Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 21:1—31

MÜNDƏRİCAT

  • Padşahın ürəyi Yehovanın əlindədir (1)

  • Haqq iş qurbandan yaxşıdır (3)

  • Çalışqan uğur qazanar (5)

  • Fəqiri dinləməyən eşidilməyəcək (13)

  • Yehovaya zidd hikmət yoxdur (30)

21  Padşahın ürəyi Yehovanın əlindədir,+ Onu su axını kimi istədiyi səmtə yönəldər.+   İnsanın bütün yolları öz gözündə düz görünər,+ Amma Yehova ürəkləri araşdırar.+   Doğru və haqq iş Yehova üçün qurbandan daha xoşdur.+   Məğrur gözlər və təkəbbürlü ürək Şər adamın çırağıdır, günahdır.+   Çalışqanın niyyəti uğur gətirər,+ Tələskən ehtiyaca yuvarlanar.+   Yalanla toplanan xəzinə Dağılan dumana, ölüm tələsinə bənzər*.+   Şər adamı qəddarlığı məhv edər,+ Çünki haqqı, ədaləti tapdalayır.   Günahkarın yolu əyri-üyrüdür, Pak adamın isə əməlləri safdır.+   Davakar* arvadla bir evdə yaşamaqdansa, Damın bir küncündə yaşamaq yaxşıdır.+ 10  Şər adam şərə can atar,+ Qonşusuna rəhmi gəlməz.+ 11  Rişxəndçini cəzalandırsan, cahil ağıllanar, Ağıllı adama başa salanda elm qazanar*.+ 12  Haqq Sahibi şər adamın evini müşahidə edər, Şəri yıxıb məhv edər.+ 13  Kim qulağını fəqirin fəryadına tıxayarsa, Özü imdad diləyəndə hay verən olmaz.+ 14  Gizli hədiyyə hirsi soyudar,+ Qoltuq altındakı rüşvət güclü qəzəbi yatırar. 15  Saleh üçün haqq iş görmək sevincdir,+ Bədəməl üçünsə dəhşətdir. 16  Kamal yolundan sapan Ölüm dustaqlarının arasında uyuyar.+ 17  Eyş-işrəti sevən müflisləşər,+ Mey və yağ hərisi varlanmaz. 18  Şər adam saleh üçün, Xain də əməlisaleh üçün fidyə olar.+ 19  Davakar, acıqlı arvadla yaşamaqdansa, Çöl-biyabanda yaşamaq yaxşıdır.+ 20  Ağıllının evindən dolu xəzinə, yağ əskik olmaz,+ Axmaq isə var-yoxunu havaya sovurar.+ 21  Salehliyə, lütfkarlığa can atan Həyata, salehliyə, hörmətə yetişər.+ 22  Müdrik adam dırmaşıb igidlərin şəhərinə girər, Güvəndikləri gücü tar-mar edər.+ 23  Dilinə-ağzına yiyə duran Başını bəladan saxlar.+ 24  Saymazyana, təkəbbürlə hərəkət edən insan Məğrur, harınlamış lovğa adlanar.+ 25  Tənbəlin istəyi onu ölümə aparar, Çünki əlləri zəhmət çəkmək istəməz.+ 26  O, bütün günü hərisliklə arzular, Amma saleh əsirgəmədən bölüşər.+ 27  Şər adamın gətirdiyi qurban iyrəncdir,+ Pis niyyətlə gətirərsə, lap betərdir. 28  Yalançı şahid məhv olar,+ Dinləməyi bacaranın şəhadəti uğurlu olar. 29  Şər adam sir-sifətini zəhmli tutar,+ Düz adam yolunda möhkəm durar.+ 30  Yehovaya zidd hikmət, bəsirət, məsləhət yoxdur.+ 31  Atı döyüş günü üçün hazırlayarlar,+ Xilas isə Yehovadan gələr.+

Haşiyələr

Digər variant: Ölüm axtaranlar üçün dağılan dumana bənzər.
Yaxud zəhlətökən.
Yaxud işini bilər.