Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 2:1—22

MÜNDƏRİCAT

  • Hikmətin dəyəri (1—22)

    • Hikməti dəfinə kimi axtar (4)

    • Düşüncə adamı qoruyur (11)

    • Əxlaqsızlıq bəladır (16—19)

2  Oğlum, əgər sözlərimi qəbul etsən, Hökmlərimi qoruyub saxlasan,+   Qulağını hikmətə sarı açsan,+ Qəlbini bəsirətə meyilləndirsən,+   Əgər dərrakəni çağırıb+ Bəsirəti səsləsən,+   Onları gümüş kimi arasan,+ Dəfinə kimi axtarsan,+   Onda Yehovadan qorxmağın nə olduğunu anlarsan,+ Allahın elminə yetişərsən.+   Axı hikmət verən Yehovadır,+ Elmlə bəsirət Onun dilindən çıxır.   Allah hikməti dürüst adamlar üçün qoruyur, O, kamillik yolu ilə gedənlərə qalxandır.+   Nəzəri haqqın yollarının üstündə olar, Sadiq bəndələrinin yolunu hifz edər.+   Beləcə, sən doğruluğu, haqq-ədaləti, Xeyrin bütün yollarını dərk edərsən.+ 10  Hikmət ürəyində qərar tutanda,+ Bilik könlünə yatanda+ 11  Düşüncə səni qoruyar,+ Bəsirət səni hifz edər. 12  Səni pis yoldan, Yalan danışanlardan,+ 13  Doğru yoldan azıb Zülmətdə yeriyənlərdən,+ 14  Pis işlərdən xoşlanan, Şərdən, alçaq əməllərdən həzz alanlardan, 15  Əyri yolla gedənlərdən, Həyatını yalan üzərində quranlardan, 16  Pozğun arvaddan, Əxlaqsız qadının şirin dilindən qoruyar.+ 17  Bu qadın cavanlıq həmdəmini atmış,+ Allahı ilə əhdini unutmuşdur. 18  Onun evi ölümə aparır, Cığırları ölüm dustaqlarının yanına gedir.+ 19  Onun yatağına girən geri qayıtmaz, Bir daha dirilərin yoluna dönməz.+ 20  Xülasə, yaxşıların yolu ilə get, Salehlərin yolunu tut,+ 21  Çünki yer üzündə düz adamlar yaşayacaq, Orada kamil adamlar qalacaq.+ 22  Pislərin isə kökü yer üzündən kəsiləcək,+ Xainlər oradan qoparılıb atılacaq.+

Haşiyələr