Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 25:1—28

MÜNDƏRİCAT

  • Məxfilik qorunmalıdır (9)

  • Məqamında deyilən söz (11)

  • Qonşunun evinə tez-tez getmə (17)

  • Düşmənin başına köz yığmaq (21, 22)

  • Şad xəbər sərin su kimidir (25)

25  Bunlar da Süleymanın məsəlləridir.+ Yəhuda padşahı Hizqiyyənin+ adamları onları qələmə aldılar*.   Məsələni sirli saxlamaq Allaha şərəf gətirir,+ İşi araşdırmaq isə padşahları ucaldır.   Göylər nə qədər ucadırsa, yer nə qədər dərindirsə, Padşahın da qəlbi elə dərkedilməzdir.   Gümüşü tullantıdan ayır, Onda saf olar.+   Şər adamı padşahın hüzurundan uzaqlaşdır, Onda taxtı ədalətlə bərqərar olar.+   Padşahın hüzurunda özünü ucaltma,+ Əsilzadələrin arasında durma.+   Qoy o, sənə: «Buyur, yuxarı başa keç», — desin, Nəinki əsilzadələrin önündə alçaltsın.+   Məhkəmə açmağa tələsmə, Qonşun səni günahkar çıxarsa, nə edəcəksən?+   Qonşunla çəkişməni apar,+ Amma aranızdakı sirri açma.+ 10  Kim eşitsə, səni utandırar, Yaydığın söz-söhbəti də yığıb-yığışdırmaq olmaz. 11  Məqamında deyilən söz Gümüş qabda qızıl almalara bənzər.+ 12  Sözeşidənə hikmətli məzəmmətçi Qızıl sırğa, saf qızıldan düzəlmiş zinət kimidir.+ 13  Biçin günü qardan gələn sərinlik necədirsə, Etibarlı qasid də onu göndərən üçün elədir. O, ağasının ruhunu təzələr.+ 14  Olmayan hədiyyə ilə öyünən adam Yağışsız buluda, küləyə bənzər.+ 15  Səbirlə sərkərdə fəth edilər. Həlim dil daşı da yumşaldar*.+ 16  Bal tapmısansa, qədərində ye, Çox yesən, qusarsan.+ 17  Qonşunun evinə tez-tez getmə, Yoxsa bezər, səndən zəhləsi gedər. 18  Adamın üzünə duran yalançı şahid+ Toppuza, qılınca, iti oxa bənzər. 19  Dar gündə etibarsız adama* bel bağlamaq Sınıq dişə, çolaq ayağa güvənməyə bənzər. 20  Qəlbi qubarlıya nəğmə oxuyan+ Soyuq havada paltarını soyunan adama, Yaxud qələvi üstə tökülən sirkəyə bənzər. 21  Düşmənin acdırsa, onu yedizdir, Susuzdursa, ona su ver.+ 22  Beləcə, onun başına köz yığarsan*,+ Yehova da səndən yaxşılığını əsirgəməz. 23  Şimal küləyi leysan gətirər, Qeybətçi dil də qəzəb.+ 24  Davakar* arvadla bir evdə yaşamaqdansa, Damın bir küncündə yaşamaq yaxşıdır.+ 25  Yorğun adam üçün sərin su necədirsə, Uzaq diyardan gələn şad xəbər də elədir.+ 26  Şər adama təslim olan saleh Bulanıq çeşməyə, dağılmış quyuya bənzər. 27  Çoxlu bal yemək yaxşı deyil,+ Özünü ucaltmaq da ucalıq deyil.+ 28  Təmkinsiz adam* Divarı uçurulmuş, divarsız şəhərə bənzəyir.+

Haşiyələr

Yaxud üzünü köçürdülər topladılar.
Hərfən: sümüyü qırar.
Digər variant: namərdə.
İnsanı yumşaltmaq, qəlbindəki buzu əritmək nəzərdə tutulur.
Yaxud zəhlətökən.
Yaxud özünü cilovlaya bilməyən.