Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 20:1—30

MÜNDƏRİCAT

  • Şərab insanı gülünc edir (1)

  • Tənbəl qışda şum şumlamaz (4)

  • Ürəyin düşüncələri dərin sulardır (5)

  • Tez-tələsik nəzir demə (25)

  • Cavanın şərəfi onun gücüdür (29)

20  Şərab insanı gülünc edər,+ içki qalmaqal yaradar,+Onların ucbatından yolunu azan ağılsızdır.+   Padşahın zəhmi şir nərəsinə bənzər,+Onu qəzəbləndirən canına qəsd edir.+   Münaqişədən çəkinmək başucalığıdır,+Axmaqlar münaqişəyə girişər.+   Tənbəl qış düşdü deyə, şum şumlamaz,Biçin zamanı da heç nə tapmayıb dilənər*.+   Ürəyin düşüncələri dərin sulara bənzər,Bəsirətli adam onları çəkib çıxarar.   Çoxları yaxşılıqdan dəm vurar,Ancaq etibarlı insanı kim tapa bilər?   Saleh kamilliklə ömür sürər,+ Ondan sonra gələn övladları da xoşbəxt olar.+   Padşah divan taxtına oturanda+Gözləri pisliyi xəlbirləyib üzə çıxarar.+   Kim deyə bilər: «Ürəyimi təmizləmişəm,+Günahımı yumuşam»?+ 10  Əyri tərəzi və haram çəki.Hər ikisi Yehovada ikrah yaradır.+ 11  Hətta uşaq da əməllərindən tanınır,Oturuşu-duruşu təmizmi, dürüstmü bəlli olur.+ 12  Eşidən qulaq, görən göz.Hər ikisini Yehova yaradıb.+ 13  Yatağan olma, yoxsullaşarsan,+ Oyaq qal, onda çörək taparsan.+ 14  Müştəri «pisdir, pisdir» deyər,Amma alıb gedəndən sonra öyünər.+ 15  Qızıl qızıldır, mərcanlar da öz yerində,Amma ağılla danışan dil cavahirdir.+ 16  Yad üçün zamin duranın libasını al,+Yadelli qadından ötrü zamin durarsa, ondan girov al.+ 17  Fırıldaqla qazanılan çörək şirin gələr,Amma sonra ağzı çınqılla doldurar.+ 18  Məsləhətli iş uğurlu olar;+Davanı ağıllı məsləhətlə apar.+ 19  Böhtançı sirləri açıb yayar.+Qeybətçilərlə oturub-durma. 20  Ata-anasına lənət edəninQaranlıq düşəndə çırağı sönər.+ 21  Tamahla yiyələnmiş mirasınSonda xeyir-bərəkəti olmaz.+ 22  Demə: «Pisliyin heyfini çıxacağam»,+ Ümidini Yehovaya bağla,+ O, səni qurtarar.+ 23  Yehova haram çəkidən ikrah edir,Əyri tərəzi əsla yaxşı deyil. 24  İnsanın addımlarını yönəldən Yehovadır,+İnsan öz yolunu necə anlaya bilər? 25  Tez-tələsik: «Müqəddəsdir» deyib,+ Sonradan dediyi nəziri fikirləşən özünü tələyə salır.+ 26  Müdrik padşah xəlbirləyib şər adamları üzə çıxarar.+Onların üstü ilə vəl sürdürər.+ 27  İnsanın nəfəsi Yehovanın çırağıdır,İnsan varlığının dərinliklərini araşdırır. 28  Lütf və doğruluq padşahı hifz edər,+Taxtı lütfkarlıqla bərqərar olar.+ 29  Cavanın şərəfi onun gücüdürsə,+Ahılın şanı ağ saçlarıdır.+ 30  Qançır və yara şərdən təmizləyər,+Kötək batini saf edər.

Haşiyələr

Digər variant: Biçin vaxtı heç nə tapmaz.