Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 24:1—34

MÜNDƏRİCAT

  • Pis adamlara həsəd aparma (1)

  • Ev hikmətlə tikilər (3)

  • Saleh yıxılsa da, qalxar (16)

  • Pisliyin əvəzini vermə (29)

  • Tənbəllik səfalət gətirər (33, 34)

24  Pis adamlara həsəd aparma, Onlara qoşulmağı arzulama.+   Çünki ürəklərindən zorakılıq keçir, Dilləri pislikdən danışar.   Ev hikmətlə tikilər,+ Bəsirətlə möhkəmlənər.   Bilik sayəsində otaqlar dolar Qiymətli, göz oxşayan xəzinələrlə.+   Güc müdrikdədir,+ İnsanın elmi qüvvətini artırar.   Davanı ağıllı məsləhətlə apar,+ Məsləhətçi çox olarsa, qələbə çalınar.+   Axmaq üçün əsil hikmət əlçatmazdır,+ O, şəhər darvazasında deməyə söz tapmaz.   Şər quranın adı Usta fitnəkar qalar.+   Axmaq niyyətlər günah törədər, Xalqın rişxəndçidən zəhləsi gedər.+ 10  Dar gündə ruhdan düşsən, Gücün tükənər. 11  Ölümə aparılanları xilas et, Məhvin astanasında olanları geri çək.+ 12  Desən: «Xəbərimiz yox idi», Məgər ürəkləri yoxlayan bunu bilməz?+ Əlbəttə ki, səni müşahidə edən bunu bilər, Hər kəsə əməlinə görə əvəz verər.+ 13  Oğlum bal ye, bal xeyirlidir. Şanı balı ağzı şirin edər. 14  Bil ki, hikmət də cana xeyirdir,+ Onu tapsan, gələcəyin var, Ümidin puça çıxmaz.+ 15  Salehin evi yanında xaincəsinə pusqu qurma, Onun yurdunu viran qoyma. 16  Saleh yeddi dəfə yıxılar, yenə qalxar,+ Şər adamı isə müsibət birdəfəlik yıxar.+ 17  Düşmənin yıxılanda sevinmə, O büdrəyəndə ürəyin şadlanmasın.+ 18  Yoxsa Yehova görər, Ona ağır gedər, Qəzəbini ondan döndərər.+ 19  Pis adamlara görə dilxor olma, Şər adamlara qibtə etmə. 20  Çünki pisin gələcəyi yoxdur,+ Şər adamın çırağı sönər.+ 21  Oğlum, Yehovadan da, padşahdan da qorx.+ Xəyanətkarlara yoldaş olma.+ 22  Çünki onların axırı qəfil gələr.+ O ikisinin* onlara verəcəyi cəzanı kim bilir?+ 23  Bunlar da müdriklərin kəlamıdır: Məhkəmədə tərəfkeşlik etmək yaxşı deyil.+ 24  Şər adama: «Salehsən», deyəni+ Ellər lənətlər, xalqlar qınayar. 25  Amma onu tənbeh edənlərin aqibəti xoş olar,+ Başlarına nemət yağar.+ 26  Dürüst cavab verənin dilindən öpərlər*.+ 27  Çöl işlərini sahmana sal, tarlada hər işini gör qurtar, Sonra evini tik. 28  Nahaqdan başqasının əleyhinə şahid durma,+ Məbada dilin başqalarına yalan satsın.+ 29  Demə: «Mənə etdiyini ona edəcəyəm, Əməlinin əvəzini verəcəyəm».+ 30  Tənbəlin tarlasının,+ Ağılsızın bağının yanından keçdim. 31  Gördüm hər yanı alaq basıb, Gicitkən bürüyüb, Daş-divarı uçub.+ 32  Baxdım, fikrə daldım, Özümə ibrət götürdüm: 33  Bir az yatsan, bir az mürgüləsən, Bir az əl-qolunu sallayıb otursan, 34  Yoxsulluq quldur kimi başının üstünü kəsər, Ehtiyac soyğunçu kimi üstünə gələr.+

Haşiyələr

Yəni Yehova ilə padşahın.
Digər variant: açıq cavab öpüş kimidir.