançının sözləri dadlı tikələrə bənzər (22)

26  Yaya qar, biçin mövsümünə yağış yaraşmadığı kimi,Axmağa da şərəf yaraşmır.+   Quş boş yerə pırıldamaz, qaranquş boş yerə uçmaz,Qarğış da boş yerə adamı tutmaz*.   Ata qamçı, eşşəyə noxta necə yaraşırsa,+Axmaqların da kürəyinə kötək elə yaraşır.+   Axmağa axmaqlığına görə cavab vermə,Yoxsa ona tay olarsan.   Axmağa axmaqlığına görə cavab ver ki,Özünü ağıllı sanmasın.+   İşini axmağa tapşıranAyağını şikəst edib özünə ziyan vurana bənzər.   Axmağın dilindən çıxan məsəlÇolağın axsaq ayağına bənzər.+   Axmağı ucaltmaqSapanda daş qoymağa bənzər.+   Sərxoşun əlində tikan kolu necədirsə,Axmağın çəkdiyi məsəl də elədir. 10  Axmağı, yoldan keçəni muzdla tutanKimi gəldi yaralayan oxatana bənzər. 11  Köpək öz qusuntusuna qayıtdığı kimi,Axmaq da axmaqlığını təkrarlar.+ 12  Özünü ağıllı sayan adam görmüsən?+ Axmağın düzəlməyinə ondan çox ümid var. 13  Tənbəl deyər: «Yolda aslan var,Meydanda şir dolaşır!»+ 14  Qapı öz dabanı üstdə,Tənbəl də yatağında fırlanar.+ 15  Tənbəl əlini cama salar,Çıxarıb ağzına aparmağa heyi olmaz.+ 16  Tənbəl adam özünüAğıllı cavab verən yeddi nəfərdən hikmətli sayar. 17  Başqasının davasına görə özündən çıxan* yolçu,Sanki, itin qulaqlarından tutur.+ 18  Odlu mizraqlar, oxlar atan, ölüm saçan dəli necədirsə, 19  Qonşusuna kələk gəlib sonra «zarafat etdim» deyən də elədir.+ 20  Odun olmayanda ocaq sönər,Böhtançı olmayanda da dava kəsilər.+ 21  Kömür köz salar, odun ocağı alışdırar,Davakar adam da davanı qızışdırar.+ 22  Böhtançının sözləri dadlı tikələrə bənzər,Düz mədənin dibinə düşər.+ 23  Şər ürəkdən gələn şirin sözlərSaxsı qabın üstünə çəkilmiş gümüşə bənzər.+ 24  Düşmən kinini dili ilə örtər,Amma ürəyində fitnə bəslər. 25  Mehriban-mehriban danışsa da ona inanma,Çünki qəlbində yeddi cür iyrənclik var*. 26  Nifrətini yalanla ört-basdır etsə də,Kini camaat içində faş olar. 27  Quyu qazan, özü o quyuya düşər,Kim daşı yuvarlayarsa, daş onun üstünə qayıdar.+ 28  Yalançı dil yıxdığı kəslərə nifrət edər,Yaltaq dil isə viranəlik yaradar.+

Haşiyələr

Digər variant: nahaq qarğış adamı tutmaz.
Digər variant: başqasının davasına qarışan.
Yaxud qəlbi büsbütün çirkindir.