Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 19:1—29

MÜNDƏRİCAT

  • Anlayış qəzəbi soyudar (11)

  • Davakar arvad daman dama bənzər (13)

  • Ağıllı arvad Yehovadandır (14)

  • Hələ ümid var ikən uşağa tərbiyə ver (18)

  • Məsləhətə qulaq as (20)

19  Kamillik yolu ilə gedən kasıb insan+ Axmaqdan və yalançıdan yaxşıdır.+   Elmsiz olmaq yaxşı deyil.+ Tələsən günaha batar.   İnsan öz axmaqlığına görə yolundan azar, Amma ürəyində Yehovaya qəzəblənər.   Varlı adamın dost-aşnası çox olar, Amma kasıbdan dostu da üz döndərər.+   Yalançı şahid cəzasız qalmaz,+ Nəfəsi yalanla gedib-gələn canını qurtarmaz.+   Nəcabətlinin lütfünü çoxları axtarar, Bəxşiş verənlə hər kəs dost olar.   Kasıbdan bütün qardaşlarının zəhləsi gedər,+ Gör dostları ondan necə yan gəzər.+ Dallarınca düşüb yalvarar, bircəsi də hay verməz.   Ağıl qazanan özünü sevir,+ Bəsirətlə oturub-duran uğur tapır.+   Yalançı şahid cəzasız qalmaz, Nəfəsi yalanla gedib-gələn məhv olar.+ 10  Axmağa cah-calal içində yaşamaq yaraşmır, Nökərə isə ağalara hakimlik etmək heç yaraşmır!+ 11  Anlayış hiddəti ləngidər,+ Günahın üstündən keçmək insanın yaraşığıdır.+ 12  Padşahın qəzəbi şir nərəsinə bənzər,+ Lütfü isə çəmənə düşən şeh kimidir. 13  Axmaq oğul atasını bəlaya salar,+ Davakar* arvad daman dama bənzər.+ 14  Ev-eşik, var-dövlət atadan miras qalar, Ağıllı arvad isə Yehovadandır.+ 15  Tənbəllik dərin yuxuya salar, Səhlənkar adam ac qalar.+ 16  Əmrlərə əməl edən canını saxlar,+ Bivec adamın əməlləri həlaka aparar.+ 17  Fağıra lütf eləyən Yehovaya borc verir,+ Allah da ona əvəzini verər.+ 18  Hələ ümid var ikən oğlunu tərbiyə et,+ Onun ölümünə bais olma.+ 19  Kəmhövsələ cəza çəkər, Onu qurtarmaq istəsən, elə hey qurtarmalı olacaqsan.+ 20  Məsləhətə qulaq as, tərbiyəni qəbul et,+ Axırda hikmətli olarsan.+ 21  İnsanın ürəyində niyyəti çox olar, Amma Yehova nəyi məsləhət bilərsə, o baş tutar.+ 22  Xeyirxahlıq insanın yaraşığıdır,+ Kasıb olmaq yalançı olmaqdan yaxşıdır. 23  Yehova xofu həyat gətirər,+ Adam gecələri rahat yatar, ona xətər dəyməz.+ 24  Tənbəl əlini cama salar, Çıxarıb ağzına aparmağa ərinər.+ 25  Rişxəndçini vur ki,+ cahil kamala yetişsin,+ Dərrakəli adamı danla, qoy biliyi artsın.+ 26  Atası ilə pis davranan, anasını qovan oğul Adbatıran, üz qaraldan övladdır.+ 27  Oğlum, öyüd-nəsihətə qulaq asmasan, Hikmətli kəlamlardan uzaq düşərsən. 28  Yaramaz şahid ədalətə lağ edər,+ Pis adamın ağzı şəri bütöv-bütöv udar.+ 29  Rişxəndçilər üçün hökm,+ Axmaqların kürəyi üçün kötək hazır durub.+

Haşiyələr

Yaxud zəhlətökən.