Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 22:1—29

MÜNDƏRİCAT

  • Təmiz ad böyük sərvətdən üstündür (1)

  • Erkən tərbiyə ömürlükdür (6)

  • Tənbəl bayırdakı şirdən qorxar (13)

  • Tərbiyə axmaqlığı uzaqlaşdırar (15)

  • Usta padşah hüzurunda qulluq edər (29)

22  Təmiz ad böyük sərvətdən üstündür,+ Şərəf qızıl-gümüşdən yaxşıdır.   Kasıbın da, varlının da bir oxşarlığı var: Hər ikisini Yehova xəlq edib.+   Uzaqgörən bəlanı duyub gizlənər, Cahil isə qabağa gedib ziyan tapar.   Təvazökarlığın və Yehova xofunun bəhrəsi Sərvət, şərəf və həyatdır.+   Əyri adamın yolunda tikan olar, tələ olar. Canının qədrini bilən onlardan uzaq gəzər.+   Uşağa düzgün yolu öyrət,+ Qocalanda da o yoldan çıxmaz.+   Varlı kasıbın ağası olar, Borc alan da borc verənin nökəri.+   Nadürüstlük əkən fəlakət biçər,+ Onun qəzəb əsası yox olar.+   Əliaçıq adamın ruzisi bol olar, Çünki çörəyini kasıb-kusubla bölüşür.+ 10  Rişxəndçini qov, Dava-dalaş kəsilər, Söz-söhbət, təhqir aradan qalxar. 11  Saflığı sevən, dili lətafətli adam Padşaha dost olar.+ 12  Yehovanın gözü elmin hamisidir. Xainlərin isə sözlərini O puç edər.+ 13  Tənbəl deyər: «Bayırda şir var, Küçəyə çıxsam, məni parçalar».+ 14  Pozğun qadının dili dərin quyudur,+ Yehovanın rədd etdiyi kəs ora düşər. 15  Axmaqlıq uşağın ürəyində kök salar,+ Tərbiyə kötəyi onu uşaqdan uzaqlaşdırar.+ 16  Sərvətini artırmaq üçün kasıba kələk gələn,+ Həmçinin varlıya hədiyyələr verən Axırda yoxsul olar. 17  Qulağını aç, müdriklərin sözlərini dinlə,+ Elmimi bütün ürəyinlə mənimsə.+ 18  Həmişə dilində olsunlar deyə+ Onları köksündə saxlasan, çox əcəb olar.+ 19  Yehova güvənc yerin olsun deyə Bu gün sənə bilik verirəm. 20  İndiyədək sənə Məsləhətlər, nəsihətlər yazmışam ki, 21  Doğru-dürüst sözlər öyrədim, Səni göndərənə düzgün xəbər aparasan. 22  Kasıbı kasıb olduğu üçün soyma,+ Məzlumu şəhər darvazasında əzib-tapdalama.+ 23  Çünki onların işinə Yehova Özü baxacaq,+ Onlara fırıldaq gələnin canını alacaq. 24  Özündən tez çıxanla yoldaş olma, Hirsli adamla oturub-durma. 25  Yoxsa onun yollarına alışarsan, Özünü tora salarsan.+ 26  Əl sıxıb girov boyun olanların, Borca zamin duranların arasında olma.+ 27  Borcu verməyə bir şeyin olmasa, Altından yatağını apararlar. 28  Qədimdən, əcdadlardan qalma Sərhəd nişanını yerindən tərpətmə.+ 29  İşində usta adamı görmüsən? O, adi adamların yox, Padşahların hüzurunda durar.+

Haşiyələr