Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 23:1—35

MÜNDƏRİCAT

  • Qonaqlıqda ədəb-ərkan (2)

  • Var-dövlət dalınca qaçma (4)

  • Var-dövlət uçub gedər (5)

  • Şərab düşkünlərinə qoşulma (20)

  • İçki ilan kimi çalar (32)

23  Padşahla bir süfrəyə əyləşəndə Qabağına yaxşı-yaxşı bax.   İştahan böyük olsa da, Boğazına bıçaq qoy.   Onun ləziz təamlarına tamah salma, Çünki bunlar aldadıcı təamlardır.   Var-dövlət qazanmaq üçün özünü yorma.+ Dayan və düşün*,   Bir də baxıb görəcəksən ki, yoxdur.+ Qartaltək qanad açıb göylərə uçacaq.+   Xəsis adamın çörəyini yemə, Onun ləziz təamlarına tamah salma.   Çünki o, hər şeyin hesabını tutar, «Buyur, ye, iç» desə də, boğazdan yuxarı deyər.   Yediyin loğmanı qusarsan, Təriflərin də hədər gedər.   Axmağa söz demə,+ Çünki sənin ağıllı sözlərinə həqarət edər.+ 10  Qədim sərhəd nişanını yerindən tərpətmə,+ Yetim-yesirin sahəsinə girmə. 11  Çünki onların Hamisi güclüdür, Səndən etdikləri şikayətə O baxacaq.+ 12  Ürəyini tərbiyəyə yönəlt, Qulağını biliyə sarı çevir. 13  Uşaqdan tərbiyəni əsirgəmə,+ Onu kötəkləsən, ölməz. 14  Onu kötəklə ki, Məzardan* qoruyub saxlayasan. 15  Oğlum, əgər ürəyin hikmətli olsa, Könlüm şad olar.+ 16  Dilindən düz sözlər çıxsa, İçim* sevinclə dolar. 17  Qoy ürəyin günahkarlara həsəd aparmasın,+ Hər gününü Yehova xofu ilə yaşa.+ 18  Yalnız o vaxt gələcəyin olar,+ Ümidin puça çıxmaz. 19  Oğlum, dinlə, hikmətli ol, Qəlbini düz yola yönəlt. 20  Şərab düşkünlərinə,+ Ət hərislərinə qoşulma.+ 21  Çünki əyyaş və qarınqulu yoxsulluğa düşər,+ Mürgü döyən cır-cındır içində qalar. 22  Sənə həyat verən atana qulaq as, Birçəyi ağarıb deyə anana xor baxma.+ 23  Həqiqəti al, onu satma,+ Hikməti, tərbiyəni, dərrakəni də al.+ 24  Saleh adamın atası sevinər, Ağıllı övladın atası fərəhlənər. 25  Atan, anan sevinər, Səni dünyaya gətirən anan şad olar. 26  Oğlum, qəlbini mənə ver, Qoy gözlərin yollarımdan həzz alsın.+ 27  Fahişə dərin çaladır, Əxlaqsız qadın dar quyudur.+ 28  O, quldur kimi pusquda durar,+ Xəyanətkar kişilərin sayını artırar. 29  Kim ah-vay edər? Kimin dərdi-səri olar? Kimin başı qalmaqaldan açılmaz? Kim giley-güzar edər? Kimin bədəni yara-yara olar? Kimin gözləri donuq olar? 30  Şərab arxasından durmayanın,+ Gözləri tünd şərab axtaranın. 31  Şərabın al rənginə, Badədə parlamasına, rahat içilməsinə baxma. 32  Axırda ilan kimi çalar, Gürzə kimi zəhər buraxar. 33  Gözlərinə qəribə şeylər görünər, Ürəyinə əyri-üyrü fikirlər gələr.+ 34  Özünü dənizin tən ortasında uzanmış, Dor ağacının başında yatmış sanarsan. 35  Deyərsən: «Məni vurdular, hiss eləmədim, Döydülər, xəbərim olmadı. Görəsən, nə vaxt ayılacağam?+ Yenə içərdim».

Haşiyələr

Digər variant: öz fikrini kənara qoy.
İbr. şeol. Lüğətə bax.
Hərfən: böyrəklərim.